MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə67/75
tarix14.12.2017
ölçüsü2,89 Kb.
#15631
1   ...   63   64   65   66   67   68   69   70   ...   75

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
264 
264 
Gün,Ay  qapılarından  keçib  Tanrı  dərgahına  qalxa 
bilərlər.Gördüyümüz  kimi,  maniçilikdə  Əhrimənin  yerini 
Şimnu tutduğu kimi, Hörmüzün də yerini işıq tanrısı, yəni türk 
Tenqrisi tutur.O, Tanq Tenqri, yəni dan tanrısı adlandırılır. 
           Manixey  əlifbası  ilə,  türkcə  yazılmış  mətnlərin  heç  də 
hamısı  sırf  uyğur  türkcəsində  deyildir.  Bəzi  mətnlər  var  ki, 
onların dili oğuz türkcəsinə daha yaxındır və oğuz türkcəsi ilə 
uyğur türkcəsinin bir-birindən hələ tam ayrılmadığı vəziyyəti 
əks etdirir.Şübhəsiz ki, onlar daha arxaikdirlər: 
               "Tanq Tenqri kəlti,Tanq tenqri özi kəlti! 
                Tanq Tenqri kəlti,Tanq Tenqri özi kəlti! 
                Turunqlar,kamağ bəglər,kadaĢlar, 
                Tanq Tenqriq ögəlim! 
                Körünüqmə Kün Tenqri,siz bizi küzədinq! 
                Körünüqmə Ay Tenqri,siz bizi kurtarınq!..."                                            
            Tərcüməsi: 
              "Dan Tanrı gəldi,Dan Tanrı özü gəldi! 
               Dan Tanrı gəldi, Dan Tanrı özü gəldi! 
               ġəhərlər,bütün bəylər,qardaĢlar,      
               Dan Tanrını öyəlim! 
               Parlaq Gün Tanrı, siz bizə nəzər salın! 
               Parlaq 
Ay 
Tanrı,siz 
bizi 
qurtarın!..."
(70.55;73.89;118.122-123). 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
265 
265 
265 
265 
265 
265 
265 
          "Bu  şerin  dili  Alpınçur  Təkinin  şerlərinin  və  Bötürmüş 
Tərxanın  "Xuastu-  anift"inin  dilindən  daha  sadə  və  daha 
anlaşıqlıdır  və  şübhəsiz  ki,  lll-V  əsrlərdə  Azərbaycanda 
qələmə  alınmışdır.  Fəqət  onun  Maninin  qələminə  mənsub 
olub-olmadığını 
tam 
qətiyyətlə 
söyləmək 
mümkün 
deyildir.Lakin əldə olan və dili bu şerin dilindən fərqlənməyən 
daha  bir  şer  var  ki,  onun  Maninin  qələminə  məxsusluğu  heç 
bir şübhə oyatmır: 
            "Tüzün bilgə kiĢilər, üriləlim, 
              Tenqrinin bitiqin biz iĢidəlim. 
              Törən iliq tenqrilərkə tapınalım,  
              Tört uluq emgəkdə kurtulalım. 
              Tört iliq tenqrilərdə tanıqmalar, 
              Tenqri nomun todaqmalar. 
              Tünerliq yeklərkə tapunuqmalar, 
              Tümənliq irincü kılıqmalar 
              Tüpüntə olunma ölməki bar
              Tünərliq tamuğa tüĢməki bar.     
               Tümərlq yeklər gəlir tiyür, 
               Tumanlıq yeklər ayar tiyür." 
Tərcüməsi: 
             " Düzülun bilikli kiĢilər,nəfəs dərəlim, 
                Tanrının kitabını biz eĢidəlim. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
266 
266 
                Təntənə ilə tanrılara tapınalım, 
                Dörd ulu əzabdan qurtulalım.  
                Dörd ...tanrını tanımayanlar, 
                Tanrı qaydasına uymazlar. 
                Dörd zülm iblisinə tapınanlar, 
                On min günaha baĢ vurarlar. 
                Dibində olumun ölməyi də var
                Qaranlıq cəhənnəmə düĢməyi də var. 
                Zülmət iblisləri gəlir deyir, 
                Duman iblisləri iĢ görür deyir." 
(118.125-127). 
            Bu  şerdə  "Tenqri  bitiyini",  yəni  Tanrı  kitabını 
eşitməyə  dəvət  olduğu  üçün  onun  maniçiliyin  müqəddəs 
kitabından,  yəni  Maninin  öz  qələminə  məxsus  kitabdan  bir 
parça  olduğuna  heç  bir  şübhə  yoxdur.Şerin  leksik  bazası  da 
Şərqdə  yaranan  və  içi  soğd  və  soğd  dili  vasitəsi  ilə  alınan 
arami sösləri ilə dolu  olan maniçi  ədəbiyyatın dilindən fərqli 
olaraq, bütünlüklə türk kəlmələrindən ibarətdir. Yalnız qayda 
mənasını  verən  və  maniçiliyin  əsas  dini  kitabının  adı  olan 
"Nom" kəlməsi istisnalıq təşkil edir ki, bu söz də fars-Pəhləvi 
dilindən  götürülmüşdür 
(20.424).
  Bu  dil  Sasanilər  dövlətinin 
rəsmi dili idi və mətndə bu dildən alınan bir kəlmənin olması 
təbiidir.  Nəzərə  alsaq  ki,  buddizmin  də  əsas  sutraları  "Nom 
Bitik" 
(14.360) 
adlanırdı,  Maninin  bu  kəlməni  buddizmdən 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
267 
267 
267 
267 
267 
267 
267 
əxz  etdiyini  də  düşünmək  olar.  Mətndə  "Tenqri  nomu"  və 
"Tenqri  bitiyi"  terminlərinin  işlənməsi  bir  daha  sübut  edir  ki, 
təqdim  edilən şer parçası  manixeylərin dini  kitabı  "Nom"dan 
bir parçadır və Maninin öz qələminə məxsusdur.  
           Mətnin  dilinin  saflığı  onun  məhz  Mani  tərəfindən 
yaradıldığını  təsdiq  edir.Çünki  uyğurlar  müəyyən  qədər  soğd 
mədəniyyətinin təsiri altında idilər, əlifbalarını soğdlardan əxz 
etdikləri kimi, dillərinə də bu dildən çox sayda söz keçmişdi. 
Əlbəttə,  uyğurlar  yalnız  şərqdə  yaşamırdılar,  Avropa  və 
Qafqazda  da  çox  sayda  uyğur  yaşamaqda  idi.Məsələn,  Prisk 
və  Menandr  onlardan  "oqur"  adı  altında  bəhs  etmişlər.  Bu 
müəlliflərin əsərlərində hazırda Şərqi Türküstanda yaşamaqda 
olan sarı uyğurların adına da "saroqur" formasında rast gəlinir 
(119.30). 
Manixeizmi şərqə aparanlar da məhz onlar olmuşlar. 
Hərçəndki,  Albaniya  və  Sasanilər  imperiyasındakı  təqib  və 
təzyiqlər  dövründə  Arsakların  da  bir  qismi  Şərqi  Türküstana 
köç  etmiş,  uyğurların  içində,  özlərinin  adı  ilə  adlanan  Arsaq 
vilayətində yaşamışlar. Mahmud İsmayıl bu barədə yazır: 
 "Bu  yaxınlarda  professor  T.Hacıyevin  respublika 
mətbuatında  ("Ədəbiyyat  və  incəsənət"  qəzeti)  Arsaq 
barəsində  X  əsrdə  qələmə  alınmıĢ  "Uyğur  səyahətnaməsi"nə 
əsaslanaraq  verdiyi  məlumat  maraq  doğurmaya  bilməz.  Bu 
məlumatdan  aydın  olur  ki,  Arsaq  əyaləti  və  onun  baĢ  Ģəhəri 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə