www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Bəxtiyar Tuncay
Sakların dili və ədəbiyyatı
232
232
bilavasitə saklara, hansının isə bilavasitə kuşanlılara aid
olduğunu müəyyən etmək çox çətindir. Sözügedən əsərlərin
tərcümə deyil, orijinal əsərlər olduğunu həm də o fakt sübut
edir ki, dövrümüzədək türk dilində bir neçə buddist
məzmunlu orijinal şer nümunəsi də ulaşmıdır. Onlardan
bəzilərinin müəlliflərinin adları (Çisuya Tutinq, Pratyaya Şiri,
Astanq Kalam Keysi və Kiki)
belə məlumdur
(118.163-238).
Bu şerlər içərisində Atsanq Kalam Keysinin iki şeri də
var ki, onların məhz saklara aid olduğu və Şakı Muninin
(Buddanın) dövrünə çox yaxın bir dövrdə yazıldığı heç bir
şübhə oyatmır və onların məhz sak dili və ədəbiyyatı
nümunəsi olduğunu sübut etmək heç bir çətinlik törətmir. Bu
işdə bizə Buddanın türk mətnlərində rast gəlinən gerçək adı
olan Burxan adı yardımçı olur və məhz bu antroponim bizə bir
çox gizli gerçəkləri anlamağa imkan yaradır.
SAK DİLİNİN ŞƏRQ (XOTAN) VƏ
QƏRB (PARFİYA) ŞİVƏLƏRİ
V.V.Radlovun "Qədim türk" lüğətində "Burxan"
antroponimi haqqında ya-zılıb:
"ġəxs adı. Budda-buddist təlimin yaradıcısı.."
(14.127).
Alim bir qədər yuxarıda "burxan" terminindən söz
açaraq, bu terminin guya çin dilindən türk dilinə keçdiyini və
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Bəxtiyar Tuncay
Sakların dili və ədəbiyyatı
235
235
235
235
235
235
235
"Ol ödün qanqi qan ayıq qılınclıq ağ oqlin inça tep
saqıntı." (Eyni zamanda, o, pis iĢlər görən və üzünə ağ olan
oğlu barədə düĢünürdü)
(14.48).
Bəlkə də bu fikirlər Radlovun öz fikirləri deyil, onun
əsərini redaktə etmiş rus-sovet redaktorların əlavəsidir. Doğru
cavabı gələcək tədqiqatçıların öhdəsinə buraxırıq.
Eyni kəlmə eyni mənada çin dili ilə heç vaxt təmasda
olmayan Azərbaycan türkcəsində də işlənir. Ona ərəb dilində
də rast gəlinmişdir. Ərəb dili də çincə ilə heç vaxt təmasda
olmamışdır. Lakin bu iki dilin türk dili ilə təması olub. Bu isə
o deməkdir ki, kəlmə təmiz türk terminidir və həm ərəb, həm
də çin
dilinə məhz bizim dildən, yəni türk dilindən keçibdir.
Yeri gəlmişkən qeyd edək ki, Budda buddizmin
əsasını qoymuş şəxsin gerçək adı deyil, ona verilmiş ləqəbdir.
Belə hesab edilir ki, onun əsil adı Qautana olmuşdur.
(86.444).
Türk mətinlərində isə onun gerçək adı Burxandır.
Astanq Kalam Keysinin şerlərindən isə onun oğlunun adını
öyrənirik:
"Burkan oğlu Tolpı Tüzün Uğan arĢınınq
Bulunçus yiq ödqilərin üğmiĢ Ģlokda
Burk-Ģark kılıp on edqüsin mən-Astanq özüm
Buyan küsüĢ özə köĢmüĢ taksut baĢladı."
(118.210).
Tərcüməsi: