MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə39/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   35   36   37   38   39   40   41   42   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

120 



 

İsraildə multikulturalizm təcrübəsi 

 

Mənim  çıxışımın  mövzusu  ―İsraildə  multikulturalizmin  rolu‖ 



adlanır  və  ərazisində  81  dildə  danışan  120  dövlətdən  gəlmiş 

insanların yaşadığı, dini rəsmi olaraq dövlətdən ayrılmayan, formal 

konstitusiyası olmayan və son 60 ildə qonşuları ilə daima müharibə 

vəziyyətində  yaşayan  bir  ölknin  nümayəndəsi  kimi,  mənim 

qarşımda  multikulturalizm  barədə  8  dəqiqə  ərzində  məlumat 

vermək kimi çətin bir vəzifə durur. Vəziyyət bu cürdür və inanın ki, 

bizim  problemlərimiz  kifayət  qədərdir.  Bununla  belə,    mövcud 

sahədəki 

problemlərin 

çoxluğuna 

baxmayaraq, 

bizim 


multikulturalizm  sahəsində  müəyyən  təcrübəmiz  var.  Bu  təcrübə 

bəzən  uyğunlaşdırılmış,  bəzən  isə  məcburi  xarakter  daşıyır,  ancaq 

biz  bu  cür  cəmiyyətdə  lap  çoxdan,  belə  deyək  ki,  son  yüz  ildə 

yaşayırıq.  Bizim  dırnaqarası  ―əridici  qazanımız‖  Birləşmiş 

Ştatlardakı kimi olmayıb. Onun öz spesifikası var və mən indi onun 

üzərində  dayanmayacağam.  Bu  spesifika  ondan  ibarət  idi  ki,  o 

zaman  Fələstinə  gələn  insanlarda  güclü  məqsəd  və  əsaslar  vardır. 

Belə  ki,  onlar  yeni  vətəndə  yaşamaq  və  orada  yeni  cəmiyyət 

qurmaq,  üstəlik  sosialist  ideyalarını  həyata  keçirmək  kimi  vahid 

məqsəd cüddüklərindən yeni insanı, yeni yəhudini formalaşdırmağa  

başladılar.  Bəyəm  bütün  bunlar  postsovet  dövrünü  xatırlatmırmı? 

Yəhudilərin  ivrit  dilində  danışmaq  şüarı  tədricən  özünü 

doğruldurdu;  doğurdan  da  ən  müxtəlif  ölkələrdən  gəlmiş  müxtəlif 

dildə  danışan  yəhudilər,  əsasən,  ivrit  dilinə  keçdilər.  Əlbəttə, 

―əridici  qazan‖  və  ―yalançı  əridici  qazan‖  dövrü  çox  böyük 

əyrintilərə  yol  verilmişdir.  Müharibədən  sonra  İsrildəki 

münasibətlər  hətta  fələstinli  yəhudilənin  özləri  üçün  də  tamamilə 

prinsipial  xarakter  almışdır.  Onlar  soruşurdular:  ―Axı  siz  neyçün 

qabaqlar  gəlmirdiniz,  neyçün  döyüşmürdünüz,  neyçün  zərbəyə 

zərbəylə  cavab  vermirdiniz?‖  Bu  məsələ  Avropadan  gəlmiş  şərqli 

yəhudilər,  şərqi-avropalı  yəhudilər  və  özlərini  zahirən  qaynar 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

121 


adlandıran, lakin daxilən mülayim olan fələstinli yəhudilər arasında 

ciddi qarşıdurmaya gətirib çıxartdı. 70-ci illərdə, daha dəqiq desək, 

1967-ci  ildən  sonra  bütün  dünyada  inkişaf  etməkdə  olan 

multikulturalizm  yavaş-yavaş  İsrailə  də  gəlib  çatdı.  Və 

multikulturalizmin  ilk  qaranquşu  Birləşmiş  Ştatlardan  və  Böyük 

Britaniyadan  gəlmiş  çox  da  böyük  olmayan  anqlofon  icma  idi. 

Gözlənilmədən  məlum  oldu  ki,  yeni  yerdə  yaşamaq  arzusunu 

gizlətmədən ivrit dilini öyrənməkdən imtina etməyən bu adamlar öz 

dilini qorumaq istəyirdilər. Bu insanları anlayışla qarşılayır, onlara 

tərəf  addım  atırlarlar,  belə  ki,  artıq  o  zamanlar  ingilis  dili 

beynəlxalq  ünsiyyət  dili  hesab  edilirdi.  Onlar  özləri  üçün  Qranauf 

şəhərini  tikib  kompakt  yaşayış  rayonu  yaratdılar.  Bu,  bəlkə  də 

dövlətin  assimilyasiya  siyasətindən  ilk  imtina  hadisəsidir.  Mən 

deyərdim  ki,  bu  yeni  modelə,  daha  dəqiq  desək,  assimilyasiyasız 

inteqrasiya modelinə keçiddir. Ancaq elə alındı ki, bu eksperiment 

postsovet  məkanından,  daha  dəqiqi,  o  vaxtkı  SSRİ-dən  gələnlərə 

tətbiq edildi. İsrailə 10 il ərzində MDB ölkələrindən 1100 000 nəfər 

gəlmişdir  ki,  bu  da  ölkə  əhalisinin  18%-ni  təşkil  edir.  Mən  hesab 

edirəm  ki,  heç  bir  ölkə  belə  böyük  faiz  nisbətində  əcnəbi  əhalinin 

qəbulu yaxud İsraildə deyildiyi kimi, absorbsiya təcrübəsi ilə öyünə 

bilməz.  Özü  də  bu  gələn  icma  son  dərəcə  özünəməxsus  mdi  və 

bütün  əvvəlki  gələnlərdən  kəskin  radikalllığı  ilə  fərqlənirdi.  Hər 

şeydən öncə bu insanlar köçüb gəldikləri vətənləri ilə yaxşı əlaqələr 

saxlayırdılar, çünki bu zaman Sovet İttifaqı artıq dağılmışdı, onların 

getməsinə heç kim mane olmurdu və onlar gedərkən öz iş yoldaşları 

və  qohumları  ilə  dostluq  əlaqələrini  saxlamışdılar.  Onlar  70-ci 

illərdəki  kimi  vətənini  atmış  hesab  edilmirdilər,  çünki  başqa  yerə 

gəlib  tərk  etdikləri  vətənləri  ilə  əlaqəni  itirməmişdilər.  Bu  amil 

İsraildə rus dilli informasiya məkanının yaranmasını xeyli dərəcədə 

sabitləşdirmişdir.  İnanın,  bizim  kiçik  ölkəmiz  üçün  bu  məkan 

praktiki  olaraq  böyük  deyil.  Hal-hazırda  həmin  1100  000  nəfərlik 

əhali üçün İsraildə rus dilində 2 televiziya kanalı, 30 dan artıq qəzet, 

6  radiostansiya  fəaliyyət  göstərir.  Bu  siyahını  uzatmaq  da  olar. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

122 



Rusdillilərin  dindarlığı  aşağı  səviyyədədir.  3-cü  yəhudi  nəslinin 

gəlməsinə  imkan  verən  qanunun  sayəsində  İsrailə  gəlmiş  bu 

adamlar  ölkəyə  cəmi  köçüb  gəlmiş  yəhudilərin  30%-ni  təşkil  edir. 

Bura hansısa yüklə, mən deyərdim, sovet yükü ilə təşrif buyurmuş 

bu  insanlar  özlərini  nəhəng  ölkənin  vətəndaşları  kimi  hiss  edərək, 

yeni  vətənlərində heç də  özlərini ikinci növ  vətəndaş  vəziyyətində 

görmək  istəmirdilər.  Yerli  əhali  ilə  onların  arasında  müəyyən 

ziddiyyətlər  başlanmışdı,  ancaq  10  ilin  ərzində  hər  şey  qaydasına 

düşdü. Maraqlı burasıdır ki, İsrail bu gün başqa cür olmuşdur, rus 

icması  da  dəyişmişdir.  Bu  gün  İsraildə  rus  ədəbiyyatının  bütün 

klassikləri  ivrit  dilinə  və  bütün  ivritdilli  klassiklərin  əsərləri  rus 

dilinə  tərcümə  olunub.  Öz  kitab  mağazalarınızda  siz  Abus  Vozu, 

Şalemi  tapa  bilərsiniz.  Nə  qədər  paradoksal  olsa  da,  İsraildə 

multikulturalizm  baş  tutdu.  Biz  başqa  cür  olmuşuq  və  israillilər 

rusdilli  əhaliyə  İsrailin  bir hissəsi  kimi  baxmağa  başlayıb.  Bu  gün 

rus idmançılarının İsraili beynəlxalq yarışlarda təmsil etmələri artıq 

heç kimi təəccübləndirmir. 

 

  



 

Boris Morozov, 

 İsrail, Təl-Əviv Universiteti 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə