www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
401
İnterneti sisteminin tətbiq edilməsi ilə cəmiyyətdəki bir sıra mühüm
problemlərin həlli gözlənilir. Yəni Əşyaların İnterneti insanların
həyat şəraitinin, sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, yeni və
daha əlverişli iş yerlərinin açılmasına, biznes üçün yeni imkanların
yaranmasına, istehsalda məhsuldarlığın və rəqabətədavamlılığın
artmasına, nəqliyyat sisteminin daha optimal idarə edilməsinə,
ekoloji monitorinqin etibarlılığının artırılmasına, təbiətdə baş verən
proseslərin nəzarətdə saxlanmasına və s. gətirib çıxaracaq.
Qlobal İnternet şəbəkəsinin davamlı və etibarlı fəaliyyət göstərməsi
üçün onun təhlükəsizliyinin təmin edilməsi olduqca mühüm
məsələdir. İnternet mühitində informasiya təhlükəsizliyi əsas
faktora çevrilir. İnternet kəşfiyyat, təxribat, terror, protest fəaliyyəti
üçün əlverişli meydandır. Qlobal şəbəkə çoxşaxəli arxitektura
malikdir ki, burada da böyük həcmdə elmi-texniki, hərbi, sosial-
iqtisadi və siyasi xarakterli məlumatlar dövr edir. İnformasiya
təhlükəsizliyinə təhdidlər nəticəsində ölkələrin siyasi, iqtisadi, hərbi
və digər sahələrdəki fəaliyyətinə olduqca ciddi zərbə vurula bilər ki,
bunun da nəticəsində ayrı-ayrı vətəndaşlar və bütövlükdə, cəmiyyət
mühüm sosial-iqtisadi zərərlə üzləşə bilər.
Amerika ekspertlərinin hesablamalarına görə, dövlət idarəetmə
sistemlərində və bank strukturlarında istifadə edilən kompyuter
şəbəkələrinin işinin pozulması bu ölkəyə qarşı tətbiq ediləcək nüvə
silahının törədəcəyi fəsadlar qədər təhlükəlidir.
Artıq İnternetdən geniş istifadə edilən ölkələrdə kompyuter
sistemləri və İnternetlə bağlı cinayət əməlləri ümumi hüquq
pozuntuları sırasında mühüm yer tutur. İnternet mühitində
cinayətkarlıq hallarının sürətlə artması, ilk növbədə, bu qlobal
şəbəkənin xüsusiyyətləri – açıqlığı, hamı üçün əlyetərli olması, heç
bir dövlətin və ya təşkilatın nəzarətində olmaması ilə bağlıdır.
Həmçinin İnternetin fəaliyyəti ilə bağlı effektli hüquqi tənzimləmə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
402
mexanizmlərinin olmaması, yurisdikasiya probleminin mövcudluğu,
eləcə də hüquq-mühafizə orqanlarının hələ bu sahədə peşəkar
olmamaları kiberməkanda cinayət əməllərinin sayının artmasına
şərait yaradır.
Qlobal İnternet şəbəkəsinin təhlükəsizliyinin möhkəmləndirilməsi,
kibercinayətkarlıqla milli və beynəlxalq miqyasda daha effektli
mübarizə aparılması, elektron kommersiyanın etibarlı fəaliyyəti,
kiberməkanda insan hüquqlarının yüksək səviyyədə təmin edilməsi
baxımından biometrik texnologiyalara əsaslanan Biometrik
İnternetin yaradılmasını zəruri edir. Biometrik İnternetin köməyi ilə
hakerlərlə, spammerlərlə, digər kibercinayətkarlarla daha səmərəli
mübarizə aparmaq mümkün olacaq.
İnternetin normal, davamlı fəaliyyət göstərməsi üçün zəruri olan
amillərdən biri də enerji təhlükəsizliyidir. Müasir şəraitdə elektrik
enerjisinin kəsilməsi nəticəsində dövlət və özəl korporativ
kompyuter şəbəkələrinin, avtomatlaşdırılmış istehsal və xidmət
müəssisələrinin fəaliyyəti iflic vəziyyətə düşə, böyük həcmdə
maliyyə itkiləri baş verə bilər. Mütəxəssislər hesab edirlər ki,
İnternetin imkanlarına əsaslanan İC-də fasiləsiz, dayanıqlı enerji
təminatı xüsusi aktuallıq kəsb edir. Ona görə də mövcud enerji
mənbələrinin bərpası və alternativ mənbələrin tapılması bəşəriyyət
qarşısında ən vacib məsələlərdən biri kimi dayanır.
İnternetin yaratdığı mühüm problemlərdən biri də cəmiyyətdə
informasiya
bolluğunun
yaranmasının
fəsadlarıdır.
İnsan
informasiyadan, kompyuterdən, İnternetdən həddən artıq istifadə
etməsi nəticəsində onlardan asılı vəziyyətə düşür. Bu sosial-
psixoloji vəziyyət ―eskapizm‖ adlanır. Müasir cəmiyyətdə
televiziya, kompyuter, İnternet, mobil telefon kimi informasiya
mənbələri insanların vaxtını ―acgözlüklə udur‖ və əsas həyat
prioritetlərinə çevrilir. Müasir dövrün insanının 2 həftə ərzində
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
403
qəbul etdiyi informasiyanın həcmi orta əsrlərdə bir insanın ömür
boyu qəbul etdiyi informasiyanın həcminə bərabərdir. E.Toffler
texnologiyaların təsiri ilə cəmiyyətdə baş verən sürətli, radikal
dəyişikliklərə insanın psixoloji reaksiyasını ―futuroşok‖, yəni
―gələcəyin şoku‖ adlandırır. Onun fikrincə, şok vəziyyətinə
düşməyin səbəbi insanın texnologiyanın gətirdiyi yeni reallıqlara
çevik reaksiya verə bilməməsi, yeni situasiyaya adaptasiya oluna
bilməməsidir.
İnformasiya, İnternet asılılığı problemi təkcə şəxsiyyət üçün deyil,
bütövlükdə, cəmiyyət üçün təhlükə mənbəyidir. İnformasiya
mənbələrindən, İnternetdən asılı vəziyyətə düşməmək üçün insanın
informasiya mədəniyyətinə malik olması, informasiya ilə davranış
normalarını öyrənməsi vacibdir.
İnternet, sosial şəbəkələr yeni nəsil müharibə texnologiyalarının –
informasiya müharibəsinin meydana gəlməsinə səbəb olur. Artıq
qabaqcıl ölkələr bu sahəyə milli təhlükəsizliyin mühüm
istiqamətlərindən biri kimi baxırlar. İnformasiya fəzasının
təhlükəsizliyi dövlətin quru, su və hava məkanının təhlükəsizliyi ilə
eyni səviyyədə nəzərdən keçirilir. İnformasiya fəzasının
təhlükəsizliyinin təmin edilməsi dövlətin hərbi vəzifələri sırasına
aid edilir.
İnternet həm də dünya xalqlarının, millətlərinin adət-ənənələrinin,
dillərinin, mədəniyyətinin, dinlərinin toqquşduğu bir məkandır. Bu
virtual məkanda iqtisadi, texnoloji imkanları, beynəlxalq işçi
dillərdə kontentləri, ideoloji resursları zəngin olan ölkələr digər
ölkələrin milli-mənəvi varlığına ciddi təhlükədir. Artıq bu sahədə
itkilər az da deyil. Araşdırmalar göstərir ki, İnternetin təsiri
nəticəsində yaxın gələcəkdə bir sıra dilləri yox olmaq təhlükəsi
gözləyir.
Dostları ilə paylaş: |