MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə8/75
tarix14.12.2017
ölçüsü2,89 Kb.
#15631
1   ...   4   5   6   7   8   9   10   11   ...   75

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
31 
31 
31 
31 
31 
31 
31 
kuman, bars, börü, qarqar, azər, zəngi və sair türk boylarının 
ümumi  adı  kimi  iĢlənmiĢdir.    Miladdan  öncə  XXlll  əsrin 
sonunda  yadelli  iĢğalçılara  qarĢı  öz  ətrafında  70  boyu 
birləĢdirən quti bəyliyi az sonra güclü dövlət qura bilmiĢdir." 
(7.147). 
Tarixi mənbələrdən məlumdur ki, kutilər İkiçayarasında 
(Messopatamiyada)  baş  verən  hadisələrə  müdaxilə  edirdilər. 
Onlar  Şumer  ikiçayarası  ilə  müttəfiq  münasibətləri  saxlayır, 
lakin  Akkad  hökmdarlarının  işğalçılıq  siyasətinə  qarşı 
çıxırdılar.  Epik  əsərlərdən  məlumdur  ki,  Akkad  hökmdarı 
Naran-Suen  Urmiya  gölü  hövzəsində  yaşayan  tayfalara  qarşı 
təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, 
o  cümlədən  Urmiya  hövzəsi  etnosları  ittifaq  yaradırlar. 
Müttəfiqlərə  qarşı  göndərilən  Akkad  ordusu  məğlubiyyətə 
uğradılır.   
Naran-Suen eyni  zamanda şumerlərin  dini mərkəzi  olan 
Nippur  şəhərinə  ordu  göndərir  və  buradakı  Enlil  məbədini 
dağıtmaq  istəyir.  Lakin  o  buna  nail  ola  bilmir.  Kuti  hərbi 
dəstələri  bu  şəhərin  köməyinə  gəlirlər.  Kuti  dəstələrinin 
başında Enridavazir (e.ə.2225-2205) durmuşdu. Onun şərəfinə 
Nippur  şəhərinin  mərkəzinə  mixi  yazılı  abidə  qoyulur  və 
orada  Enridavazir  "qüdrətli,  Kutium  (kutilər  ölkəsi)  və 
dünyanın  dörd səmtinin hökmdarı" adlandırılmışdı 
(1.69). 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
32 
32 
 Naran-Suen e.ə.2201-ci ildə Enridavazirlə döyüşdə ölür 
və bundan sonra İkiçayarasının xeyli hissəsi kutilərin nəzarəti 
altına  düşür.  Ancaq  Akkad  və  Şumer  üzərində  tam  nəzarətə 
kutilər  Elulemişin  dövründə  nail  olurlar.  Beləcə,  F. 
Ağasıoğlunun fikrincə, kutilərin Şumer üzərində 91 il 40 gün 
(e.ə 2200-e.ə 2109) sürən hakimiyyəti başlayır. Bəzi alimlərə 
görə,  bu  hakimiyyət  124  və  ya  132  il  davam  etmişdir.  Quti 
hakimiyyətinin  başlanğıc  tarixi  barədə  də  mütəxəssislər 
arasında  yekdil  fikir  yoxdur.  Məsələn,  L.Helpen  e.ə.  2622-ci 
ili,  E.Meyer,  Ş.Günaltay  e.ə.  12550-2374  ci  illər  arasını 
göstərirlər.  İ,Dyakonov  bu  hakimiyyətin  son  ili  kimi  e.ə. 
2109-cu ili qəbul edir ki , F.Ağasıoğlu da bu fikrə şərik çıxır. 
Həmin  dövrdə  Kuti  imperatorluğunun  mərkəzi  Arrapha 
(indiki  Kərkük)  şəhəri  idi.  Kutilərin  idarəsi  altında  olan 
torpaqlarda  əmin-amanlıq  və  firavanlıq  hökm  sürürdü. 
Təsadüfi  deyil  ki,  kutilərin  Laqaş  canişini  Qudea  (e.ə.  2133-
2117) bu barədə belə yazmışdır: 
"ġəhərin  məzarlığında  qəbir  qazılmadı,  heç  bir  ölü 
gömülmədi,  qala  rahibi  musiqi  aləti  daĢımadı,  ondan  bir 
nəğmə (yas havası) çıxmadı, ağıçı qadın ağı demədi." 
(7.148).
 
Sözügedən  dövrdə  Kuti  imperatorluğunun  paytaxtı 
olmuş bugünkü Kərkük şəhərinin tarixi bilinməyən dövrlərdən 
oğuz-türkmənlərlə  məskun  olması  faktı  da  kutilərin  qədim 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
33 
33 
33 
33 
33 
33 
33 
oğuzlar  olduqları  barədə  söylənilən  fikirlərə  haqq 
qazandırmaqdadır.  Hər  halda,  fakt  budur  ki,  Kərkük 
oğuzlarının  guya  həmin  əraziyə  Səlcuqlar  və  ya  Abbasilər 
dövründə  gəldikləri,  ondan  öncə  sözügedən  ərazidə  türklərin 
yaşamadığı barədə fikirlər özünü doğrultmur. Çünki cahiliyyə 
dövrü,  yəni  islamaqədərki  ərəb  ədəbiyyatında,  o  cümlədən 
Aşa  və  Nabiğa  kimi  şairlərin  şeirlərində  türklərdən  bol-bol 
söhbət açılmaqda, tarixi mənbələrdə Həzrət Peyğəmbərimizin 
(c)  səfərlərə  çıxdığı  zaman  türk  çadırında  yaşadığı  barədə 
məlumatlar bulunmaqdadır 
(84.22). 
Oğuzların  Azərbaycanın  avtoxton  əhalisi  olduğunu  və 
çox-çox  öncəki  minil-liklərdən  bu  ərazidə  yaşadıqlarının 
başqa  bir  dolayı  sübutu  da  vardır.  Söhbət  yaranma  tarixi 
minilliklərin  dərinliklərinə  qədər  uzanan  və  təmiz  oğuz 
türkcəsində  olan  bir  sıra  folklor  nümunələrimizin  məhz 
minillər  öncə  ölkəmizin  ərazisində  ərsayə  gətirildiyinin 
arxeoloji  qazıntıların  nəticələri  ilə  öz  təsdiqini  tapmasından 
gedir. 
         Böyük  rus  türkoloqu  Lev  Qumilyov  özünün  məşhur 
“Qədim  türklər”kita-bında  ən  qədim  zamanlardan  etibarən 
türklər  arasında  “yada  daşı”,  yəni  cadu  daşı  adlanan  magik 
daşların  köməyi  ilə  quraqlıq  zamanı  yağış  yağdırmağın 
mümkünlü-yünə  inamın  mövcud  olduğunu  qeyd  etmiş  və 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
34 
34 
türklərin  bu  sənətlə  məşğul  olduqları  barədə  müxtəlif 
qaynaqlarda məlumatlar bulunduğunu yazmışdır: 
         ―Yuebanlar  haqqında  olan  rəvayətdə  soyuq  hava  və 
yağıĢ çağırmağı bacaran   
cadugərlərdən  söhbət  açılır.Jujanlarla  döyüĢ  zamanı  yueban 
cadugərləri  qarlı  fırtına  çağırıb  düĢmənlərin  üzərinə 
göndərmiĢdilər.Bənzər rəvayəti Turlu Qriqori  
də  nəql  etmiĢdir.Avarların  franklarla  döyüĢü  zamanı  avar 
cadugərləri ĢimĢəkli tufan yaratmıĢ, ĢimĢək frank düĢərgəsini 
vurmuĢ  və  onlar  bunun  nəticəsində  məğlub  olmuĢdular.Eyni 
cadu  gücü  naymanlara  da  aid  edilmiĢdir.RəĢidəddin  yazır 
ki,Çingiz xana qarĢı döyüĢən və baĢında Camuxanın durduğu 
soy  birləĢməsinin  cadugərləri  də  tufan  yaratmıĢ,fəqət 
hesablamada  səhvə  yol  verdiklərindən  tufan  öz  baĢlarına 
çaxmıĢdır.‖
(20.94-95).
 
          Türklərin yağış yağdırmaq gücünə sahib olan daşlardan 
istifadə  etdikləri  barədə  bir  çox  müəlliflərin,o  cümlədən 
Təbəri,Səəlibi,Balimi,Firdovsi,Mirxond, 
Sebos 
və 
başqalarıının əsərlərində,eləcə də 7-ci əsrin anonim Suriya və 
10-cu  əsr  fars  anonim  mənbələrində  çox  sayda  məlumat 
olduğunu  söyləyən Lev Qumilyov daha sonra yazır ki,yalnız 
Firdovsi bu halı izah etməyə çalışmış və baş verənləri kütləvi 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə