MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə70/75
tarix14.12.2017
ölçüsü2,89 Kb.
#15631
1   ...   67   68   69   70   71   72   73   74   75

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
276 
276 
parfiyalılara  aid  edilən  və  "pəhləvi"  adlandırılan  kitablar 
əslində farslara aiddir və onların əlifbası ilə Parfiya yazılarının 
əlifbasının hərfləri arasında bəzi fərqlər var 
(28.224).  
İ.M.  Dyakonovun  bu  təsbitinin  bizim  üçün  böyük 
əhəmiyyəti  var.  Cünki  bəzi  alimlər  sözügedən  kitabları  və 
Nisadan  tapılan  eyni  yazıları  pafiyalılara,  yəni  Arsaklara  aid 
edərək,  parfiyalıların  dilinin  guya  fars  dili  olduğunu  iddia 
etmişlər.  Halbuki,  Parfiya  sikkələrinin  əlifbası  ilə  sözügedən 
yazıların əlifbası  eynimənşəli olsalar da ortada müəyyən fərq 
var.  Ən  böyük  fərq  isə  Parfiya  (Arsak)  əlifbasında,  orta  fars 
əlifbasından  fərqli  olaraq,  "L"  hərfinin  olmasıdır.  Qeyd  edək 
ki,  Firidun  Ağasıoğlu  tərəfindən  Artaşesin  kitabəsinin 
oxunmasından  öncə  Parfiya  yazılarına  sadəcə  Parfiya 
sikkələrində  rast  gəlinmişdi  və onların dilini müəyyən  etmək 
mümkün olmurdu. 
Görünür, ermənilərin uzun müddət ərzində sak dilinin 
qərb (Parfiya) şivəsindən yazılı ədəbi dil kimi istifadə etmələri 
səbəbindəndir ki, onların dili türk dilinin güclü təsirinə məruz 
qalmışdır. Bu baxımdan alman alimi Mordmanın hələ 1870-ci 
ildə yazdığı fikirlər çox maraqlıdır: 
"Məlumdur  ki,  ermənilər  hindavropa  mənĢəli  xalqdır, 
amma onların dili Turan dillərinin güclü təsirinə məruz qalıb. 
Bu  sözlərlə  mən  heç  də  çoxəsirlik  əlaqə  nəticəsində  Osmanlı 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
277 
277 
277 
277 
277 
277 
277 
dilindən  alınmıĢ  sözləri  yox,  eramızın  lV-Vll  əsr  erməni 
dilindəki  Turan  sözlərini  nəzərdə  tuturam.  Bu  o  dövr  idi  ki, 
Səlcuqlular,  Osmanlılar  və  baĢqa  türklər  barədə  bir  Ģey 
məlum deyildi." 
(219.6). 
Gördüyümüz  kimi  Artaşesin  rəsmi  dil  kimi  istifadə 
etdiyi  dil  Parfiya  (sak  dilinin  qərb  şivəsi),  yəni  türk  dili 
olmuşdur.  Bu  dillə  bağlı  Strabonun  söylədikləri  mövzumuz 
baxımından böyük önəm daşımaqdadır: 
"Artaksiya  (Artaşes)  və  Zariadriya  ...birlikdə  öz 
torpaqlarını  geniĢləndirdilər.  Onlar  bunu  ətraf  xalqların 
torpaqlarını  iĢğal  etməklə  gerçəkləĢdirdilər.  Belə  ki,  onlar 
midiyalılardan  Kaspiana,  favnitida,  və  Basorope-danı, 
iberlərdən  Paridr  dağlarının  ətəklərini,  Xorzena  və  Kür 
çayının  o  biri  sahilində  olan  Qoqrenanı,  xaliblərdən  və 
mosineklərdən  Kerenitida  və  Kserksenanı...,kataonlardan 
Akilisenanı  və  Antitavr  ətrafındakı  vilayəti...,  suriyalılardan 
Taronitidanı  zəbt  etdilər.  Bu  üzdən  də  bu  xalqlar  indi  eyni 
dildə danıĢırlar." 
(60.31). 
Strabonun  "eyni  dil"  dedikdə  nəyin  nəzədə  tutulduğu 
yuxarıda  deyilənlərdən  aydındır.  Söhbət  sak  dilinin  qərb 
(Parfiya)  şivəsindən,  başqa  sözlə  türk  dilindən  gedir. 
Strabonun söylədiklərini bizim üçün maraqlı edən "eyni dil"də 
danışan  xalqlar  içərisində  xotənlərin,  yəni  sak-xotan  xalqının 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
278 
278 
da  adının  qeyd  edilməsidir.  Qədim  tarixçi  onları  "kataon" 
adlandırır.  Bu  isə  o  deməkdir  ki,  sak-xotanlar  həmin  dövrdə 
təkcə  Çində  və  Hindistanda  deyil,  Ön  Asiyada  da 
yaşayırdılar.Əslində  burada  təəccüblü  bir  şey  yoxdur.  Çünki 
Parfiya  iə  Hindistan  Sak  (Şakya)  dövlətləri  həmsərhəd  idilər 
və  daim  Baktriya  (bugünkü  Özbəkistan  və  Tacikistanın 
cənubu  və  Əfqanıstanın  şimalı)  və  Hindistan  (o  cümlədən 
bugünkü Pakistan) torpaqları uğrunda bir-biri ilə çəkişirdilər. 
Strabon  "eyni  dil"də  danışan  xalqlar  içərisində 
iskitlərin bir qolu olan və dəmiri kəşf edən xalq kimi tanınan 
xaliblərin də adını çəkmişdir ki, bu da çox maraqlı faktdır. Ən 
maraqlı  faktlardan  biri  isə  qədim  türk-oğuz  yurdlarından  biri 
kimi  tanınan,  türk  əfsanə  və  tarixi  mənbələrində  önəmli  yeri 
olan 
(85.57-60) 
Taronun adının çəkilməsidir. Yuxarıda təqdim 
edilən  sitatda  bu  ölkə  Taronitida  kimi  qeyd  edilir  və  onun 
suriyalılardan zəbt edildiyi bildirilir.    
l  Artaşesin  milli  mənsubiyyətinin  nə  olduğu  məlum 
deyildir.  Onun  etnuk  erməni,  yəni  hay  olduğunu  sübut  edən 
heç  bir  dəlil  yoxdur.  Ermənistanın  ilk  məliklərinə  gəlincə, 
erməni  tarixçilərinin  yazdıqlarından  onların  sak  olduqları 
anlaşılır.  Məsələn,  V  əsr  erməni  tarixçisi  M.Xorenatsinin 
yazdıqlarından  belə  məlum  olur  ki,  ermənilər  Midiya  şahı 
Varbak (Arbak,) tərəfindən Ermənistanın hakimi təyin edilmiş 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
279 
279 
279 
279 
279 
279 
279 
sak  oğlu  Paruyru  özlərinin  ilk  hökmdarları  hesab  etmişlər 
(7.347).
  Eyni  müəllif  ondan  öncə  isə  Tork  (Türk)  adlı 
hökmdardan söz açır: 
"VağarĢak  Haykakın  nəvəsi  Paskamın  soyundan 
...Torku  batı  tərəfin  hökmdarı  təyin  etdi...Əgər  istəsən  sənə 
onun  haqqında  ağlasığmaz  hekayətlər  danıĢaram.    Farslar  
Saqcik  Rüstəmdə  120  fil  gücü  olduğunu  söylədikləri  kimi, 
onun haqqında da elə igidlik və qoçaqlıqlardan söz açılır ki, 
bunları nə samson, nə Herkules, nə də Saqcik haqqında demək 
olmur" 
 (7.346). 
Erməni tarixçi həmin şəxsin igidlik və qoçaqlıqlardan 
söhbət  açaraq  Təpəgöz  barədə  "Kitabi-Dədə  Qorquddakı 
hadisəni danışır.    
          
Tarixi faktlar,qədim yazılı mənbələr, arxeoloji tapıntılar 
Azərbaycanın  və  ətraf  ərazilərin  ən  qədim  türk  yurdu 
olduğunu,  ayrı-ayrı  türk  ləhcə  və  şivələrinin  məhz  ölkəmizin 
ərazisində kök dildən ayrıldığını söyləməyə əsas verir. 
          Dilçi alim Elbrus Əzizov deyir:             
          "Dilçilik  tariximizdən  bəllidir  ki,yaxın  areallarda 
yerləĢmiĢ  qohum  dillərin  uyğun  xüsusiyyələri  daha  çox 
olur.Lakin  bir-birilədən  uzaq  areallarda  yerləĢmiĢ  qohum 
dillərdə  elə  uyğun  əlamələrə  təsadüf  edilir  ki,bunları  heç  də 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə