MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə2/75
tarix14.12.2017
ölçüsü2,89 Kb.
#15631
1   2   3   4   5   6   7   8   9   ...   75

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 







belə  qərara  gəlmişlər  ki,  Azərbaycan  ərazisi  də  Ön  və  Orta 
Asiya, eləcə də Quzey Qafqaz əraziləri ilə birlikdə sözügedən 
coğrafi  areala  aiddir.  Doğrudur,  onlar  sakları  Orta  Asiya  və 
Qazaxıstanın  avtoxton  əhalisi  hesab  etmiş  və  onların 
Azərbaycana  gəlişini  sonrakı  dövrlərə  aid  etmişlər.  Məsələn, 
B.A. Litvinov  yazır ki, saklar Orta Asiyanın Son Tunc dövrü 
tayfalarının birbaşa varisləridir və bunu keramika qalıqlarının 
və  dəfn  adətlərinin  eyniliyi  sübut  etməkdədir
  (131.156). 
Alimin  fikrincə,  bu  xalq  məhz  həmin  ərazidən,  Qafqaz 
dağlarını  keçərək,  Ön  Asiya  və  Azərbaycan  ərazisinə 
miqrasiya etmişdir. 
Azərbaycanda  sakların  yaşayış  arealından  söz  açan 
bütün tədqiqatçılar ilk növbədə tarixi mənbələrdə "Sakasena" 
və  ya  "Şakaşen"  kimi  qeyd  olunan  ərziyə  işarə  etmşlər.  İ.M. 
Dyakonovun  İran  dilləri  materialına  istinadən  "şaka  şuana", 
yəni "saklar ölkəsi" kimi şərh etdiyi "Sakasena" adına ilk dəfə 
l  əsr  müəllifi  Strabonun  əsərinin  dörd  yerində  rast 
gəlinməkdədir 
(60.17,24,30). 
İ.M.  Dyakonov  sözügedən 
ərazini  Gəncə  və  ətrafına  şamil  etmişdir 
(132.250). 
Qiyasəddin  Qeybullayevin  fikrincə,  ilk  dövrlərdə  bu  əraziyə 
erməni  mənbələrində  Sisakan  (Sünik)  adlandırılan  Zəngəzur 
ərazisi də daxil olmuşdur 
(55.83). 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 


Strabonun yazdığına görə, Sakasena Kür və Araz çayları 
arasında yerləşir və Araksenadan sonra gəlir: 
"Bu  düzənlikdən  sonra  Albaniya  və  Kür  çayı  ilə 
sərhəddə  yerləĢən  Sakasena  baĢlayır,  bir  qədər  sonra 
Qoqarena gəlir." 
(60.30). 
Mütəxəssislər ilk dəfə 371-ci ildə baş vermiş hadisələrlə 
əlaqədar Favst Bu-zand tərəfindən adı "Şakaşen" kimi çəkilən 
məkanla  Sakasenanın  eyni  ərazinin  bir  qədər  fərqli  səslənişli 
adları  olduğu  fikrində  yekdildirlər  və  bu  halda  da  söhbətin 
məhz  Gəncə  və  ətrafından  getdiyini  bildirirlər 
(55.83).
 
Alimlər  bu  fikirlərini  Gəncənin  əsasının  Şakaşen  ərazisində 
qoyulduğunu yazmış Musa Kağankatlının sözləri
 (66.lll kitab, 
XXl  fəsil)
  ilə  əsaslandırırlar  və  şübhəsiz  ki,  haqlıdırlar.  Bu 
fikri  XVl  əsrdə  Gəncə  yaxınlığındakı  çaylardan  birinin 
Şəkiçay adlanması faktı da 
(134) 
təsdiq etməkdədir.  
Antik  müəlliflər  ölkəmizin  ərazisində  yaşamış  sakları 
bəzən  sakasanlar,  bəzən  isə  sakapanlar    kimi  yad  etmişlər.  ll 
əsr  müəllifi  Arrian  isə  Qavqamela  döyüşü  ilə  bağlı 
məlumatında  albanlar  və  sakesinlərin  eyni  cəbhədə 
döyüşdüklərini  yazmışdır. 
(55.83). 
Arrianın  bu  məlumatını 
şərh  edən  İ.  Dyakonov 
(132.444)
  və  İ.  Əliyev 
(135.139)
 
bildirirlər  ki,  sözügedən  döyüşdə  albanlar  və  Sakasenanın 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 







sakinləri  olan  sakasinlər  midiyalıların  müttəfiqi  kimi  çıxış 
etmişlər. 
Maraqlıdır  ki,  əsərində  Sakasena  haqqında  dörd  dəfə 
məlumat  verən  Strabonun  məlumatlarından  ikisində 
sözügedən  ölkə  barədə  Araz  çayından  cənubda,  yəni  Güney 
Azərbaycan  ərazisində,  Qirkaniyadan  aşağıda  yerləşən  ölkə 
kimi  söhbət  açılır 
(60.17,24). 
Uzun  müddət  tədqiqatçıların 
diqqətindən  kənarda  qalmış  bu  məsələyə  ilk  dəfə  münasibət 
bildirən Qiyasəddin Qeybullayev 
(136) 
olmuşdur.  
İ.  Dyakonov  və  İ  Əliyevin  fikrincə,  Herodotun 
ortokoribantiləri  ilə  Kür  və  Araz  hövzəsinin  Sakasenasının 
əhalisi,  eləcə  də,  tiqraxauda  saklar-qədim  fars  mənbələrinin 
şişpapaqlı  sakları  eyni  şeydir.  Bu  fikirlə  razılaşmayan 
Qiyasəddin Qeybullayev yazır: 
"R.  Fray  öz  əsərinin  bir  yerində  yazır  ki,  tiqraxauda 
saklar  Midiya  ərazisində,  X  satrapiyada  məskun  idilər.Biz 
burada adlarına  qədim fars  mənbələrində rast gəlinən bütün 
sak  qruplarının  mübahisəli  məskunlaĢma  məsələsinə 
toxunmayacağıq.  Yalnız  onu  qeyd  edək  ki,  "tiqraxauda  sak" 
Kür  və  Araz  çayları    arasında  deyil,  Midiya  ərazisində 
yaĢayan    sak  qrupunun  farsca  adıdır.  Strabonda  Midiya 
ərazisində  məskun  olan    sakların  yaĢadıqları  ərazi  də 
Sakasena adlanır." 
(55.84) 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
10 
10 
Sakların  Azərbaycanın  avtoxton  əhalisi  deyil,  gəlmə 
xalq  olduğu  barədə  rus  alimlərinin  fikrinə  şərik  çıxan 
Mahmud  İsmayıl  bunun  e.ə.  Vll  yüzillikdə  baş  verdiyini 
düşünməkdədir: 
"Hələ  lap  qədim  zamanlarda  Azərbaycanda  yerli 
soylarla yanaĢı, uzaq yerlərdən, xüsusən Orta Asiyadan keçib 
bu yerlərə gəlmiĢ soylar da yaĢamıĢlar. Bu soylardan ən çox 
saylısı sak-massagetlər  olmuĢdur.  Tarix ədəbiyyatında onları 
iĢquzlar da adlandırırlar. 
Həmin soyların hələ miladdan əvvəl Vll yüzillikdə qədim 
Azərbaycan  torpaqlarına  gəlmələri  barəsində  bizə  ilk 
məlumatı  miladdan  qabaq  V  yüzillikdə  yaĢamıĢ,  "tarixin 
atası"  çağırılan  Herodot  vermiĢdir.  XlX    yüzilliyə  qədər 
Heodotun  bu  əsəri  Rusiya  və  Avropa  alimlərinin  nəzərini 
çəkmiĢdi.  Keçən  son  iki  yüzillikdə  isə  bu  əsərdə  verilən  külli 
miqdarda  məlumat  barəsində  yüzlərlə  müxtəlif,  bəzən  bir-
birinə zidd fikirlər söylənmiĢdir. ĠĢquz-saklar probleminə həsr 
olunmuĢ  əsərlərin  böyük  əksəriyyətində,  mütəxəssislərin 
özlərinin  etiraf  etdikləri  kimi,  hadisələrin  Ģərhinə  obyektiv 
yanaĢılmamıĢ, "gündəlik siyasətə" tabe edilmiĢdir." 
(137.7-8). 
Yusif Yusifov da saklardan gəlmə xalq kimi bəhs etmiş 
və  o  da  bu  xalqın  ölkəmizin  ərazisinə  e.ə.  Vll  əsrdə  köç 
etdiyini vurğulamış, onların şimaldan gəldiyini qeyd etmişdir: 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə