www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
366
dəyişikliklərə məruz qalmaqdadır. Keyfiyyətli təhsil bu
dəyişikliklərə reaksiya verməlidir. Bunun ən önəmli və çətin
məqamı isə tədrisə yeni fənlərin daxil edilməsidir. Özü-özlüyündə
əsaslı araşdırmalardan daha çox, cəmiyyətin onları qəbul etməsi və
yaşamın keyfiyyətini yüksəldən, sosial-iqtisadi inkişafda irəliləyişə
gətirib çıxaran texnologiyalara çevirməyə hazır olması önəmlidir.
Yeniliyi qəbul etməyə hazır olmaq, ondan istehsal və istehlak
səviyyəsində əməli xeyir əldə etməyə hazır olmaq isə təhsil
sisteminin vəzifəsidir, yəni bizim vəzifəmizdir.
Elm və təhsilin inkişafı bütün dünyada vətəndaş cəmiyyətinin
yaradılmasını təmin edəcək və bizim nəsil var gücü ilə bu prosesi
dəstəkləməyə çalışacaqdır ki, bizə də belə bir cəmiyyətdə yaşamaq
nəsib olsun.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
367
Professor Eden Mamut, Qara dəniz Universitetləri
Şəbəkəsi, Rumıniya
Davamlı inkişaf naminə eko-yenilənmə və tam
texnika
31 Oktyabr, 2011-ci il BMT tərəfindən dünya əhalisinin sayının 7
milyard nəfərə çatdığını bildirən rəsmi gün elan edilmişdir. Bu fakt,
5 il müddətinə ―Əhali Bölgüsü‖nün hazırladığı və topladığı
materiallara əsasən əldə edilmişdir. Bununla belə birinci cədvəldən
də gördüyümüz kimi, əhalinin artımı və sayının tək inkişaf
mərhələsi zamanı 3 dəfəyədək qalxması məhz ötən əsrə aiddir.
Dünya əhalisinin sayında yüksək həyat səviyyəsi, misilsiz iqtisadi
fəaliyyət, iri miqyasda ehtiyatlardan istifadə, nəqliyyat,
kommunikasiya, elmi sıçrayışlar və digər bu kimi faktorlar səbəbilə
xüsusilə ikinci dünya müharibəsindən sonra bu günümüzədək, yəni
XXI əsrin əvvəllərinədək artım müşahidə olunmuşdur.
Onu da qeyd edək ki, bu inkişafın və artımın töhfələri olduqca
mürəkkəb nəticələrin əldə olunmasına gətirib çıxarmışdır. Belə ki,
alimlər müasir dövrümüzdə ətraf mühitin və ekologiyanın
çirklənməsi və səviyyəsinin aşağı düşməsinə, iqlim dəyişikliyinə və
bu nəticələrlə bağlı olan digər faktorlara cavab tapmağa çalışırlar.
Ətraf mühitlə bağlı ənənəvi siyasət və sözügedən problemlərlə bağlı
həyata keçirilən tədbirlər 2-ci cədvəldə təqdim olunmuşdur. Qeyd
edək ki, burada göstərilmiş yanaşma tərzi müəyyən mənada
tamamilə uğurlu alınmışdır. Məsələn sözügedən yanaşma tərzi çirkli
suların təmizlənməsinə, təhlükəli məhsulları yenidən emal etməyə
və iqlim dəyişikliyinin sürətlənməsini ləngitməyə yardım etmişdir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
368
Bununla belə, ənənəvi problemlərin həlli istiqamətində fəaliyyət
həmin problemin mövcudluğunun isbatdan sonra başladığından, bu
cür siyasət nə sistemli şəkildə faydalı, nə də ümumi mənada
problemin qarşısını almağa qadir olmur. Şəxsi problemləri ətraf
mühitlə bağlı xüsusi texnoloji vasitələrlə həll etmək isə digər
problemlərin, xüsusən də hələ aşkarlanmamış məsələlərin
kəskinləşməsinə səbəb ola bilər. Bu gün təbiətdən alınan sərvətlərin
95%-dən çoxu emal edilmiş əmtəə məhsulu hələ bazara çatmamış
ifrat dərəcədə sərf edilir və bunun nəticəsi olaraq, avtomobillər kimi
bir çox sənaye məhsulları istifadə müddətində əlavə təbii ehtiyatlara
tələbat duyur.
Beləliklə də, ―ənənəvi texnologiya‖ya əsaslanan bu cür tədbirlər
artıq uzun müddət kifayət etməyəcəyini sübuta yetirir. Məhz buna
görədir ki, insanların tələbatını ödəmək naminə məhsullardan
səmərəli şəkildə istifadə və təbii sərvətlərin istehlak edilməsi yeni
sistemlərə, əmtəəyə, xidmətlərə, proses və prosedurlara ehtiyac
duyur.
Bu zəmində, məhsulun və xidmətlərin tərəqqisini, onların
uzunömürlülüyünü nəzərdən keçirmək lazımdır. Həyata keçirilən
analiz və optimallaşdırmalar sübut edir ki, dəyərləndirilən hər bir
element və mövcud texnologiyaların tərəqqisi ətraf mühitin təsirinin
minimallaşdırılması və təbii ehtiyatların məhsuldarlığının 2-4 dəfə
artması ilə nəticələnmişdir. Bu cür yanaşma isə davamlı inkişaf
nəzəriyyəsinin həyata keçirilməsi yolunda yeni perspektivlər açır.
Davamlı inkişaf nəzəriyyəsinin həyata keçirilməsi istiqamətində
formalaşmış strategiya bir-biri ilə sıx şəkildə bağlı olan 3 hissədən
ibarətdir: