www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
44
2. Müasir islam dünyasında elm.
Məsələyə bu cür yanaşma bir tərəfdən bizə obyektiv nəticə
çıxarmağa, ikinci tərəfdən gənclərimizə bugünkü geriliyin səbəbini
izah etməyə imkan verir.
ORTA ƏSRLƏR İSLAM DÜNYASINDA ELM
―Qüvvət elmdədir başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz!‖
Nizami Gəncəvi
Bu beytdən də görünür ki, zamanında islam dünyasında elmin
böyük gücə malik olduğunu biliblər. Böyük Nizami bu misralarla o
zamankı ictimai şüuru bədii formada ifadə edib. Orta əsr müsəlman
elminin bəşər elminə töhfəsi professor Həsən Quliyev tərəfindən
kifayət qədər geniş araşdırılıb. Ona Allahdan rəhmət diləyərək bu
məqalədə onun bəzi fikirlərindən geniş istifadə edəcəyik.
Müsəlman mədəniyyətinin təşəkkülünün obyektiv və tarixi
səbəbləri olmuş və bu inkişaf bir sıra hadisələrin mürəkkəb
qarşılıqlı təsiri zəminində baş vermişdir. Bunlardan biri: 489-cu
ildə Bizans imperatoru Zenonun fərmanı ilə məşhur Edesa
təbiətşünaslıq və fəlsəfə məktəbi bağlanır və onun bütün
nümayəndələri təqiblərdən qaçaraq, Sasanilər İranına köçür və
Yunanıstandakı akademiya kimi yeni bir akademiya yaradırlar. 529-
cu ildə digər Bizans imperatoru Yustinyan Afina akademiyasının
fəaliyyətini qadağan edir və bu akademiya da Sasanilər şəhəri
Gündəşapura köçür. Bu regionun başqa şəhərlərində də buna oxşar
elmi məktəblər fəaliyyət göstərir. Beləliklə, V əsrdən başlayaraq
bugünkü müsəlman coğrafiyasında yunan elmi ənənələrinin
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
45
möhkəm bünövrəsi qoyulur. Buna paralel olaraq elə həmin dövrdə
Bizans və Hind mədəniyyətlərinin yayılması prosesi də baş verir.
Bununla bərabər ―yerli‖ ənənəvi intellektual mədəniyyətin
(islamdan əvvəlki ərəb idrakı dəyərləri, zərdüştlük və s.) inkişafı
prosesi də müşahidə olunur.
Nəticədə VIII əsrdən başlayaraq müsəlman elmi ənənəsinin intensiv
formalaşması prosesi başlayır. Müsəlman aləmi özgünlüyünü
saxlayaraq tədricən dünya elminin mərkəzinə çevrilir. Bir çox
xəlifələr hədiyyə olaraq ləl-cəvahir deyil, məhz kitab qəbul
edirdilər. Kitab kultu cəmiyyətin yeni idealı, and yeri olur.
Təsadüfi deyildi ki, artıq ilk xəlifələr messenat olur, ―müdriklik
evləri‖, şəxsi kitabxanalar yaradır və alimləri öz ətrafına cəlb
edirlər. İnsanın ictimai vəziyyəti, şəxsiyyətin nüfuz və elitaya
mənsub olması şəxsi bilik fondunun nə dərəcədə zəngin olması ilə
müəyyənləşdirilir. Bilikli insan bir növ mədəni örnəyə, nümunə
götürmək üçün etalona çevrilir. İstər ictimai, istərsə də şəxsi
kitabxanalar Qərbdə yox, ilk dəfə Şərqdə yaranmışdı.
Müsəlman elmi ənənəsində obrazlı (humanitar) və məntiqi
(rasional) idrak formaları arasında həmişə dinamik tarazlıq
saxlanılırdı. Rasional və
ya humanitar elmi ənənəyə
səmtləşməsindən asılı ol-mayaraq, müsəlman alimi bu və ya digər
dərəcədə aralıq hadisəsini də əxz etmişdir. Alim həm də şair idi və
tərsinə. Alimin elmi maraqlar spektri bəzən onlarla elmi əhatə
edirdi: riyaziyyat, fizika, astronomiya, məntiq, fəlsəfə, təbabət,
poetika, musiqi və şeir yazmaq nəzəriyyəsi, qrammatika, teologiya,
əlkimya və s. İslam dünyasında elmin və alimin özgürlüyü baza
prinsipi bu idi. Humanitar alimlərin marginallığı bundan ibarət idi
ki, onlar hər bir halda rasional təfəkkürə öz münasibətlərini
müəyyənləşdirməyə məcbur idilər.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
46
Alimliyin və ya elmiliyin Qərb modelində adətən poetiklik ilə
məntiqliyin eyni zamanda bir adama xas olmasını istisna edirdi bu
səbəbdən də ―fiziklər və liriklər‖ bölgüsü mövcud idi.
Qərb universtlərində tələbənin hazırlığı üçün kollektiv məsuliyyət
daşıyan alimlər korporasiyasına, təkmilləşmiş ierarxiyaya malik
orta əsr Avropa universitet olduğu halda,
müsəlman
universitetlərinə ümumkorporativ cavabdehlik xas deyildi.
Müəllim və alim arxetipi
Müsəlman dünyasında müəllim şagird (mürşüd -mürüd)
münasibətləri nüfuz, təqlid, isnad və başqa prinsiplər əsasında
fəaliyyət göstərirdi. Müəllim şəxsiyyəti ilə canlı ünsiyyət bu tərbiyə
sistemində əsas amil idi.Bir çox alimlər (V. Sementsov) hesab
edirlər ki, ənənəvi Şərq tərbiyə sistemində şagirdlə müəllim
arasındakı canlı ünsiyyət Şərq mədəniyyəti üçün fundamental
əhəmiyyət kəsb edir.
Müsəlman alimliyi kitab mədəniyyəti mühitində formalaşırdı.
Savad və ensiklopedizm kultu həm də müsəlman elmi ənənəsi
özgünlüyünü səciyyələndirir. Özgür alim şəxsiyyət tipi
formalaşmışdı: alimdən, hər şeydən əvvəl, qədimdən qalan
sərvətlərə və dinin normalarına bələd olmaq, müstəsna təxəyyül və
hafizə, obrazlı və assosiativ təfəkkür tələb olunurdu.
Öz müəlliminin yaradıcı surətdə hər şeydə təqlid edərək onun həyatı
ilə yaşayan zaman, gələcək alim kimi şagirddə tədricən müəlliminin
―örnəyi‖ (arxetipi) formalaşır. Müəllimi ilə birlikdə şagird
yaradıcılığın sirlərinə yiyələnir, lakin bu zaman o, yaradıcılığın
hansısa universal bir modelini deyil, öz müəlliminin özgün, orijinal
yaradıcılıq laboratoriyasını dərk edir. Bəhmənyar maraqlı fikir
söyləmişdir: ―Əqli elmləri dərk edərək onların daşıyıcılarının