MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə7/75
tarix14.12.2017
ölçüsü2,89 Kb.
#15631
1   2   3   4   5   6   7   8   9   10   ...   75

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
27 
27 
27 
27 
27 
27 
27 
yurdu kimi yad edilməsidir. Belə ki, Övliya Çələbidə də eyni 
ölkə  adını  görürük.  Övliya  Çələbi  Axlat  şəhərinin  təsviri 
zamanı  bildirmişdir  ki,  tarixçilər  bu  şəhərin  adını  Dərmalə 
adlandırırlar  və  bu  da  "Oğuz  şəhəri"  deməkdir.  O,  Axlat 
oğuzları haqqında əfsanəni misal gətirərək yazır: 
"Qədim  zamanlarda  bu  Ģəhər  Mahan  ölkəsinin  Ģahına 
mənsub  idi.  ġah  Samanqana  gəlib,  axlatlılardan  yüz  min 
yumurta  tələb  edir.  Oğuzlar  bu  qədər  yumurtanı  toplayırlar, 
ancaq fikirləĢirlər ki, onu göndərmək üçün at, dəvə lazımdır. 
Ağsaqqallar yığıĢıb məsləhətləĢirlər. Bunu eĢidən Mahan Ģahı 
öz adamını onların yanına göndərir və bildirir ki, mən gümüĢ 
yumurta  nəzərdə  tutmuĢdum,  toyuq  yumurtası  yox,  amma 
onların  ağır  vəziyyətini  nəzərə  alaraq    onları  vergidən  azad 
edirəm.  Oğuzlar  gəlib  yumurtalarını  geri  alırlar.  Amma 
yumurtalar  niĢanlanmadığından    kiminə  böyük,  kiminə  kiçik 
yumurta düĢür.  Bunu ədalətli hesab etməyən oğuzlar Allahın 
qəzəbini  gözlməyə  baĢladılar.  Belə  də  oldu.  Taun  xəstəliyi 
gəldi. Bir gecədə Ģəhəri 12 min çadır tərk etdi. Onlar Misirə 
gəldilər.  Abbasi  xəlifəsi  əl-Mustakfibillah  Misirin  ġərqində 
onlara yer ayırdı. Burada onlar özlərinə kərpicdən ev tikdilər 
.  O  vaxta  qədər  Misirdə  heç  kim  özünə  kərpicdən  ev 
tikməmiĢdi. Ġndi də Qahirədən Ģərqə xarabalıq qalır. . Bu yeri 
"Axlat məhəlləsi" adlandırırlar." 
(85.62-63). 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
28 
28 
Görəsən, Şumer əfsanəsindəki Mahanla haqqında Övliya 
Çələbinin məlumat verdiyi Mahan eyni ölkədirmi, yoxsa, bu, 
adların  təsadüfi  bir  bənzəyişidir,  axı,  iki  məlumatın  qeydə 
alındıqları  dövrlər  arasında  təqribən  4700-5000  illik  məsafə 
var?!  Doğrudanmı,  bu  böyüklükdə  zaman  kəsiyi  ərzində  yer 
adları dəyişmədən və ya cüzi dəyişikliklə dövrümüzədək ulaşa 
bilmişdir?  Faktlar  göstərir  ki,  bu  suallara  müsbət  cavab 
vermək lazımdır. 
Yuxarıda 
içərisindən 
sitat 
gətirdiyimiz 
Şumer 
dastanından  belə  aydın  olur  ki,  Mahan  ölkəsindən  gəmilər 
yüklə qədim Şumerin Nippur şəhərinə gələrmişlər. Bu şəhərin 
yerini  amerikalı  alimlər  1883-cü  ildə  müəyyənləşdirə 
bilmişlər.  Yerli  ərəblərin  "Nuffar"  (Nippur  adının  bir  qədər 
dəyişikliyə  uğramış  adı)  adlandırdıqları  yerdə  aparılan 
arxeoloji  qazıntılar  ilk  nəticəsini  elə  həmin  il  versə  də 
bədəvilərin  alimlərə  hücumu  onları  tədqiqatları  yarıda 
kəsməyə məcbur etmişdi. 1893-1896 və 1899-1900-cu illərdə 
aparılan  qazıntılar  Fərat  çayının  aşağı  sahilində  yerləşən 
qədim Şumer şəhərini gün üzünə çıxardı 
(43.140).
  
Deməli,  Mahan  ölkəsindən  gəmilər  Nippura  Fərat  çayı 
vasitəsi  ilə  gəlirmiş.  Övliya  Çəlbinin  Mahan  ölkəsinin 
şəhərlərindən  olduğunu  söylədiyi  Axlat  Dəclə  çayının  yuxarı 
axarında,  Bağdad  yaxınlığında  yerləşirdi 
(85.60).
  Bu  isə  o 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
29 
29 
29 
29 
29 
29 
29 
deməkdir  ki,  Mahan  ölkəsi  Dəclə  və  Fərat  çaylarının  yuxarı 
axarında,  bu  iki  çayın  bir-birinə  çox  yaxınlaşdığı  yerdə  imiş 
və  həm  Şumer  dastanında,  həm  də  Övliya  Çələbidə  söhbət 
eyni ölkədən gedir. 
Övliya  Çələbinin  bu  ölkə  ilə  bağlı  söylədiklərində 
diqqəti  ən  çox  çəkən  məqamlardan  biri  də  Bayandur  xanın 
həmin ölkə ilə əlaqəli yad edilməsidir. Mövzu ilə bağlı Xalıq 
Koroğlu yazır: 
"Axlatda  ilk  oğuz  köçərilərinin  yaĢaması  haqqında 
bütün tarixlər və əfsanələr danıĢırlar. Ancaq Övliya Çələbinin 
məlumatında  ("Qorqud  Kitabı"nda  oğuzların  baĢ  hakimi) 
Bayandur xanın Mahandan olması çox maraq doğurur. Bu isə 
o  deməkdir  ki,  "Qorqud  Kitabı"ndakı  Bayandur  xan  bir  çox 
tədqiqatçıların fikirləĢdiyi kimi (V.Bartold, V. Jirmunski və b.) 
etnonimin Ģəxsləndirilməsi deyil, tarixi Ģəxsiyyətdir.  
Bunu  qəti  Ģəkildə  təsdiqləmək  üçün  bizdə  kifayət  qədər 
material yoxdur. Ancaq Övliya Çələbinin məlumatlarını tarixi 
həqiqət  kimi  qəbul  etsək,  onda  məntiqi  baxımdan  "Qorqud 
Kitabı"ndakı  Bayandur  xanın  prototipi  olması  ehtimalı  artır. 
Bunu  Övliya  Çələbinin  versiyasında  Osmanlıların  əcdadı 
Qayı Alp bəyin qardaĢı olması da gücləndirir." 
(85.63). 
Övliya Çələbinin yazdığına görə,  Mahan şahı Bayandur 
xanı  Axlatın  hakimi  təyin  etmişdi 
(85.63).
  Bu  isə  söhbətin 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
30 
30 
minillər  öncələrdən  getdiyinə  işarədir.  Yəni  sözügedən 
məlumat  doğrudursa,  oğuzlar  Mahan  ölkəsinin  ən  qədim 
sakinlərindən  olmuşlar.  Bu  isə  o  deməkdir  ki,  Mahan  ölkəsi 
barədə  məlumata  sahib  olan  şumerlər  oğuzlar  barədə  də 
məlumata  sahib  olmalı  idilər.  Artıq  qeyd  edildiyi  kimi, 
Şumer-Akkad  mənbələrində  adlarına  "kuti"(quti)  formasında 
rast gəlinən xalqı türk-oğuz xalqı hesab edən alimlər də var və 
görünür, onlar səhv etmirlər. 
Görəsən,  şumer  mənbələrindəki  Mahan  ölkəsi  sonrakı 
minilliklərdə 
adına  Aşşur-Babil 
və 
qədim 
yəhudi 
mənbələrində "Manna  (Man, Minni, Munaş) ölkəsi" kimi rast 
gəldiyimiz  ölkə  deyil  ki,  axı,  bu  ölkə  bəzən  mixi  yazılarda 
Qutium, yəni "kutilər ölkəsi" də adandırılır? 
Bu suala gələcək tədqiqatlar cavab verməli olacaq. 
Firidun Ağasıoğlu yazır: 
"Dəclə çayı  ilə Urmu  (Urmiya) gölü  arasında ayrı-ayrı 
bəyliklər  Ģəklində  yaĢayan  çoxsaylı  quti  (kuti)  boyları 
vaxtaĢırı  Akkad  və  Elam  dövlətlərinin  hücumlarına  məruz 
qalır,  var-dövlətləri  yağmalanırdı.  Həm  akkad,  həm  də  elam 
yazılarında  göstərilir  ki,  qutilərin  ölkəsində  70  boyla 
vuruĢmuĢlar.  Əlbəttə,  bu  boyların  hamısı  ayrılıqda  quti 
adlanmırdı.  Sonrakı  mənbələr  göstərir  ki,  bəzi  yazılarda 
"quti" adı o dövrdə həmin ərazidə yaĢayan subar, turuk (türk), 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə