www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
360
Əvvəlki yüzilliklərdən hər biri hansısa texnologiyanın meydana
çıxması ilə səciyyələnmişdir ki, həmin əsrdə tərəqqini elə onların
inkişafı müəyyənləşdirirdi. XVIII əsrdə bunlar mexaniki sistemlər,
XIX əsrdə – buxar maşını, XX əsrdə isə informasiyanın toplanması,
ötürülməsi, emalı və saxlanması texnologiyaları oldu.
Bizim dövrümüz isə, artıq qeyd etdiyimiz kimi, elm və yeni
texnologiyaların sürətli inkişafı dövrüdür. İndi bəşəriyyət öz
inkişafının yeni mərhələsinə qədəm qoyur ki, bu mərhələdə nəinki
klassik elmlər sürətlə inkişaf edir, həm də yeni fənlər meydana
çıxır. Toplanan elmi biliklərin həcmi artır, elm və texnikanın
nailiyyətləri sürətlə həyata tətbiq edilir.
Müxtəlif ölkələrin aparıcı elmi nəşrlərində elmi materialların sayı
artır. Həm də slaydda da gördüyümüz kimi, son illər inkişaf
etməkdə olan bir sıra ölkələr – Çin, Cənubi Koreya, Hindistan,
Malayziya bu sahədə artım templərinə görə dünyanın aparıcı
ölkələrini qabaqlamaqdadır.
Təbii ki, bu, elmi araşdırmalara təsir göstərir və təhsil prosesinin
təşkilinə yeni yanaşma tələb edir. Müasir şəraitdə tədrisin yeni
texnologiyalarının tətbiqi, müasir informasiya texnologiyalarından
istifadə, nəzəriyyə ilə praktika, yəni elmlə istehsalat arasında daha
sıx əlaqələrin qurulması qaçılmazdır.
İndi nəhəng informasiya axınlarını sürətlə emal etməyi və ondan
istifadəni bacaranlar uğur qazanırlar. Liderlik isə elmlə təhsilin
səmərəli inteqrasiyasına nail olmuş ölkələrdədir. Slaydda təqdim
olunan məlumatlar buna nümunə ola bilər. Məsələn, Nobel mükafatı
laureatlarının 70%-i, elm və mühəndislik sahəsində məqalələrin
30%-i və dünyada ən çox sitat gətirilən elmi məqalələrin 44%-i
ABŞ-ın payına düşür. Yuxarıda adlarını çəkdiyim bir sıra ölkələr də
bu istiqamətdə sürətlə irəliləməkdədir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
361
İndi biz baza elmi təhsilin daim yeniləşdirilməsi və
genişləndirilməsinə daha çox diqqət yetirməli, elmi-texniki biliklər
və vərdişlərin aşılanması üçün bütün zəruri tədbirləri görməliyik.
Müasir meyarlara cavab verən mütəxəssislər hazırlanması təhsil
sistemində elmi biliklərin inkişafından geri qalmamağı, təhsil
prosesinə müasir kommunikasiya vasitələrini, «nou-hau» tipli
innovasiya texnologiyalarını, daha cəsarətli tətbiqini, o cümlədən
«injener-haus»lar və texnoparklar yaradılması üçün imkanlar
axtarılmasını, yəni intensiv texnologiyaların sürətli inkişafı
şəraitində elmlə təhsil arasında tarazlaşdırılmış qarşılıqlı
münasibətlər yaradılmasını tələb edir.
Obyektiv və dinamik inkişaf edən proses olan ali təhsilin
beynəlmiləlləşməsi artıq yeni mərhələyə – inteqrasiya mərhələsinə
keçir. Təhsil müəssisələrinin xarici tərəfdaşlar və təşkilatlarla
möhkəm əlaqələr qurması, ali təhsil müəssisələrinin regional
birliklərinin formalaşdırılması, YUNESKO, BMT və başqa
təşkilatların himayəsi altında bütün dünya üçün ümumi inkişaf
strategiyasının işlənib hazırlanması buna dəlalət edir. Son nəticədə,
bütün bunlar dünya ali təhsilinin vahid sistemdə birləşməsinə gətirib
çıxarmalıdır.
Yeri gəlmişkən, son illər postsovet məkanında da bu istiqamətdə
böyük iş görülmüşdür. Rusiya, Ukrayna, Mərkəzi Asiya, Qara dəniz
boyunun aparıcı universitetlərinin Avrasiya Universitetlər
Assosiasiyası, Xəzəryanı Universitetlər Assosiasiyası və Qara dəniz
hövzəsi Universitetləri Assosiasiyasında birləşməsi buna nümunə
ola bilər. Paralel olaraq, Avropa və MDB-nin bir çox aparıcı ali
məktəbləri ilə ikitərəfli əlaqələr də inkişaf etdirilir və
möhkəmləndirilir, MDB ölkələrinin aparıcı ali məktəblərinin
filialları açılır. Məsələn, 2008-ci ildən Azərbaycanda MDU-nun
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
362
filialı müvəffəqiyyətlə fəaliyyət göstərir. Bolonya sisteminin
tətbiqində də uğurlar əldə edilmişdir.
Bütün bunlara baxmayaraq, universitetlərimiz hələ də dünyanın
aparıcı ölkələrinin universitetlərindən geri qalmaqdadır. Bu,
universitetlərin ABŞ, Yaponiya, böyük Britaniya və digər inkişaf
etmiş ölkələrin ali məktəblərinin böyük əksəriyyət təşkil etdiyi
Şanxay reytinqindən də aydın görünür. Burada belə bir məlum
ifadəni yada salmaq yerinə düşər: «Amerika universitetləri Amerika
bu qədər belə zəngin olduğu üçün güclü deyillər, universitetləri belə
güclü olduğu üçün Amerika bu qədər zəngindir».
Təbii ki, dünya ali təhsil sisteminə inteqrasiyanı davam etdirmək
zəruridir. Lakin buna qədər biz öz aramızda inteqrasiyanı, yəni
regional inteqrasiyanı hərtərfli genişləndirməliyik. Mən əminəm ki,
tezliklə elmin vətəni olmadığı kimi, təhsilin də vətəni olmayacaqdır.
Ali təhsilin inkişafının müasir meylləri həm müsbət, həm də mənfi
nəticələrə gətirib çıxarır. Məsələn, ali təhsilin miqyasının
genişlənməsi ilə əlaqədar təlimin keyfiyyətinin təmin edilməsi
problemi kəskinləşmişdir. Müasir cəmiyyətin yüksək səviyyəli
təhsilə malik mobil mütəxəssislərə kəskin ehtiyacı var. Məhz
cəmiyyət gənc mütəxəssislərin əmək bazarına təsir göstərərək,
keyfiyyətli ali təhsili stimullaşdıra bilər və bunu etməyə borcludur.
Ali təhsilin artmaqda olan miqyasının maliyyələşdirilməsi problemi
də kifayət qədər kəskinləşmişdir. Digər tərəfdən, tələbələrin sayının
artması
bir
çox
tədris
müəssisəsini
infrastrukturun
təkmilləşdirilməsi, kitabxana fondları, beynəlxalq əməkdaşlıq,
pedaqoji kadrların hazırlanması və yenidən hazırlığına xərcləri
azaltmağa məcbur edir. Yeri gəlmişkən, Rusiya Federasiyasının
Prezidenti hörmətli cənab Medvedyev bu yaxınlarda Ulyanovskdakı
çıxışında bu məsələlərə toxunaraq, iqtisadiyyat üçün üstün sahələr
Dostları ilə paylaş: |