MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə36/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   32   33   34   35   36   37   38   39   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

111 


 

Və nəhayət, Ukraynanın 20 illik müstəqillik dövrü ərzində yaranmış 

ən  mühüm  problemlərdən  biri  –  ölkədə  rus  dilinə  münasibətdə 

uyğun  statusun  qəbul  olunması  ilə  əlaqədar  fərqli  fikir 

mübadiləsidir.  Millətlərarası  münasibətlər  sferasında  Ukraynanın 

dövlət  siyasətinin  başlıca  vəzifələri  hansılar  idi?  Ölkə 

ictimaiyyətinin polimilliyini nəzərə alsaq, bir nömrəli vəzifə – vahid 

ukrain  siyasi  millətinin  formalaşmasıdır.  İkinci  vacib  vəzifə  – 

burada  yaşayan  müxtəlif  millətlərin  nümayəndələrinin  eyni 

hüquqlarının təmin edilməsi və eyni zamanda, ölkə ictimaiyyətində 

millətlərarası  razılığın  əldə  edilməsidir.  Lap  əvvəldən  etnomilli 

siysətin  əsas  məsələlərindən  biri,  ukrayna  dilinin  ictimai  həyatın 

bütün  sahələrində  dövlət  dili  səviyyəsində  fəaliyyəti  və  eyni 

zamanda  mədəni  tələbatın  yaranması  və  reallaşması  məqsədiilə 

müəyyən şəraitin yaradılması, inkişafı və təbii ki, krım-tatarlarının 

geri  qayıtması  sayılır.  Bu  yonümdə  əsas  məsələlərdən  biri  krım 

icmasının  inteqrasiyası,  milliyyətçilik  faktoru  ilə  sürgün  olunmuş 

şəxslərin  ictimaiyyətə  uyğunlaşdırılması,  ümumiyyətlə  etnik 

ayrıseçkiliyin  qarşısının  alınmasıdır.  Qeyd  etmək  lazımdır  ki, 

Ukraynanın  beynəlxalq  münasibətlərinin  müəyyən  dərəcədə 

―yumşaq‖, münaqişəsiz vəziyyətini müəyyən edən, müstəqilliyin ilk 

dövrlərində  yaranmış  harmonik  beynəlxalq  münasibətlərin  hüquqi 

əsaslarının  təmin  edilməsi  sayılır.  1991-ci  ildə  ―sıfır  varianti‖ 

(nulevoy  real)  adlandırılan  vətəndaşlıq  haqqında  qanunun  qəbul 

olunması  nəticəsində  Ukraynada  yaşayan  hər  bir  şəxs,  milli 

mənsubiyyətindən  asılı  olmayaraq  vətəndaşlıq  əldə  etdi. 

Müstəqilliyin əldə edilməsindən öncə, 1989-cu ildə milli azlıqların 

dil  hüquqlarının    təmin  olunması  haqqında  qanun  imzalanmış, 

1992-ci ildə isə Ukraynanın milli azlıqlar haqqında ümumi qanunu 

təsdiq    olunmuşdur.  90-cı  illərin  ortalarında    Ukrayna  Avropanın 

alman  dili  xəritəsini  ratifikasiya  etmiş,  lakin  bundan  öncə 

Ukraynanın  unitar  xüsusiyyətini  müəyyən  edən  1996-cı  ildə 

konstitusiya vasitəsi ilə təsdiqlənmiş qanun qəbul edilmişdir. Bizdə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

112 



unitar  dövlət  quruluşudur.  Yeganə  dövlət  dili,  yeganə  vətəndaşlıq, 

yeganə  istisna  –  Krım  Respublikasının  muxtariyyət  statusu 

olmuşdur.  Lakin  durumu  yumşaldan  səbəbi  nədən  ibarətdir?  Mən 

buna  xüsusi  diqqət  ayırardım.  Siyasətdə  milli  azlıqların  hüquqi 

təminatından daha cox yüngül sosiomədəni siyasi vəziyyətə böyük 

rol  ayrılmışdır.  Birincisi,  müsbət  rolu  ukrain  və  rus  dillərinin 

yaxınlığı oynadı. Əhalinin əksər hissəsi hər iki dilin daşıyıcısıdır və 

bu  səbəbdən  dillərarası  kommunikasiya  ziddiyyəti  yaranmır. 

İkincisi,  milli  azlıqlar  üçün  siyasi  elitanın  optimallığı  lap  öncədən 

təmin olunmuşdur. Ölkə əhalisinin rusdilli qismi ölkənin yeni siyasi 

elitasının  formalaşmasında  aktiv  rol  oynamışdır,  etnik  spesifikada 

hec  bir  differensiasiya  hiss  olunmamışdır.  Siyasi  gərginliyi  aradan 

qaldırmağı  bacaran  Ukraynanın  siyasi  sisteminin  demokratik 

xüsusiyyəti  də  bu  məsələlərin  təhlükəli  həddə  çatmaması  üçün  

müsbət  rol  oynamışdır.  Ukraynanın  təhsil  sistemi  xidmətində, 

informasiya sahəsində mobil ukrainləşmə aparılmışdır. 

 

Ukraynanın  Avropaya  inteqrasiya  siyasəti  milli  azlıqların 



hüquqlarının  möhkəmlənməsinə  və  inkişafına  xidmət  edir.  Ən 

mühüm  rolu  milli  mədəni  icmalar  tərəfindən  milli  azlıqların 

maraqlarının  dəstəklənməsi,  həmçinin  dövlət  dəstəyi  və  milli 

azlıqların  doğma  dillərindəki  KİV-lər,  milli-mədəni  cəmiyyətlərin 

ayrı-ayrı  mədəni-tədris  layihələri  oynayır.  Mən  həmçinin  Ukrayna 

siyasətinin  bir  vacib  spesifikasını  da  qeyd  edərdim  –  bu,  ölkədə 

radikal  və  milli  siyasi  hərəkatların  qeyri-populyar  olmasıdır. 

Hazırda  Avropa  və  keçmiş  sovet  ölkələrində  sağyönlü  radikal 

hərəkat  müşahidə  olunmaqdadır.  Bu,  Ukraynada  da mövcuddurlar, 

lakin  nisbətən  cüzi  miqyasda.    Ukrainlərin  coxu  həm  sağ,  həm  də 

sol təmayüllü radikal siyasi hərəkatları təkzib edir. Demək lazımdır 

ki,  Ukraynanın  bu  spesifikası,  o  cümlədən  mülayim  etnomilli 

siyasət öz müsbət nəticələrini verməkdədir. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

113 


Ukrayna  –  keçmiş  sovet  ittifaqının  böyük  miqyasda  və  kəskin 

millətlərarası  münaqişəsi  olmayan  tək-tük  ölkələrindən  biri  sayılır. 

Bizdə ciddi separatçı problem olmayıb və ərazimizdə müharibə baş 

verməyib.  Qeyd  etmək  istərdim  ki,  əgər  90-cı  illərin  əvvəlində– 

Moldova,  Qafqaz  kimi  qonşu  ölkələrdə  baş  verən    münaqişələr 

səbəbindən Ukrayna əhalisinin yarısı millətlərarası münaqişələrdən 

çəkinirdisə,  hazırda  belə  təhlükələrdən    çəkinənlərin  sayı  ölkə 

əhalisinin  yalnız  12%-ni  təşkil  edir.  Bizim  ölkədə  milli  zəmində 

diskriminasiya mövcud deyil, yalnız 3% əhali bu  məsələ ilə bağlı 

bu  və  ya  digər  faktları  qeyd  edir.  Onu  da  qeyd  etmək  istərdim  ki 

(lakin  bu  bəlkə  çox  da  pozitiv  tendensiya  deyil),  hərçənd  eyni 

zamanda  məhz  həmin  o  multikultur  plüralizmə  dəlalət  edir  –  bu, 

etnomədəni fərqliliyin mövcudluğu və inkişafıdır. Əfsuslar olsun ki, 

bəzi siyasətçilər milli eynilik problemlərini, həmçinin miillətlərarası 

ziddiyyətləri  siyasi  partiyaların  fəaliyyətində  istifadə  etməyə 

çalışırlar.  Buna  görə  də  millətlərarası  münasibətlər  harmoniyası 

üçün çağırışdar Ukraynada qalmaqdadır. Lakin mən hələ nəzərlərə 

çarpmayan,  lakin  potensial  problem  olan  gizli  bir  probləmə  də 

toxunmaq istərdim. Bu – Ukraynada ayrı-ayrı milli icmaların milli 

distansiyalaşdırılması, 

etnik 

izolyasionizmi 



təmayüllərinin 

artmasıdır.  Düşünürəm  ki,  Ukrayna  millətlərarası  siyasət 

təcrübəsinin pozitivliyi ondan ibarətdir ki, bəzən milli münasibətlər 

sferasında  ziddiyyət  təşkil  edən  məsələlərin  mülayimliyi  və 

uyuşqanlığı  ölkədə  millətlərarası  münasibətlərin  harmonik  tərzdə 

həllinə imkan yaradır. 

 

 

Vladimir Fesenko, 



Ukrayna, “Penta” tətbiqi siyasi tədqiqatlar mərkəzi 

 

 



 

 

 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə