www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
123
Qafqazda multikulturalizm: Azərbaycan modeli
XX əsrin sonlarında məlum siyasi hadisələr postsovet məkanında o
cümlədən, Cənubi Qafqaz respublikalarında multikulturalizmin yeni
modellərinin formalaşmasına gətirib çıxardı. Lakin bir sıra hərbi-
siyasi və iqtisadi xarakterli hadisələr Gürcüstanda millətlərarası
münasibətlərin mövcud tarazlığını deformasiyaya uğratdı.
Azərbaycanlıların, etnik azlıqların Ermənistandan kütləvi
deportasiyası bu respublikanı faktiki, olaraq monoetnik dövlətə
çevirdi. Öz növbəsində, Azərbaycan Respublikası ölkənin dağılma
tendensiyasının qarşısını almağa, müxtəlif mədəniyyətləri və dinləri
birləşdirən dövlət olaraq qalmağa nail oldu.
Multikulturalizm nədir? Bu ilk növbədə, bir ölkədə mədəniyyətlərin
qarşılıqlı təsirində müəyyən ―keyfiyyət‖ə nail olunmasına yönəlmiş
demokratik dövlət strategiyasıdır. Multikulturalizm hamı tərəfindən
tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan
dinc, yanaşı yaşama prinsipidir. Azərbaycan üçün fərqli baxışlara,
adətlərə, vərdişlərə dözümlülük mövqeyi bəsləmək əlbəttə ki,
təbiidir. Müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə
tolerant münasibət azərbaycanlıların mentalitetinə xasdır.
Azərbaycan Respublikası polietnik dövlətdir. Xalq dövləti təşkil
edən etnosdan – Azərbaycan türklərindən və avtoxton milli
azlıqlardan – udinlərdən, ingiloylardan, qrızlardan, xınalıqlardan,
buduqlardan, tatlardan, talışlardan, ləzgilərdən və b. təşkil
olunmuşdur. Bu millətlərin tarixən Azərbaycandan başqa vətənləri
olmamışdır və buna görə də Azərbaycan türkləri ilə birlikdə vahid
polietnik Azərbaycan millətinin nümayəndələri hesab olunmaqda
haqlıdırlar. Onlardan başqa respublikada ruslar, ukraynalılar,
belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar
yaşayırlar. Bu milli azlıqların hər birinin muvafiq olaraq tarixi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
124
vətəni vardır və Azərbaycan ərazisində yaşayan alloxton milli
azlıqlara aid edilirlər. Təkcə Bakıda iyirmidən yuxarı müxtəlif
mədəni icmalar fəaliyyət göstərir. Bunların arasında: rusların,
ukrainlərin, kürdlərin, lakların, ləzgilərin, slavyanların, tatların,
tatarların, gürcülərin, ingilayların, talışların, avarların, axıska
türklərinin, Avropa və dağ yəhudilərinin, gürcü yəhudilərinin,
alman və yunanların cəmiyyətləri vardır. Ümumiyyətlə, etnik
azlıqların kompakt şəkildə yaşadıqları bütün rayonlarda belə
icmalar mövcuddur.
Azərbaycan Respublikasında kompakt şəkildə müxtəlif etnosların
nümayəndələri yaşayır və onların hər biri öz maddi və mənəvi
mədəniyyətini, dilini, tarixi yaddaşını, mentalitetini, etnik
özünüdərketmə və etnopsixologiyasını qoruyub saxlayan unikal
xüsusiyyətlərin daşıyıcılarıdır (4, s.5). Məhz Azərbaycanda dağ
yəhudilərinin məskəni – Qırmızı Sloboda, Molokan kəndi İvanovka,
udin kəndi Nic, öz dili, özünəməxsus adət və ənənələri ilə məşhur
olan Xınalıq kəndi və başqa milli azlıqların yaşadığı onlarla belə
məskənlər
mövcuddur
və
onların
hamısı
Azərbaycan
ictimaiyyətinin ayrılmaz hissəsidir.Etnik azlıqlara yerli əhali ilə
bərabər mədəni hüquqlar və ölkənin mədəni irsindən istifadə
hüququ verilmişdir.
Etnik azlıqların kompakt yaşadığı yerlərdə ümumtəhsil
məktəblərinin ibtidai siniflərində doğma dil tədris olunur: müvafiq
dillərdə tədris proqramları və dərs vəsaitləri, folklor və şeir
məcmuələri, bədii ədəbiyyat nəşr olunur; qəzet və jurnallar çıxır,
dövlət milli teatrları və bədii özfəaliyyət kollektivləri fəaliyyət
göstərir.
Azərbaycanda mövcud olan mədəni simbioz (müştərək yaşama) və
müxtəlif ənənələr maddi və mənəvi mədəniyyətin tarixi
abidələrində həkk olunmuşdur. Belə ki, maddi mədəniyyət
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
125
abidələrinin qorunması çərçivəsində Astara, Qax, Quba, Zaqatala və
digər rayonların tarix-ölkəşünaslıq muzeylərində, həmin ərazilərdə
yaşayan etnik azlıqların irsini və ənənələrini əks etdirən
ekspozisiyalar təşkil olunur. Bu sahədə kitabxanalar da səmərəli
fəaliyyət göstərir; burada milli azlıq nümayəndələrinin kitablarının
təqdimatı keçirilir və bu kitablar kitabxananın fonduna daxil olur.
Ölkə daxilində, eləcə də beynəlxalq arenada mədəniyyətlərarası
ünsiyyətin tarazlı şəkildə qurulmasında, üç dini dövrdən –
zərdüştlük, xristianlıq və islamdan keçən və öz şüuruna bunları
həkk etdirən Azərbaycan xalqının tarixi yaddaşı vacib rol oynayır.
Azərbaycanda dinlərarası dialoq və tolerantlığın dünyanın bir çox
polietnik regionları üçün nümunə olan xüsusi modeli qurulmuşdur.
Dövlət-din
münasibətlərinin
müasir
Azərbaycan
modeli
çərçivəsində, bütün dinlər qanun qarşısında bərabər status almışlar.
Ölkə vətəndaşlarının böyük əksəriyyətini təşkil edən müsəlmanların
hüquqlarını təmin etməklə yanaşı, dövlət respublika ərazisində
yayılan bütün ənənəvi dinlərə qayğı göstərir.
Öz tarixi ənənələrinə söykənən Azərbaycanda vətəndaşların
mədəni, o cümlədən dini tələbatlarının təmin edilməsinə
aşağıdakılar nümunədir: sovet ateizmində boşluq dövründən sonra
Bakıda ―Müqəddəs qadınlar ‖ kilsəsi açıldı. Qeyd edək ki, bu kilsə
XX əsrin əvvəllərində məşhur xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyevin fəal dəstəyi ilə tikilmiş, XXI əsrin əvvəllərində isə digər
azərbaycanlı xeyriyyəçinin səyləri nəticəsində yenidən bərpa
olunmuşdur;
– pontifik II İohann Pavelin Azərbaycana səfəri zamanı tikintisinə
xeyir-dua verdiyi yeni katolik kostyolu (polyak kilsəsi) açılmışdır.
Bu kilsə 1930-cu illərdə dağıdılmış əvvəlki məbədin ənənələrini
davam etdirəcək;
Dostları ilə paylaş: |