MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə34/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   30   31   32   33   34   35   36   37   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

105 


 

Dünən hörmətli Yefim İosifoviç qeyd etdi ki, belə vasitələrdən biri 

təhsil  sistemidir.  Ancaq  mənim  fikrimcə,  təhsil  sistemilə  bərabər, 

haqqında  tez-tez  danışdığımız  vətəndaş  cəmiyyətinin  qurulması 

situasiyası  müəyyən  yeni  ekspert  meydançalarının  yaradılmasını 

nəzərdə  tutur.  Belə  ekspert  meydançaları  rolunda,  əlbəttə,  ictimai 

təşkilatlar və birliklər cıxış edir. 

 

Rusiyada  milli-mədəni  muxtariyyatlara  yenidən  baxılması,  müasir 



dünyanın  bütün  ölkələrinin  ərazisində  mədəni  və  informasiya 

dəyərlərinin    birləşdirilməsi  imkanlarının  yeni  oxunuşu  insana  öz 

kiçik  rakursunu  tapmağa  və  öz  bütöv  mühitindən  təcrid  olmadan 

doğma  mədəniyyətinin  bütün  dəyərlərini  öyrənməyə  və  ona 

qoşulmağa  imkan  verir.  Elə  bu  da  rəngarəngliyin  birliyi  modelidir 

ki, burada hər bir mədəniyyət öz şəxsi ləyaqətini və özəl dəyərlərini 

saxlayaraq  digər  mədəniyyətlərlə  münaqişə  muhitindən  kənarda 

mutləq  qarşılıqlı  fəaliyyətdə  olur.  Bu  gün,  artıq  qeyd  etdiyimiz 

kimi, sosial problemlərin hər bir insana, onun dünyada mövcudluğu 

probleminə  aid  olduğunu  nəzərə  alsaq,  bunu  etmək  heç  də  asan 

deyildir. 

 

Diskussiya  meydançaları  nə  deməkdir?  Onlardan  biri  –  hər  bir 



ölkənin  baş  verən  situasiyanın  açıq  təhlili  ilə  birgə  təqdim  etdiyi 

analitik  materiallardır.  Məsələ  burasındadır  ki,  belə  materialların 

toplanması  metodu  və  metodologiyası  demək  olar  ki,  movcud 

deyildir. Mədəniyyətlərin müxtəlif təməllər üzrə qarşılıqlı təhlilinin 

vahid konseptual metodoloji əsası da yoxdur. 

Linqvistik  rəngarənglik  bu  problemin  həlli  yollarından  biri  kimi. 

Müasir  informasiya  və  mədəni  şəbəkələr  vasitəsilə  uyğunlaşma 

problemi. 

Bu,  müasir  dünyada  insanların,  öz  yeni  reallığından  ayrılmadan 

ailələrilə əlaqəni itirməməyə, bu əlaqəni qorumağa imkan verən  ən 

maraqlı adaptasiya kanallarından və formalarından biridir. Bu, hətta 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

106 



miqrasiya  növü  anlayışını  da  dəyişməyə  qadir  olan  yeni 

situasiyadır.  Bu  zaman  əmək  mühacirəti  doğrudan  da  müvəqqəti 

miqrasiyaya çevrilir – yeni ərazidə oturaq mühacirət olmur. 

Demək  istərdim  ki,  çoxmədəniyyətlilik  konsepti  də  müasir 

Rusiyada  ciddi  təhlilə  məruz  qalmışdır.  Pozitiv  təcrübə  nöqteyi-

nəzərindən  mühacir  axınları  üçün  açıq  olan  ərazilərdə  dostluq 

lokuslarının və mədəniyyətlərarası dialoq lokuslarının yaradılmasını 

göstərmək  olar.  Sərhəd  vilayəti  olan  və  əhalinin  sayına  görə  180-

dən  200-dək  etnomədəni  ənənənin  nümayəndələrini  və  müxtəlif 

mədəniyyət  daşıyıcılarını  birləşdirən  Orenburq  vilayətini  nümunə 

kimi  göstərmək  mümkündür.  Burada  milli  kəndin  gözəl  təcrübəsi 

yaranmışdır,  eyni  bir  ərazi  məkanında  informasiya  muzeyləri, 

informasiya  mərkəzləri  yaradılmaşdır.  Bu  mərkəzlərdə  digər 

mədəniyyətlərlə  tanış  olmaq  və  vahid  ərazi  çərçivəsində  ümumi 

tədbirlər  keçirmək  mümkündür.  Rusiyada  bu  təzəlikcə  vüsət 

almaqdadır,  məhz  təcridetmədən  qaçmaq,  ünsiyyətə  canatma  – 

dialoq  formasını  qurmaq  məqsədilə  çoxmədəniyyətlilik  modelinin 

mürəkkəbləşdirirlməsi üçün maraqlı bir vasitə, maraqlı bir gedişdir. 

Rusiya təcrübəsini təhlil edərək, demək istəyirəm ki, bu, həm ərazi 

modelləri, həm də prosesləri qanunvericiliklə nizamlama  modelləri 

çərçivəsində  axtarışların  mürəkkəb  şəraitində  baş  tutur.  Hər  halda 

hər  il  200  minədək  insan  Rusiyaya  gəlir.  Onlar  müxtəlif 

mədəniyyətlərin 

daşıyıcılarıdır. 

Lakin 

Rusiyanın 



çoxmədəniyyətliliyin genişləndirilməsinə dair malik olduğu təcrübə 

əsas  verir  ki,  etnomədəni  siyasətin  strategiyası  pozitiv  olsun  və 

bütün mövcud gərginlik halları öz müsbət həllini tapsın. 

 

Olqa Astafyeva, 



 Rusiya, RF Prezidenti yanında Dövlət Qulluğu və Xalq 

təsərrüfatı Akademiyası  

 

 



  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

107 


 

Multikulturalizm fəaliyyətdə: bolqar etnik modeli 

 

Hörmətli  xanımlar  və  cənablar!  Hal-hazırda  Bolqarıstanda  bir 



milyondan artıq müsəlmanın yaşadığını heç də hamınız bilmirsiniz. 

Onlar  səkkiz  yüz  min  bolqar  türkü  və  Osmanlı  imperiyasının 

hakimiyyəti dövründə islamı qəbul etmiş iki yüz min bolqardır. 

 

90-ci  illərin  əvvəllərində  Avropa  təşəbbüskarlarının  çoxu 



soruşduqda ki, Balkanlarda etnik konflikt harada başlamışdır, cavab 

alırdılar:  ―Bolqarıstanda‖,  çünki  etnik  gərginliyin  dərəcəsi  o  vaxt 

bizdə  çox  yüksək  idi.    Buna  səbəb  səksəninci  illərin  ortalarında 

Bolqarıstanın  o  vaxtkı  hakimiyyətinin  bizim  müsəlmanların  ərəb-

türk  mənşəli  adlarını  slavyan  adlarına  dəyişməsiydi.  Onlara  öz 

dillərində danışmaq qadağan edilmişdi. Ancaq indinin özündə belə 

çoxları ana dilində danışır. Hərçənd, bu qəribə səslənir, məsələn, iki 

müsəlman  gedir  və  türk  dilində  danışırlar,  milis  onları  saxlayır  və 

cərimə  edir.  Müsəlmanlara  məscidlərdə  öz  ibadətlərini  etməyi 

qadağan etdilər. Ümumiyyətlə, vəziyyət gərginləşdi və 1989-cu ildə 

özünün  pik  nöqtəsinə  çatdı.  Bu  zaman  kütləvi  tətillər  və  yürüşlər 

başlandı.  Vəziyyəti  əldə  saxlamaq  üçün  kommunist  hakimiyyəti 

dörd yüz min türk vətəndaşını bizim respublikadan qovdu. 

 

Ancaq  bu  müəyyən  qədər  gərginliyi  aradan  qaldırdı,  çünki  Şərq 



blokunda  dərhal  dəyişikliklər  qopdu  və  vəziyyət  yenidən 

gərginlşməyə  başladı.  O  zaman  Bolqarıstanın  prezidenti  doktor 

J.Jelev idi. O, inkişaf edən gərgin konfliktin müsbət həllini istəyirdi, 

çünki bizim  konstitusiya vətəndaşlarımızın bütün fərdi hüquqlarını 

qoruyur.  Ancaq  biz  irəli  getdik  və  bizim  müsəlmanlara  öz 

partiyalarını  yaratmaq  imkanı  verdik.  Bu  partiya  90-cı  illərin 

əvvəllərində  qeydə  alındı  və  onların  kollektiv  hüquqlarını  – 

yaşamaq  və  azadlıq  hüquqlarını  müdafiə  edirdi.  İyirmi  il  ərzində 

bizim yığıncağın daimi nümayəndəliyi var idi, ancaq maraqlıdır ki, 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə