MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə5/75
tarix14.12.2017
ölçüsü2,89 Kb.
#15631
1   2   3   4   5   6   7   8   9   ...   75

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
19 
19 
19 
19 
19 
19 
19 
baxımdan  tədqiqatçı  alim  Zaur  Həsənovun  fikirləri  xüsusi 
diqqətə  layiqdir 
(75.122-123).
  Bu  barədə  bir  qədər  sonra 
söhbət  açacağıq.  Hələlik  isə  qeyd  edək  ki,  Herodotdan  öncə 
iskitlər barədə  Aristey, ondan öncə isə e.ə. Vlll əsrdə yaşamış 
Hesiod  məlumat  vermişdir.  T.  Sulmirski  bldirir  ki,  "iskit" 
terminini ilk dəfə məhz Hesiod işlətmişdir 
(138.282).  
Herodotun 
əsərlərində 
rast 
gəldiyimiz 
"iskit" 
etnoniminin  düzgün  oxunuşunun  "skuthai",  yəni  "skuzay" 
olduğunu 
əsaslandıran  İ.Dyakonov  bu  fikrini  Aşşur 
mənbələində 
adlarına 
"asquzay" 
(aşquzlar), 
Babil 
mənbələrində 
"işquzay" 
(işquz-lar), 
qədim 
yəhudi 
mənbələrində  isə  "aşquz"  kimi  rast  gəlinən  etnik  qrupun  adı 
ilə  əsaslandırmış  və  tamamilə  haqlı  olarq,  qədim  yunan 
mənbələrindəki "iskit" (skuz) adının bu etnik qrupun adından  
qaynaqlandığını bildirmişdir 
(132.242-243). 
Onun  bu  fikri  ilə  razılaşan  Qiyasəddin  Qeybullayev 
yazır: 
"Vll  əsrə  aid  aĢĢur  mənbələrində  iskitlər  "aĢquzay" 
(aĢğuzay)  və "iĢquzay" (iĢğuzay) adlandırılır.   Ġ.M.Dyakonov 
yazır  ki,  aĢquzay  və  iĢquzay  onların  (iskitlərin)  özlərinin-
özlərinə verdikləri addır. Çünki aĢĢurlar yeni gələn tayfalara 
özlərindən    yeni  ad  verə  bilməzdilər...Ġ.M.Dyakonov  haqlı 
olaraq  hesab  etmiĢdir  ki,  yunan  termini  olan  "iskit"  kəlməsi 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
20 
20 
aĢĢurların  "aĢquzay",  "iĢquzay"  kəlməsindən  törəmiĢdir. 
Lakin  etnonimin  əvvəlindəki  "a","i"  hərflərinin  guya  aĢĢur 
dilinin əlavəsi olduğunu və guya "d" səsinin "z" hərfi vasitəsi 
ilə ifadə edildiyini söyləyəndə səhvə yol vermiĢdir." 
(55.276).
  
"Çar  iskitləri"  adlı  çox  sanballı  əsərində  bütün  bu 
deyilənləri dərindən təhlil edən, İ. Dyakonovun oxunuşunu və 
mülahizələrini  düzgün  sayan  Zaur  Həsənov  Herodotun 
sözügedən  etnonimi  qədim  sami    (Aşşur,  Babil,  yəhudi) 
mənbələrindən  birbaşa  deyil,    sələfi  Aristey  vasitəsi  ilə  əxz 
etdiyini  vurğulamaqdadır.  Onun  fikrincə,  Aristey  də  həmin 
termini sözügedən sami mənbələrin  yazıldığı dövrdə  yaşamış 
Hesioddan  qəbul  etmişdir 
(75.122-124). 
Tədqiqatçı  "skuz" 
oxunuşunu düzgün saymaqla bərabər, həmin etnonimin "quz" 
(oğuz) etnonimi ilə bağlılığını önə sürmüşdür. Şübhəsiz ki, o, 
tamamilə  haqlıdır.  Biz  də  o  fikirdəyik  ki,    qədim  sami 
mənbələrində  adlarına  rast  gəldiyimiz  işquzlarla  (aşquzlar, 
asquzlar) oğuzlar  arasında sıx bağlılıq var və bu fikri  bizdən 
çox-çox  öncələr  söyləmişlər 
(48.224).
  Bu  barədə  sırası 
gəldikdə  söhbət  açılacaqdır.  Lakin  bu  fikri  istisnasız  olaraq, 
sami  mənbələrində  konkret  etnik  qrup  kimi  qeyd  edilən 
işquzlara  aid  edirik.  Zaur  Həsənov  isə  eyni  fikirlə  iskitlərə, 
daha  dəqiq  desək,  xaqan  iskitlərinə  münasibətdə  də  çıxış 
etməkdədir.  Şübhəsiz  ki,  bu  mövqe  məntiqi  və  cəlbedici 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
21 
21 
21 
21 
21 
21 
21 
görünsə  də,  hələlik,  sadəcə,  bir  ehtimaldır  və  tam  sübut 
edilmədiyi  və  əsaslandırılmadığı  üçün  onu  sübut  edilmiş 
həqiqət kimi qəbul etmək hələlik mümkün deyil. Çünki antik 
müəlliflər  "iskit"("skuz"  kimi  oxunsa  da)  termini  ilə  konkret 
bir  etnik  qrupu  deyil,  bir-biri  ilə  qohum  olan  və  eyni  dildə 
danışan  bir  çox  etnik  qrupları  adlandırmışlar.  Lakin  bu  da 
faktdır  ki,  Herodot  sözügedən  adın  məhz  "çar  (xaqan) 
iskitləri"nə  aid  olduğunu  bildirmişdir.  Məsələyə  sırf  bu 
baxımdan  yanaşsaq,  "çar  iskitlərinin"  oğuzlar  olduğu  barədə 
Zaur  Həsənovun  irəli  sürdüyü  fikrin  tam  məntiqi  olduğunu 
etiraf etməkdən başqa çarə qalmayacaq.    
Konkret olaraq saklar barədə bizə nələr məlumdur?  
Yuxarıda artıq qeyd  edildiyi  kimi,  "sak" etnoniminə ilk 
dəfə  e.ə.Vll  əsrin  ortalarına  aid  Aşşur  mənbələrində  rast 
gəlinmişdir.  Eyni  dövrə  aid  Aşşur  mənbələrində  işquzlardan 
(asquz,  aşquz)  da  ayrıca  söhbət  açılmaqdadır.  Yəni  Aşşur 
mənbələri  sakları  və  işquzları  ayrı-ayrı  etnik  qruplar  kimi 
tanımaqda  və  təq-dim  etməkdədir.  Sözügedən  dövrə  aid 
mənbələrdə kimmerlərin adı da "qimiraya" kimi çəkilmişdir.  
Maraqlıdır  ki,  Aşşur  mənbələrində  işquzlarla  saklar 
arasında  dəqiq  fərq  qoyulsa  da,  saklarla  kimmerlər  arasında 
qoyulan fərq konkret cizgilərə sahib deyildir, eyni hadisələrin 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
22 
22 
iştirakçısı  olan  etnik  qrup  bəzən  "kimmer"(qimiraya),  bəzən 
isə "sak" adlandırılır. Bu barədə E.Qrantovski yazmışdır: 
"1933-cü 
ildə 
AĢĢurbanipalın 
(e.ə.668-663) 
Ninəviyyədəki  ĠĢtar  məbədindən  tapılmıĢ  mərmər  lövhə 
üzərindəki  yazısı  dərc  edildi.  BaĢqa  yazılardan  kimmerlərin 
xaqanı  kimi  tanınan  Tuqdamme  bu  yazıda  (146-cı 
sətirdə)"Saka ölkəsi"nin və ya sakların hökmdarı kimi təqdim 
edilir.  Mətnin  naĢiri  R.Tompson  "saka"  (sak)  ifadəsindən 
sonra gələn mixi iĢarəni özünəməxsus Ģəkildə Ģərh edərək, bu 
halda  hansısa  fərqli  sak  boyundan  söhbət  getdiyi  fikrini 
əsaslandırmaq  istəmiĢdir.Lakin  sonralar    X.  Tadmor  sübut 
etdi  ki,  ifadəni  "Saka  və  Qutium"  (Qutium  ölkəsi,  kutilər 
ölkəsi)  kimi  oxumaq  lazımdır.  Onun  fikrincə,  yazıdan  belə 
çıxır  ki,  kimmelərin  öndəri  Tuqdamme  AĢĢur  mənbələrindən 
Manna  ilə  bağlı  olduqları  məlum  olan  iskitlərin  (sakların) 
üzərində də hökm sahibi imiĢ, Qutium isə Mannanın baĢqa bir 
adı olmuĢdur."  
(139.84). 
Əlbəttə, X. Tadmorun məntiqi ilə razılaşmamaq çətindir. 
Aşşurbanipalın  yazısı  gerçəkdən  də  sübut  edir  ki,  onun 
yaşadığı  dövrdə  Tuqdamme  həm  kimmerlərin,  həm  sakların, 
həm kutilərin, həm də bütövlükdə Manna dövlətinin hökmdarı 
idi.  Hərçənd  ki,  ola  bilər  ki,  həmin  dövrdə  saklar 
kimmerlərdən  yox,  əksinə,  kimmerlər  saklardan  asılı 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə