MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə68/75
tarix14.12.2017
ölçüsü2,89 Kb.
#15631
1   ...   64   65   66   67   68   69   70   71   ...   75

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
268 
268 
Arsaq  indiki  Turfanın  (Tulu-fan)  qərbindədir.  Bu  Çindəki 
Tyan-ġan  dağlarının  qərbində  yerləĢir.  Burada  türkdilli 
arsaqlar və uyğurlar yaĢayırlar." 
(137.18).
  
Ola  bilsin  ki,  Maninin  dinini  Şərqi  Tüküstana  məhz 
həmin  bu  arsaqlar  aparmışlar.  Arsaqların  qonşu  və  qohum 
xalqlar, başqa sözlə Parfiya əhalisi  arasında çox böyük nüfuz 
sahibi  olduqları  məlumdur.  Strabonun  yazdığına  görə, 
parfiyalılar Arsaklara çox sədaqətli idilər 
(60.35). 
           Maninin dili özündən 1000 il öncə ərsəyə gəlmiş  "Alp 
Ər Tonqaya ağı"nın dili ilə az da olsa, fərqlənir. Alp Ər Tonqa 
böyük  türk-oğuz  xaqanı  idi  və  ona  həsr  edilən  ağı    da  oğuz 
elitasının dilində yaranmalı idi. Mani isə 500 ildən artıq Ön və 
Mərkəzi  Asiyada  qüdrətli  bir  dövlət  quran,  dünyanı  Roma 
imperiyası  ilə  öz  arasında  bölən  sak  mənşəli  xaqanlar 
sülaləsinə  mənsub  idi  və  təbii  ki,  sak  elitasının  dilində 
yazmışdır.Məhz  bu  dil  sonrakı  əsrlərdə  "uyğur  dili", 
"xaqaniyyə  türkcəsi"  kimi  adlarla  tanınmış,  ümumtürk  ədəbi 
dili rolunu oynamış, türk xaqanları bu dildə fərmanlar vermiş 
və  Kaşğarlı  Mahmud  da  onu  "Xaqaniyyə  türkcəsi" 
adlandırmışdır.Həmin  dil  Göytürklərin  və  Qaraxanlıların 
rəsmi  dili  kimi  də  çıxış  etmişdir.  Fəqət  sak  dilində 
Azərbaycanda  yaranan  və  Maninin  qələmindən  çıxan  ədəbi 
nümunə  Türküstan  və  Hindistanda  eyni  dildə  yaranmış 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
269 
269 
269 
269 
269 
269 
269 
əsərlərin  dilindən  önəmli  dərəcədə  fərqlənir.  Bu  isə  o 
deməkdir  ki,  biz  bu  gün  uyğur  dili  adlandırılan  qədim  sak 
(şakı) dilinin iki fərqli şivəsi ilə-Qərb və Şərq şivələri ilə üz-
üzəyik. 
Parfiyanın dövlət dili olması səbəbindən "Parfiya dili" 
də  adlandıra  biləcəyimiz  qərb  şivəsi  Alp  Ər  Tonqanın 
ölümünə ağının dili ilə, yəni Midiyanı 28 il öz hakimiyyətləri 
altında  saxlamış  işquzların  (iç  oğuzların,  oğuzların)  dili  ilə 
Şərq  saklarının  şivəsi  arasında,  sanki,  orta  vəziyyətdədir. 
Burada  istər-istəməz,  Pompey  Troqun  aşağıdakı  sözləri  yada 
düşür: 
"Parfiyalıların dili iskit və Midiya dillərinin ortasında 
olan  bir  dildir və onların ikisinin  qarıĢığından yaranmıĢdır." 
(60.84).
  
Elə həmin Pompey Troq parfiyalıların mənşəyi barədə 
yazmışdır: 
"Belə  ki,  bütün  dünyanı  romalılarla  öz  aralarında 
ikiyə  bölmüĢ  və  indi  Doğu  üzərində  hökmranlıq  edən 
parfiyalılar iskit qaçqınlarının törəmələridir." 
(60.83) 
Gördüyümüz  kimi,  əksər  antik  müəlliflər  kimi  sakları 
iskit  adlandıran  bu  müəllif  parfiyalıların  sakların  bir  qolu 
olduğunu  bilirmiş.  Üstəlik  də  ona  bu  xalqın  öz  ata-baba 
yurdlarından  zorla  qovularaq  qaçqın  və  köçkün  həyatı 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
270 
270 
yaşamağa  sürüklənmiş  saklar,  yəni  əsrlər  öncə  işquzlar  (iç 
oğuzlar)  tərəfindən  Azərbaycandan  qovulan  saklar  olduğu 
məlum  imiş.  Parfiyalılar  ölkəmizdən  qovulan  sakların  o 
hissəsi idi ki, bugünki Türkmənistan ərazisinə köç etmiş və ilk 
fürsətdəcə  babalarının  vətənlərinə  qayıtmış  və  qədim 
Azərbaycan  şəhəri  Həmədanı  (Ekbatananı)  özlərinə  paytaxt 
etmişdilər. 
 Yeri  gəlmişkən  qeyd  edək  ki,  lll-Vll  əsrlər  arasında 
Azərbaycanda yarandığı heç bir şübhə oyatmayan daha bir şer 
parçası var ki, onun da dili Maninin şerlərinin dili ilə eynilik 
təşkil edir. Söhbət "Türk və tatın türküsü" adı altında tanınan  
8 misralıq bir şerdən gedir: 
"Türk         
-------- 
Kaçan körsə anı-Türk, 
Budun anqa aydası: 
Munqar təgir ululuq 
Mundan adri kəslinir. 
Tat 
-------- 
Kəldi manqa tat, 
Aydım: emdi yat, 
KuĢqa bolup ət


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
271 
271 
271 
271 
271 
271 
271 
Səni dilər us, böri. 
Tərcüməsi: 
Türk 
------ 
Haçan görsələr onu-Türkü
Xalq ona deyəsidir: 
Ululuq buna yaraĢır, 
Bundan ayrısına yox. 
Tat 
------- 
Yanıma gəldi tat
Dedim: indi yat. 
QuĢa ət ol, 
Səni quzğun, qurd istər." 
(118.121).
 
Bu şerin dili  də Maninin dili ilə  eynilik  təşkil edir və 
sak  dilinin  qərb  (Parfiya)  şivəsinə  aid  edilə  bilər.Onun 
Azərbaycanda  yarandığını  isə  buradakı  "tat"  etnonimi  sübut 
edir  və  məlum  olduğu  kimi,  Azərbaycanda  yerli  türklər 
tərəfindən  "tat"  adlandırılan  bir  xalq  da  yaşamaqdadır. 
Sözügedən  etnonimə  "Kitabi-Dədə  Qorqud"da  da  (saqqalu 
uzun  tat  əri  banladuqda)  rast  gəlinməkdədir 
(53.136). 
Süleyman  Əliyarovun  yazdığına  görə,  qədim  türk 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə