www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
147
çağırış bu vacib məsələni vətəndaşların şüuruna yerləşdirə bilmək,
gənc nəsli tolerantlıq və bərabərlik ruhunda tərbiyə etməkdən
ibarətdir. Millətlərarası sülh və razılıq göydən enəcək nəsnələr
deyil, dövlətin gündəlik siyasət və təcrübəsinin və bizim hamımızın
əldə etdiyimiz nəticələrdir.
Yəqin ki, sizlərdən bir çoxunuz Qazaxıstanın istər milli, istərsə də
beynəlxalq səviyyədə mədəniyyətlərin və sivilizasiyaların
yaxınlaşması sahəsindəki fəaliyyətindən xəbərdarsınız.
Müstəqillik illərində ölkədə etnik və dini bərabərliyinin effektiv-
hüquqi bazası yaradılmışdır. Bu bazanın əsasını Qazaxıstanda
yaşayan xalqların dini etiqad və dil azadlığı haqqındakı qanunları
təşkil edir.
Ötən il qəbul edilmiş milli vəhdət doktrinası bu sahədə vacib addım
oldu. Qazaxıstanda yaşayan xalqların konstitusuya statusuna malik
olan assambleyası ölkəmizdə millətlərarası sazişin baza institutuna
çevrilmişdir. Bu institutun tərkibinə 820 etnomədəni birlik daxildir.
2003-cü ildən etibarən ölkənin paytaxtı Astana qlobal dinlərarası
dialoq mərkəzinə çevrilmişdir. Dünya dinlərinin və ənənəvi dinlərin
liderlərinin, müxtəlif dinlərə mənsub nümayəndələrin 2003, 2006 və
2009-cu illərdə Qazaxıstan Respublikasının prezidenti Nursultan
Nazarbayevin təşəbbüsü ilə dəyirmi masa arxasında görüşlər
şəklində keçirilən qurultaylarında sülhün bərqərar olması ideyası
tolerantlıq və yüzillik bəşəri dəyərlərin prinsipləri əsasında öz
praktiki təcəssümünü təcəsümünü tapır.
Qazaxıstanın da iştirakçısı olduğu sonuncu təşəbbüslərdən biri
beynəlxalq mədəniyyətlərin yaxınlaşması forumudur. Ötən il
YUNESKO tərəfindən keçirilən bu forum dünya xalqlarının
qarşılıqlı anlayış çağırışlarını yeni baxış bucağından görməsinə
səbəb oldu. Sirr deyil ki, xalqlar bu problemlərlə tez-tez üzləşir və
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
148
maneləri dəf etmək yolları barədə suallar ortaya çıxır. Son dərəcə
aktual olan bu çağırış YUNESKO-nun iştirakçısı ölkələrind geniş
əks-səda doğurdu. Bütün dünya üzrə mədəniyyətlərin beynəlxalq
yaxınlaşmasına yönəlmiş minə qədər tədbir keçirildi. Bu, milli və
dini dözümsüzlük zəminində münaqişələrlə çirklənmiş müasir
dünyanın oxşarə layihələrə ehtiyacı olduğunun göstəricisidir.
Hesab edirik ki, bu il ərzində alınan sağlam impuls və universal
yönləndirmə dünya əhalisinin sonrakı qlobal fəaliyyətinə də öz
müsbət təsirini göstərəcəkdir. Bununla əlaqədar, 2013-cü ildən
2022-ci ilə kimi beynəlxalq mədəniyyətlərin yaxınlaşması
onilliyiinin elan edilməsi məsələsini YUNESKO-nun baş
konfransının gələcək sessiyasının gündəliyinə daxil etmək barədə
Qazaxıstan Respublikasının qərarını bəyan etmək istərdim. Bu
təşəbbüsün realizəsi sülhün qurulması prosesində qlobal dialoqlara
yardımçı olmaq üçün dünya ictimaiyyətinin göstərdiyi səylərin və
YUNESKO-nun XXI əsrdə yeni humanizm strategiyasının davamı
ola bilər.
Mən bu gün tədbirdə iştirak edən dövlətlərin rəsmi nümayəndələrini
bu təklifə qoşulub layihənin həmmüəlliflərindən biri kimi çıxış
etməyə çağırıram. Hesab edirəm ki, bu lazımlı təşəbbüs gələcək
onillikdə yerli, milli və regional səviyyədə mədəniyyətlərin dialoqu
ideallarının yayılması işində dünya ictimaiyyətinin istinadgahına
çevriləcəkdir.
Təəssüflər olsun ki, yeni dövrün real çağırışları multikulturalizmin
gələcəyinə inamla baxmağa imkan vermir. Bu gün dünyanın bir çox
regionları etnoslararası və dinlərarası münasibətlərlə əlaqədar
təhlükələrdən zərər çəkməkdədir. Dünyada dini-etnik dözülməzlik
müşahidə olunur. Bu qarşılıqlı olaraq müqəddəs yerlərin, ibadətgah
və
qəbirlərin
təhqir
olumasında,
müqəddəs
kitabların
yandırılmasında, hansı dinin daha düzgün olub-olmaması haqqında
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
149
mubahisələrdə müşahidə olunur. Ayrı-ayrı ölkələrdə daha cox milli
identikliyi qorumaq kimi radikal metodlar istifadə olunur. Hətta cox
inkişaf etmiş ölkələrdə belə qloballaşmaya belə reaksiya bir cox
etnik immiqrantların və milli azlıqların marağına toxunur. Qarşılıqlı
incikliklər, etnik məsafələr və insanların bir-birinə qarşı inamsızlığı
artır.
Bu gün Avropanın bir çox ölkələrində mədəniyyətlərarası
siyasətinin tənəzzülü göz qabağındadır. Bunun nəticəsində
çoxmillətlilikdən və müxtəlif mədəniyyətlilikdən imtina təmayülləri
ortaya
çıxmışdır.
İnanıram
ki,
beynəlxalq
birliklərin
multikulturalizm böhranının qarşısını almaq üçün kifayət qədər
imkanları var.
Burda ulu mütəfəkkir Abayın sözləri çox aktual səslənir: ―Sübh
çağının qaranlığı ən qatı qaranlıqdır‖. Onu da bilmək vacibdir ki,
multikulturalizm dünyanın eybəcərliyi yox, onun sərvətidir.
Qloballaşma dövründə xalqların dinc şəkildə yan-yana yaşaması
ümumi dəyərlərə və səylərə söykənən daimi və konstruktiv
mədəniyyətlərarası dialoq deməkdir.
Aysel Qutikyanova,
YUNESKO işləri üzrə Qazaxıstan Milli komissiyasının
məsul katibi