www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
410
Azərbaycan multikultiralizmi yeni baxış
bucağında
Niyaz Niftiyevin ―Azərbaycanda birgəyaşayış və multikultiralizm‖
kitabını birgəyaşayışın mümkünlük düsturunu öyrənən və tədqiqi
əsaslara söykənən toplu kimi də qiymətləndirmək olar. Müəllif
dünyada gedən inteqrativ tendensiyanın fonunda Azərbaycanda
tolerantlıq və birgəyaşayışın çoxəsrlik inkişaf dinamikasına da baş
vurmaqla ortaya dəyərli bir nümunə qoya bilib.
Şübhəsiz ki, öyrənilməsi, istifadəsi və əhəmiyyəti baxımından
müstəsnalıq kəsb edən hər bir sahənin tədqiqi onun ―əlifbası‖na
münasibətdən başlayır. Multikultiralizm Azərbaycanda nisbətən
yeni termin kimi ortaya atılsa da, onun daşıdığı ideya-siyasi
istiqamət ölkəmizdə əsrlər boyu gözlənilib və müxtəlif xalqların bu
torpaqlarda birgə, mehriban yaşaması üçün xüsusi zəmin yaradıb.
Ayrı-ayrı bölgələrimizdə Azərbaycan türkləri ilə eyni-bərabər
səviyyədə yaşamaq imkanı əldə edən bütün azsaylı xalq və etnik
qruplar elə bu tolerant münasibətə görə də əksərən onlarla eyni
dəyərləri bölüşərək
həyatlarına davam
ediblər.
Müəllif
―Azərbaycanda birgəyaşayış və multikultiralizm‖ kitabını yazmağı
qarşısına məqsəd qoyduqdan öncə ölkəmizdə bu xalqlar, etnik
qruplar arasındakı münasibətlərin tarixi, eləcə də iqtisadi, siyasi və
təbii ki, multikultiralizm baxımından daha çox mədəni bağlılığını
araşdırmaq zərurətini əsas götürərək qollarını çırmayıb. Nəticədə
bizim masamıza ―azərbaycançılıq modelinə növbəti mültikultiral
töhfə‖ adlana biləcək geniş məlumat bazasına malik bir kitab
qoyulub.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
411
Politoloqlar, etnoqraflar, tarixçilər, beynəlxalq münasibətləri
öyrənən doktorantlar, xüsusilə də ―Azərbaycan multikultiralizmi‖ni
tədris edən pedaqoq heyəti üçün vəsait kimi istifadə ediləcək kitabın
əvvəlində indiyədək bu və ya digər mənada müvafiq mövzulara
müraciət etmiş azərbaycan alimlərinin analitik tədqiqati işlərindən
bəhs edilir, onların bu tarixi xidmətləri xüsusi ehtiramla yad edilir.
Eyni zamanda ölkə rəhbərliyinin bu istiqamətdə zaman-zaman
gördüyü işlər bütün detalları ilə sadalanır, onların əhəmiyyəti xüsusi
vurğulanır, nəticə olaraq xalqların ölkəmizdə birgəyaşayışının təmin
olunması məqsədilə aparılan siyasət müsbət çalarları ilə diqqətə
çatdırılır. Azərbaycanda millətlərarası multikulturalizm və dini
məsələlər üzrə dövlət müşavirliyinin təsis olunması, həmçinin
xalqların mədəni mərkəzlərinin yaradılması, onların öz dillərində
yazıb-oxumaqlarına yaradılan şərait, Azərbaycan radiosunda öz
dillərində verilişlərinin, eləcə də ictimai televiziyada azsaylı
xalqlarla bağlı xüsusi verilişlərin hazırlanması kimi təkzibedilməz
arqumentlər
önə
çəkilir.
Azərbaycanın
millətlərarası
multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal
Abdullayevin qısa zaman kəsiyində gördüyü işlərdən bəhs olunur.
Multikultiralizmin
dünyanın
düşüncə
adamları
tərəfindən
yaradılaraq necə formalaşması və bu günümüzə gəlib çıxması
faktları ilə oxucunu tanış edən müəllif, eyni zamanda müvafiq
normativ
aktların
ayrı-ayrı
ölkələrin
təcrübəsində
yerli
qanunvericilik və beynəlxalq öhdəliklər kontekstində necə
ratifikasiya olunduğuna da aydınlıq gətirir. Dünyanın əksər
ölkələrində dini, milli dözümlülük şəraitində millətlərin bərabər
yaşamasından bəhs edərkən bütün dünyanın diqqətini heç bir
tolerantlığa yol vermədən monoetnik struktura çevrilməkdə olan
bədxah Ermənistan Respublikasına yönəldir. Bu fikir bizim
ermənilərlə apardığımız tarixi gerçəkliklərə dayanan informasiya
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
412
mübarizəsində çox qiymətli silah sayıla bilər. Dünya ədalət
tərəzisini nə qədər itirsə də belə...
Milli dövlətlərimiz milli azlıqlara doğma yanaşıb
On iki əsas bölüm, redaktoru siyasi elmlər doktoru, professor Elman
Nəsirovun ön sözü, müəllif qeydləri, yekun və xülasədən ibarət
kitabın ―Azərbaycanda milli azlıqlar‖ hissəsi sırf ölkədaxili milli
azlıqların tarixinin, müasir yaşayış imkanlarının, say tərkiblərinin,
mədəniyyətlərinin,
adət-ənənələrinin,
yaşam
tərzlərinin,
mətbəxlərinin araşdırılmasından bəhs edir. O da qeyd edilir ki, bu
xalqlara isti münasibət azərbaycanlıların qan yaddaşında
daşlaşdığından onların normal yaşaması, dövlət vəzifələrində
çalışmaları, bir sözlə onlara doğma münasibətin göstərilməsi bu
torpağın üzərində yaranan bütün milli dövlətlərin əsas ideya
istiqaməti, ilkin addımlarından biri olub. Belə ki, hələ Səfəvilər
dövlətinin zamanında da, cəmisi 23 ay yaşaya bilən Azərbaycan
Demokratik Respublikası dövründə də onların bütün hüquq və
azadlıqlarının qorunması, doğma dillərində yazıb-oxumalarına
şərait yaradılması başlıca prinsip kimi dövlətin əsas vəzifəsi
qismində qanunvericilik əsasında təsbit olunub. Bu tendensiya
müasir Azərbaycan Respublikasında da yüksək səviyyədə davam
etdirilir.
―Azərbaycanda birgəyaşayış və multikultiralizm‖də ölkəmizdə
yaşayan azsaylı xalq və etnik qrupların hamısına doğma, eyni
münasibətlə onların hər birinin haqqında yuxarıda qeyd etdiyimiz
bilgilər xüsusi həssaslıqla qeyd edilib. Oxucular burada ləzgilərə,
avarlara, talışlara, tatlara, daha azsaylı hesab olunan xınalıqlılara,
hapıtlara, qrızlara, gürcülərə, axıxlara, axısxa türklərinə, almanlara,
buduqlara və başqalarına aid çox zəngin materiallarla tanış ola
biləcəklər. Ölkəmizdə yaşayan, lakin böyük, ucsuz-bucaqsız
vətənləri olan ruslar, hətta onların malakan qolları ilə bağlı
Dostları ilə paylaş: |