MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə9/75
tarix14.12.2017
ölçüsü2,89 Kb.
#15631
1   ...   5   6   7   8   9   10   11   12   ...   75

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
35 
35 
35 
35 
35 
35 
35 
hiptnoz  kimi  şərh  etmişdir.Qədim  türklərin  bu  sənəti 
“yada”,yəni cadu ad- 
landırdıqlarını  diqqətə  catdıran  müəllifin  bildirdiyinə 
görə,ayrı-ayrı türk xalqların-da bu inam 20-ci əsrin əvvəllərinə 
qədər davam etmişdir.                                                     
         Dilçi alim Firudun Ağasıoğlu yazır: 
         ―Təbərinin  yazdığına  görə,Həzrət  Nuh  peyğəmbərin 
oğlu,türklərin ulu babası 
hesab  edilən  Yafəs  türk  xalqına  yağıĢ  yağdıran  yada  daĢı 
vermiĢdir.BaĢqa bir rəvayətdə isə həmin daĢın türklərə Həzrət 
Ġbrahim peyğəmbərdən miras qaldığı bildirilir.‖
(21.73-74).
 
               Türklərin yada daşının köməyi ilə yağış yağdırdıqları 
barədə  məlumat  verən  müəlliflərdən  biri  də  10-cu  əsrdə 
yaşamış    məşhur  alim  İbn  Əl-Fəqih  Əl-Həməda-nidir.O,ərəb 
dilində  qələmə  aldığı  “Əxbar  əl-buldan”,yəni  “Ölkələr 
haqqında xəbərlər” adlı kitabının “Türklər,onların ölkəsi və bu 
ölkədəki  möcüzələr  haqqında“  başlıqlı  bölümündə  mövzu  ilə 
bağlı maraqlı fikirlər söyləmişdir: 
         ―Türklər  ölkəsinin  möcüzələrindən  biri  də  onların 
köməyi ilə türklərin yağıĢ, 
qar,dolu  yağdırdıqları  və  istədikləri  digər  bənzər  təbiət 
hadisələrini  meydana  gətirə  bildikləri  daĢlardır.Onlarda  bu 
daĢlar  böyük  önəmə  sahibdirlər  və  geniĢ  istifadə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
36 
36 
edilməkdədirlər.Bunu  türklərin  heç  biri  inkar  etmir,fəqət 
həmin 
daĢlar 
doqquzoğuzlar 
arasında 
daha 
çox 
qiymətləndirilir.‖
(22.49).
 
         Müəllifi məlum olmayan,13-cü əsrdə fars dilində qələmə 
alındığı 
bilinən 
“Əcaib 
əd-dünya”,yəni 
“Dünyanın 
qəribəlikləri”adlı  kitabda  da  maraqlı  bir  qeydə  rast    gəlmək 
mümkündür: 
          ―  Deyirlər  ki,Ərdəbildə  böyük  daĢ  var,əlinlə  onu 
vurduqda  xoĢ  səs  çıxarır.  Quraqlıq  düĢdüyü  zaman  bu  daĢı 
Ģəhərdən kənara çıxarırlar və o saat yağıĢ yağır. 
Onu yenidən Ģəhərə qaytaranda yağıĢ kəsir.‖
(23.124). 
Sibir  türklərinin  inanclarının  mühüm  tərkib  hissəsi 
olan  yada  daşına  və  onun  magik  qüvvəsinə  inam  şamanist 
təsəvvürlərlə  və  bu  təsəvvürlərin  əsasında  duran  mifik 
təsəvvürlərlə 
birbaşa 
bağlıdır. 
Məsələn, 
teleutların 
təsəvvürünə görə, sözügedən daşın sahibi göyün 12-ci qatında 
yaşayan Yada Atadır 
(127.34-35). 
          Xalqımızın 
ilkin 
inam 
və 
etiqdlarının,ovçuluq,əkinçilik,maldarlıq  həyatı  ilə  bağlı  mifik 
təsəvvürləri bizə əsasən xalq yaradıcılığı nümumələri ilə gəlib 
çatmış- 
dır.  Bu  nümunələr  improvizə  edilmiş  formalarda,əksər  halda 
isə  türkdilli  xalqların  poetik  yaradıcılığı  üçün  ənənəvi  olan 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
37 
37 
37 
37 
37 
37 
37 
ibtidai  ölçü  qəliblərində  yayılmışdır.Türk  boy  -larının  ilkin 
magik təsəvvürlərinin poetikləşməsi ,şifahi bədii yaradıcılıqda  
əks  olunması  dövrünün  məhsulu  olan  ovsunlar  müəyyən 
mərhələdə ibtidai insanın gündəlik həyatında,həyatı dərketmə 
və  öz  bildiyi  kimi  idarə  etmə  prosesində  mühüm  mövqe 
tutmuşdur.Zaman  keçdikcə,təbiətin  sirləri  insan  üçün 
açıldıqca  ovsun  təsəvvürləri  də  zəifləmiş,  bir  janr  kimi 
arxaikləşmişdir. 
           Ovsun    sözün  gücünə  inamı  əks  etdirən  bir  janrdır.Bu 
janrda  oxşar  səslər,  sözlər  vasitəsilə  insan  psixikasına  təsir 
göstərilir,sözün gücü,təsiri inamın təntənə-sinə çevrilir. 
           Xalq içərisində uzun müddət quraqlıq olarkən müəyyən 
“müqəddəs”ocaq-lardan götürülmüş daşları ortadan dəlib suya 
salardılar.Məsələn,  Quba  –  Qonaq-kənd  zonasında  Baba 
dağdan  gətirilmiş  daşları  suya  salıb  ipin  başını  sahildəki 
ağaclardan  birinə  bağlayardılar.İpin  bağlandığı  ağac  adətən 
qarağac  və  ya  fındıq  ağacı  olmalı  idi.Daşlar  suya  salınarkən 
xorla oxuyardılar: 
            "DaĢ baĢım, 
            YaĢ baĢım, 
            YaĢ oldu                                                                          
            Üst-baĢım." 
            Sonra daşı suya salardılar.Bu vaxt ovsun oxunardı" 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
38 
38 
           ―Suda daĢım, 
            Baba daĢım, 
            Gələr,getməz 
            YağıĢım. 
             Suda daĢım, 
             YaĢ baĢım, 
             YaĢ oldu 
             Üst-baĢım.‖
(24.12).
                                                           
             Folklorşünas alim Azad Nəbiyev deyir: 
             ―Məlumdur  ki,hələ  çox  qədimlərdən  arası  kəsilməz 
yağıĢlar  zamanı  günəĢi  çağırıĢ  mərasimləri  xalq  arasında 
geniĢ yayılmıĢdı.Ġbtidai insanlar bu görüĢlə bağlı ovsunlar da 
yaratmıĢlar.Onlardan  biri  belədir  :GünəĢin  çıxmasını 
arzulayan  insanlar  Baba  dağından  gətirilmiĢ  daĢları 
ocaqda,küldə  basdırar  və  ocaqda  xəĢil  biĢirərdilər.  XəĢili 
ananın  ilki  çalmalı  idi.Ovsunçu  basdırılan  daĢların    üstünə 
közləri yığa-yığa ovsun oxuyardı:                                                            
           ―Qodu daĢı, 
             Odu daĢı, 
             Qodu kəssin  
             YağıĢı.‖ 
            Sonra qızlar birlikdə oxuyurlar: 
          ―Budu daĢı, 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə