MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə15/46
tarix13.12.2017
ölçüsü2,89 Kb.
#15409
1   ...   11   12   13   14   15   16   17   18   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
60 
60 
növbədə  ədəbi  tənqidimiz  mübarizə  aparmalıydı,  fəqət, 
görürükmü bunu?! 
Ötən  yüzilliyin  ortalarından  etibarən  dünya  ədəbiyyatında 
ədəbi  tənqid  özünün  ən  yeni  forma  və  məzmunu  ilə  filoloji 
elmin qabaqcıl istiqamətinə çevrilməkdə idi. Tənqid fəlsəfəylə 
birləşib yeni kulturoloji mahiyyət, məna kəsb etməyə başladı. 
Qərbdə,  tarixini  ötən  əsrin  iyirminci  illərindən  götürən 
strukturalizmin  Fransadakı  spespik  forması  –  elmi-fəlsəfi 
istiqaməti  güclü  inkişaf  edir,  onun  ictimai-mədəni-fəlsəfi 
mahiyyətini  qabartmağa  başladılar.  Yaxud  Azərbaycanın 
vaxtilə  bir  elmi-mədəni  məkanda  qonşu  olduğu  Rusiyada 
struktralistlərdən  təsirlənən,  semiotika  tərəfdarı  kimi  tanınan, 
görkəmli  alim  Mixail  Baxtinə  ―filoloji  müxalifət‖də  duran 
Yuri  Lotman  məktəbinin  ədəbiyyatşünaslığa  gətirdikləri  yeni 
elmi-kulturoloji  düşüncə  texnologiyası,  nədənsə,  bizim  milli 
ədəbi tənqidimizə təsiri az oldu: səviyyəmiz yetərincə deyildi, 
yoxsa  lazımi  mühitə  malik  deyildik,  bax  bunu  qoy 
tədqiqatçılar 
araşdırsınlar. 
Bu 
məsələdə 
ədəbiyyatşünaslarımız,  ədəbiyyat  tarixçilərimiz  və  tənqidin 
tənqidi ilə məşğul olan filoloq alimlərin tədqiqatlarına ehtiyac 
duyulur: qoy zəhmətə qatlaşıb hansısa on beşinci əsrin ortabab 
saray  şairinin  mədhiyyələrini  araşdırmaqdansa,  daha  aktual 
olan bu problemlərə baş vursunlar. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
61 
61 
61 
Klassik  -  ənənəvi  ədəbi  tənqid  bir  tərəfdən  bədii  ədəbiyyatla 
bağlı  intellektual  yaradıcılq  sahəsi  hesab  olunursa,  digər 
yandan  söz  sənətini  öyrənən  elmi-analitik  düşüncə  forması 
sayılır.  Zaman  və  məkan  baxımından  çıxış  edərək  yaranan 
bədii  nümunələrin  anlamını  və  qiymətini  verməklə,  ədəbi 
prosesə  fəal  müdaxilə  edən,  habelə  ictimai  düşüncəni 
istiqamətləndirmək  baxımından  ədəbi  tənqid  çağımızda  çox 
mürəkkəb  və  rəngarəng  filoloji  sahədir.  Hər  bir  filoloji-elmi 
sahə  kimi  ədəbi  tənqidin  də  müxtəlif  janrları,  formaları, 
çalarları  mövcuddur:  resenziya,  hər  hansı  bir  əsər  haqqında 
tənqidi  material,  icmal,  problematik  məqalə,  çağdaş  ədəbi 
proses  barədə  monoqrafiya,  esse,  ön  söz,  qəzet  məqaləsi, 
ədəbi  portret,  polemik  replika,  ədəbi  söhbət,  müsahibə, 
biblioqrafik  qeydlər  və  b.  Bu  mənada  tənqidçi  özündə 
nəzəriyyəçi,  kulturoloq,  filoloq,  filosof,  ictimaiyyətçi, 
publisist, politoloq, sosioloq, psixoloq, estet kimi keyfiyyətləri 
birləşdirməlidir:  intellektual  səviyyə,  istedad,  elmi  hazırlıq, 
zəhmətsevərlik kimi cəhətlər də öz yerində.  
Çağdaş  ədəbi  prosesdə,  ümumən  isə  milli  mədəniyyətimizdə 
baş verən müxtəlif olaylara nəzər salanda, onların lokal – yerli 
səciyyəli,  yoxsa  qlobal  –  dünya  əhəmiyyətli  kulturoloji 
hadisələr  olduğunu  təyin  və  təhlil  etmək,  yeni  tariximizin 
tələblərinə uyğun dəyərlərin, meyarların müəyyənləşdirilməsi 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
62 
62 
çox  vacib  məsələ,  ədəbiyyat  tədqiqatçılarının  –  tənqidçi  və 
kulturoloqların  bu  gün  qarşılarında  duran  ciddi,  əsas 
vəzifələrindəndir.  
Son  on-on  beş  ildə  baş  verən  ədəbi-mədəni  hadisələrə,  ədəbi 
proseslərə  qiymət  vermək,  əsas  hadisələri  müəyyənləşdirmək 
nə qədər çətin olsa da, onun zamanı artıq çoxdan gəlib çatıb. 
Qloballaşmağa  doğru  sürət  götürmüş  çağdaş  dünyada  baş 
verən  böyük  proseslər,  xüsusən  də  mədəniyyətlərin 
inteqrasiya  pərdəsi  arxasında  intellekt  və  milli  dünyagörüş 
sistemlərinin  yarışı  –  bəlkə  də  daha  dəqiq  desək,  savaşı 
zamanı  zəif  dəyərlər  dəyişilmiş,  dövrün  tələblərinə  uyğun 
forma və məzmun rəngarəngliyi meydana çıxmışdır. Bu fərqli 
fəlsəfi-estetik dərketmə vasitəsini kifayət qədər sayda anlayan 
hazırlıqlı  fərdlər  ortaya  çıxıb.  Bizdə  ədəbiyyatı  və  yaradıcı 
sənətin  bütün  növlərini,  o  cümlədən  ictimai,  siyasi,  iqtisadi, 
fəlsəfi,  elmi,  intellektual,  mənəvi,  dini,  pisixoloji  sahələri 
əhatə  edən  modernizmi  və  postmodernizmi  cəm  halda  bilən, 
hətta  onlar  barədə  ümumi  məlumatlara  malik  insanların 
sayının  məhdud  olması  bu  baxımdan  tənqidi  fikrimizin 
inkişafına  mane  olur,  mühit  formalaşmağa  təkan  vermir,  bir 
inkişaf etmiş cəmiyyət kimi dünyada özümüzü tanıtmağımıza 
maneçilik törədir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
63 
63 
63 
Ədəbi  tənqidimizin  geniş  və  konkret  istiqamətlərini 
müəyyənləşdirərkən, bir sıra maraqlı nəticələr ortaya çıxdığını 
görürük.  Bu  gün  milli  tənqidimizin  dünya  ədəbi-fəlsəfi 
düşüncə  standartlarına  cavab  verəcək  dörd  əsas  yönünü 
müəyyənləşdirmək  mümkündür:  ədəbi  tənqidin  ənənəvi-
filoloji  istiqaməti;  ədəbi  tənqidin  ideoloji-ictimai  istiqaməti; 
ədəbi  tənqidin  kulturoloji-estetik  istiqaməti;  ədəbi  tənqidin 
texnoloji-kreativ istiqaməti. 
Son  illər  göstərdi  ki,  keçmiş  sovet  ideologiyasından  gen-bol 
bəhrələnən klassik ədəbi-tənqidi düşüncəmiz artıq son böhran 
dövrünü yaşadı və tarix arxivinin ədəbiyyat adlı rəfində özünə 
yer  tutdu.  Hazırda  ədəbi  tənqidimizin  kulturoloji-estetik 
istiqaməti  daha  çox  inkişaf  edir.  Ədəbi  tənqidin  texnoloji-
kreativ  istiqaməti  barədə  araşdırmalar  aparan  filoloqlar 
nümunə  kimi  anadilli  mətnləri  təhlilə  cəlb  etməkdə  çətinlik 
çəkirlər.  Halbuki  ədəbi  tənqidin  texnoloji-kreativ  istiqaməti 
əvvəlkiləri  –  həm  ənənəvi,  həm  ideoloji,  həm  də  kulturoloji 
istiqamətləri  özündə  birləşdirir  və  daha  çox  intellektual 
ruhuna  görə  fərqlənir.  İnternet  və  şəbəkə  ədəbiyyatının  açarı 
sayılan  bu  istiqamət  dünya  səviyyəsində  özünün  inkişaf 
sürətinə görə daha çox seçilir. 
Özlərini  ―postmodern‖  sayan  və  intellektual  gəncliyi, 
ədəbiyyat  meydanında  kövrək  addımlarını  atan  yeni  ədəbi 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə