MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə4/75
tarix14.12.2017
ölçüsü2,89 Kb.
#15631
1   2   3   4   5   6   7   8   9   ...   75

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
15 
15 
15 
15 
15 
15 
15 
Odur  ki,  məsələni  yenidən  və  diqqətlə  incələməyə  böyük 
ehtiyac duyulmaqdadır. 
Qiyasəddin  Qeybullayev  haqlı  olaraq  yazır  ki, 
iskitşünaslıqda  "iskit"  adına  münasibətdə  açıq-aşkar  tam 
sərbəst bir yanaşma hiss edilir:   
"Ġskit  və  sak  ilk  dövrlərdə  (Sak  və  ĠĢquz  adlarının 
Midiyanın  ayrı-ayrı      əyalətlərinin  adları  kimi  qeyd  edildiyi 
AĢĢur  mənbələrindən  də  göründüyü  kimi)  bir-biri  ilə,    çox 
güman  ki,  qohum  olan  ayrı-ayrı  etnik  qrupların  adları 
olmuĢlar.  Fəqət  antik  mənbələrdə  bu  etnonimlər  əsasən 
ümumiləĢdirici adlar kimi çıxıĢ etməkdədir. Əgər iskit və sak 
etnonimlərinin  hansı  halda  konkret  etnik  qrupların  adları, 
hansı  halda  isə  ümumiləĢdirici  adlar  kimi  çıxıĢ  etdiyini 
müəyyənləĢdirmək  çətindirsə,  o  zaman  Albaniya  saklarını 
Qara dəniz  sahilinin  iskitləri  ilə qarıĢdır-maq lazım deyildir. 
Ġskitlərin  və  sakların  eyniləĢdirilməsi  antik  müəlliflərin 
məlumatlarının  Ģərhlərindəki  qarmaqarıĢıqlığın  əsas  səbəbi 
olmuĢdur." 
(55.84-85). 
Alimin  sözlərinin  təsdiqi  kimi  qeyd  edək  ki,  Mahmud 
İsmayıl yazılarında iskit əvəzinə hər yerdə "işquz" 
(137.7-19)

Firidun  Ağasıoğlu  isə  "sak"  etnonimini  "saqa"    və  "saqat" 
formasında  yazmış 
(7.96-126)
  və  onsuz  da  elmdə  mövcud 
olan qarmaqarışıqlığı daha da çözülməsi çətin hala gətirmişlər. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
16 
16 
Doğrudur,  sözügedən  müəlliflər  belə  edərkən,  müəyyən 
məntiqə  əsaslanmışlar.  Məsələn,  Mahmud  İsmayıl  "işquz" 
formasından  istifadə  edərkən  elmdə  mövcud  olan  və  "iskit" 
termininin  Aşşur  mixi  yazılarındakı  "işquz"  etnonimindən 
törədiyi  məntiqini    əsas  götürən  fikrə 
(132.242-243)
 
əsaslanmışdır.  Bu  metod  ilk  baxışdan  doğru  görünsə  də, 
əslində  uğurlu  deyil.  Çünki  Aşşur  mənbələrindəki  "işquz" 
etnonimi  konkret  bir  etnik  qrupu  ifadə  edir  və  bu  qrup 
saklardan  fərqləndirilir.  "İşquz"  terminindən  törədiyi 
söylənilən  "iskit"  terminini  isə  Herodot  və  digər  antik 
müəlliflər  ümumiləşdirici  mənada  işlətmiş  və  bir  çox  qohum 
etnik  qrupları,  o  cümlədən  sakları,  ilk  növbədə  isə  "skolot" 
adlandırdıqları 
Qara 
dəniz 
iskitlərini 
bu 
terminlə 
adlandırmışlar.  Alim  kimmerlərdən  isə  Aşşur  mənbələrinə 
istinadən "qimmir" kimi söz açır: 
"Herodot  yazır  ki,  qimmirlər  (kimmerlər)  Asiyada 
yaĢayan  iĢquzlar  (iskitlər)  tərəfindən  Ģərqə  doğru 
sıxıĢdırılmıĢlar,  iĢquzları  isə  öz  növbəsində  massagetlər 
sıxıĢdırdılar." 
(137.8). 
Firidun Ağasıoğlunun işlətdiy "saqat" termininə gəlincə, 
qeyd edək, bu dilçi alim "sak" etnonimini "saqa" kimi yazıb-
oxumağın daha doğru olacağını düşünməkdə, "iskit" terminin 
də  "saqa"  və  "at"(ut)  cəm  şəkilçisinin  birləşməsindən 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
17 
17 
17 
17 
17 
17 
17 
yarandığını,  "iskit"  əvəzinə  "saqat"  (saqlar)  termininin 
işlədilməsinin  məqsədəuyğun  olduğunu  hesab  etməkdədir. 
Alim  elmdə  qəbul  edilmiş  "kimmer"  termininin  əvəzinə  də 
daha doğru olan "qamər" yazmağı lazım bilmişdir: 
"Miladdan  öncə  Vlll  əsrdə  Qara  dənizlə  Azaq  (Azov) 
dənizi  yaxalarından  qalxıb,  Güney  Qafqaza  gələn  və  burada 
dövlət  quran,  uzun  müddət  ətraf  ölkələrin  Ģahlarını  rahatsız 
edən,  sonra  yenidən  Azaq  yaxalarına  qayıdaraq,  orada  yeni 
dövlət  quran  saqa  (sak)  boyundan  söhbət  açmıĢdıq.  Burada 
isə  saqa  və  qamər  (kimmer)  boylarının  Azərbaycanla  bağlı 
maraqlı tarixi səhifələri üzərində dayanmaq nəzərdə tutulub." 
(7.96). 
Firidun  Ağasıoğlunun  işlətdiyi  "qamər","saqa"  və 
"saqat"  terminləri  doğru,  məntiqi  və  cəlbedici  görünsə  də, 
artıq  qəbul  edilmiş  formalarla  birləşərək  lazımsız 
qarmaqarışıqlıq  yaradır  ki,  buna  da,  fikrimizcə,  ehtiyac 
yoxdur. 
Məlumat üçün bildirək ki, rus elmi ədəbiyyatında "iskit" 
etnonumi  "skif"  formasında  işlənməkdədir  və  bu  forma  uzun 
illər,  rus  dilindən  Azərbaycan  elmi  ədəbiyyatına  keçərək, 
Azərbaycan  elmi  ədəbiyyatında  da  işlək  olmuşdur.  Məsələn, 
Q.Qeybullayevin  içindən  sitatlar  təqdim  etdiyimiz  kitabında 
bəzən  "iskit",  bəzənsə  "skif"  yazılmışdır 
(55). 
"İskit" 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
18 
18 
termininə  gəlincə,  bu,  Türkiyədə  qəbul  olunmuş  formadır  və 
son  dövrlər  Azərbaycan  elmi  ədəbiyyatında  da  geniş  istifadə 
edilməkdədir.  Biz  də  doğru  olmamasına  rəğmən,  eyni 
formadan  istifadə  etməyi  lazım  bildik.  Çünki  bu  forma  artıq 
Azərbaycan 
ədəbiyyatında 
"vətəndaşlıq 
hüqu-qu" 
qazanmışdır. Hərçənd ki, onu "skit" formasında işlədənlər də 
vardır.  Bu  baxımdan  Yusif  Yusifovu  misal  çəkə  bilərik 
(1.102-105). 
 Qeyd edək ki, ingilis dilində sözügedən etnonim "scyth" 
formasında  yazılmaqda,  "skiz"  kimi  oxunmaqdadır.  Türkiyə 
və  Azərbaycan  ədəbiyyatında  işlək  olan  "iskit"  termini 
ingiliscədəki  "scyth"  yazılış  formasının  türkcə  oxunuşu  və 
tələffüzü nəticəsində ortaya çıxmışdır. Ruslar isə həmin sözü, 
yəni  "scyth"  yazılış  formasını  özlərinə  məxsus  şəkildə  "skif" 
kimi oxumuş və bu şəkildə də qəbul etmişlər. Yuxarıda qeyd 
etdiyimiz  kimi,  eyni  forma  uzun  müddət  Azərbaycan  elmi 
ədəbiyyatında da geniş işlənmiş və bu gün ondan, demək olar 
ki, bütünlüklə imtina edilmişdir.  
Fikrimizcə,  kəlmənin  düzgün  formasına  ingiliscə 
tələffüz forması olan "skiz" forması daha yaxındır və Herodot 
həmin formanı Aşşur mənbələrindəki "işquz" etnonimindən ya 
birbaşa,  ya  da  sələfləri  vasitəsilə  əxz  etmiş  ,  fəqət 
ümumiləşdirici  və  daha  geniş  mənada  işlətmişdir.  Bu 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə