MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə58/75
tarix14.12.2017
ölçüsü2,89 Kb.
#15631
1   ...   54   55   56   57   58   59   60   61   ...   75

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
228 
228 
Bu 
siyahıya 
Nizami 
Cəfərovun 
toplayaraq, 
Azərbaycan  türkcəsinə  tərcümələri  ilə  birlikdə  dərc  etdirdiyi 
bir  neçə  buddist  məzmunlu  şeri  də  əlavə  etmək  lazımdır 
(118.163-238). 
Syahıdakı  2,4,5,6,7,8,9,10,11,12,13  və  14-cü 
sıralarda  duran  əsərlərin  orijinal  sak  əsərləri  olduğunu  və 
sonradan  brahmi  əlifbasından  uyğur  əlifbasına  çevrildiyini 
ehtimal edirik. Fəqət həmin mətnləri geniş tədqiq etmək və bu 
ehtimalı  təkzibedilməz  şəkildə  sübut  etmək  imkanına  sahib 
deyilik. Odur ki, bu məsələnin üzərində durmayacağıq və onu 
gələcək tədqiqatçıların öhdəsinə buraxırıq. 
Eyni  zamanda  "Altun  Yaruq"  əsərinin  də  guya 
çincədən  türkcəyə  tərcümə  edildiyi  fikrini  sübut  edilməmiş, 
əsassız  iddia  kimi  qəbul  edirik.  Çünki  qədim  Çin  tarix 
kitablarında  buddizmin  Çinə  Türküstandan  ixrac  edildiyi  və 
çinlilərin  öz  dillərinə  tərcümələr  etdiyi  və  bu  məqsədlə 
Türküstandan və hətta Parfiyadan tərcüməçilər dəvət  edildiyi 
göstərilməkdədir 
(61.ll.325-327). 
Bu məsələ mövzumuz baxımından o qədər vacibdir ki, 
onun üzərində bir qədər ətraflı dumağı lazım bilirik. Bahəddin 
Ögəl  özünün  "Böyük  hun  impeiyası"  kitabının  ll  cildində 
yazır: 
"lll-lV  yüzilliklər  Orta  Asiyanın  Çini  mədəniyyət 
təzyiqi  altına  aldığı  bir  dövrdür.  Türküstana  gələn  Çin 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
229 
229 
229 
229 
229 
229 
229 
orduları  Orta  Asiyalı  musiqiçi,  alim  və  tərcüməç-iləri  böyük 
qruplar  halında  yığıb  Çinə  aparırdılar.  Bir  əfsanə  də  olsa, 
Orta Asiyaya edilən 383-cü il axını QaraĢarda yaĢayan böyük 
Budda  mətnlərinin  ustadı  Kumarayivanı  alıb  Çinə  aparmaq 
üçün nizamlanmıĢdı." 
(61.ll.325). 
Qədim  Çin  mənbələrinə  istinadən  söylənilən  bu 
sitatdan  da  göründüyü  kimi,  Budda  mətnlərinin  ustadı  Çində 
yox,  Türküstanda,  bir  türk  şəhəri  olan  Qaraşarda  yaşayırdı. 
Məhz çinlilər onu və onun kimi  digər alimləri Çinə aparmaq 
üçün çalışır və məhz çinlilər Türküstanda yaranan əsərləri öz 
dillərinə  tərcümə  etmək  üçün  tərcüməçilərə  ehtiyac 
duyurdular. Türklər yox!!! 
Alim daha sonra yazır: 
"Fuxsun  da  haqlı  olaraq  yazdığı  kimi,  Orta  Asiya 
Budda dini ilə bağlı biliklərin qalası kimi idi. Hərçənd Budda 
dini  Ġsadan  əvvəlki  çağlarda  da  çox  yayılmıĢdı,  lakin  m.s.  ll 
yüzillikdən sonra Budda dininə maraq sürətlə kükrəyib-daĢdı 
və  nəzərlər  Çin  sərhəddinin  o  tərəfinə  dikildi.  Buddizm 
qərbdən  Ģərqə  gedir,  Hindistan  və  Türkistan  verir,  Çin  də 
alırdı." 
(61.ll.325). 
Burada  "Hindistan  və  Türküstan  verirdi"  ifadəsi, 
oxucuları  çaşdırmamalı-dır.Buddizmin  Çinə  ixracatçısı  kimi 
Türküstanla yanaşı, Hindistanın da adının çəkilməsi heç də o 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
230 
230 
anlama gəlməməlidir ki, bu mədəni alış-verişdə türklərlə (sak-
larla)  yanaşı  etnik  hindlilər  də  iştirak  edirdilər.  Əsla.  Etnik 
hindlilər  buddist  yox,  əvvələr  də,  bu  gün  də  olduğu  kimi, 
hinduist  idilər.  Hindistanın  sahibi  isə  sakların  hakimiyyətinə 
son  qoyan  başqa  bir  türk  qövmü-kuşanlar  idilər 
(61.ll.228).
 
Buddizmin ixracatçısı kimi  də onlar  çıxış  edirdilər. Hunların, 
daha dəqiq desək, ağ hunların (eftalitlərin) bir qolu olan 
(206), 
başçıları eynən oğuzlarda olduğu kimi "yabqu" titulu daşıyan
 
(55.287;206;156,275;207,15) 
kuşanların  hökmdarlarını  ət-
Təbəri  "türklərin  xaqanı"    adlandırmışdır 
(55.287). 
V  əsr 
erməni  tarixçisi  Yeqişedə  isə  belə  bir  ifadə  var:  "  Kuşan 
adlandırılan  hunlar  ölkəsi"
  (55.287). 
Kuşanları  "yueci" 
adlandıran qədim Çin mənbələrindən göründüyü kimi, çinlilər 
bu  xalqı  çox  yaxşı  tanımış  və  onlarla  sıx  siyasi,  iqtisadi  və 
mədəni əlaqələrdə olmuşlar. 
Bahəddin Ögəl davam edir:   
"Budda  dinli  kitabların  Çin  dilinə  sürətlə  tərcümə 
edilməsi tələb olunurdu. 209-cı ildə 27 Budda din alimi Çinə 
gəldi.  Bu  tərcüməçilərin  arasında  Hindistandan,  hətta 
Ġrandakı  Parfiya  dövlətindən  gələnlər  belə  var  idi.  Çox  vaxt 
bu alimlər Kuçi və QaraĢar kimi elm mərkəzlərində toplanılır, 
oradan da Çinə gətirilirdi."   


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
231 
231 
231 
231 
231 
231 
231 
Bu  sitatdan  göründüyü  kimi,  tərcüməçilər  hətta 
Parfiyadan  belə  gəlirdilər.  Sual  doğur:  Nə  üçün  Parfiyadan? 
Sualın  cavabı  çox  sadədir.  Çümki  parfiyalılar  da  iskit,  yəni 
türk idilər. Bu barədə Pompey Troq yazmışdır 
(60.83).
  
Bahəddin Ögəl daha sonra yazır: 
"Buddizm-ticarət-siyasət.  Bu  üç  Ģey  yanaĢı  gedirdi. 
382-ci ildə Çinə gələn Turfan və ġanĢan bəyliklərinin elçiləri 
Çində  böyük  bir  maraq  hiss  etmiĢdilər.  Çünki  bu  elçilər  Çin 
dilinə tərcümə edilmiĢ buddizmin iki əsas kitabını da özləri ilə 
gətirmiĢdilər.  Bundan  da  anlaĢılır  ki,  "buddist  kitablar  öncə 
Turfanda çincəyə çevrilirdi." 
Bizcə, arıq şərhə ehtiyac yoxdur. Odur ki, həm türkcə, 
həm də çincə variantlarına rast gəlinən, hindcə isə variantları 
olmayan əsərlərin böyük əksəriyyəti, o cümlədən "Şahzadələr 
Kalyanamkara  və  Papamkara  haqqında  əfsanə",  "Altun 
Yaruq"  və  s.  kimi  türk  və  dünya  ədəbiyyatının  şah  əsərləri 
çincədən  türkcəyə  deyil,  türkcədən  çin  dilinə  çevrilmiş 
əsərlərdir. Tərcüməçi kimi qələmə verilən Sinqqü Seli Tutunq 
isə tərcüməçi yox bir çox sutraların gerçək müəllifi olmuşdur. 
Hər  iki  əsərdə,  eləcə  də  digər  buddist  məzmunlu  türkdilli 
ədəbi  nümunələrdə  çox  sayda  hind  mənşəli  antroponim, 
toponim və dini terminlərin olması onların məhz Hindistanda 
yarandığını  sübut  edir.  Fəqət  həmin  əsələrin  hansının 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə