www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
138
―
SİuQGH” təşəbbüsü multikulturalizm prosesinin
mexanizmi kimi
Sosial elmlər sahəsində çalışan müəlliflərin mübahisələrinə səbəb
olan elmi debatlar arasında sivilizasiyaların insan şüurunun,
cəmiyyətlərin, eləcə də dövlətlərin inkişafında rolunun mühümlüyü
mövzusu xüsusi yer tutur. Samuil Hantinqtonun ―Sivilizasiyaların
toqquşması‖ adlı məşhur məqaləsindən sonra bu nəzəriyyə təkcə
alimlərin deyil, bir çox nüfuzlu siyasətçilərin də gündəliyində
prioritet məsələlərdən birinə çevrildi. Faktiki olaraq, son zamanlar
biz dünya ölkələrinin böyük bir qismində İslamofobiya zəminində
dini simvollara qarşı hücumlarla tez-tez rastlaşmaqdayıq. Təəssüf
ki, İslamofobiya fenomeni öz növbəsində başqa bir neqativ təzahür
olan, ən başlıcası isə, müsəlman ölkələrinin milli maraqlarına cavab
verməyən Vesternfobiya hallarının da genişlənməsinə gətirib
çıxarır.
Gənclər Sivilizasiyaların İttifaqı uğrunda layihəsi 2007-ci ildə İslam
Əməkdaşlıq Təşkilatı yanında üzv qurum statusuna malik olan
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu
tərəfindən BMT-nin eyniadlı proqramında gənclərin iştirakını təmin
etmək məqsədilə təklif olunmuşdu. Layihə çərçivəsində Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ev sahibliyi ilə
həmin ilin payızında Bakı şəhərində ―Gənclərin Sivilizasiyası
Düşərgəsi‖ və ―Nəsillərarası Beynəlxalq Konfrans‖ keçirilmişdir.
2012-ci ilin aprel ayında keçirilən tədbirdə Sivilizasiyaların İttifaqı
Uğrunda Qlobal Gənclər Hərəkatı (SİuQGH) yaradılmaqla bu
layihə nəticədə institusional xarakter almışdır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
139
Adı çəkilən layihənin əsas məqsədi qərar qəbul etməyə səlahiyyəti
olan nüfuzlu siyasətçilər üçün işlək platforma yaratmaq, bu
platformanın vasitəsilə dini və mədəni qarşılıqlı anlaşma
sahəsindəki mövcud stereotipləri aradan qaldırmaq və bunun
gələcək perspektivdə institutlaşmasına, xüsusən də bu prosesdə
gənclərin fəallığına nail olmaqdır.
Hərəkatın əsas komponentlərindən biri olan Gənc Çevik Qrupu
müxtəlif ölkələri, mədəniyyətləri və dinləri təmsil edən gənc
liderlərlərdən ibarət olmaqla, dini və mədəni fobiya zəminində
yaranmış böhranların həll edilməsi işinə töhfə vermək məqsədi
güdür. Perspektivdə yaxşı təlim keçmiş qruplar dünyanın müxtəlif
yerlərində yarana biləcək böhranlı vəziyyətlərin həll edilməsi üçün
müvafiq bölgələrə də göndərilə bilər.
Əlbəttə, SİuQGH bu sahədə yaranacaq bütün problemlərin aradan
qaldırılmasında panaseya rolunu oynamaq iddiasında deyil.
Bununla belə, qloballaşma proseslərinin sürətlə getdiyi bir zamanda
gənclərin ideoloji dəyişikliklərə həssas olduğunu nəzərə alsaq, yeni
təsis olunmuş hərəkat heç şübhəsiz ki, bu istiqamətdə mühüm rol
oynaya bilər. Ən azından, SİuQGH ekstremizm və dini ayrı-
seçkiliyin aradan qaldırılması üzrə müxtəlif sivilizasiyalar arasında
birliyin yaranmasını təmin edə biləcək dialoqun təsis olunması
məqsədinə doğru gedir.
Alpay Əhmədov,
Bakı Slavyan Universiteti
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
140
Qloballaşma dövründə çox mədəniyyətlilik:
imkanlar və problemlər
Bu forumda iştirak etdiyim üçün çox şadam. Fikirlərimi paylaşmaq
üçün mənə belə bir şərait və imkan yaratdığınıza görə sizə öz
minnətdarlığımı bildirirəm.
Çıxışım qısa olacaq. Mövzum qloballaşmaya çağırış və imkanlar
haqqındadır. Mədəniyyət millətlərin bir-birinə təsir göstərməsinə bir
imkandır. Mədəniyyət millətlər arasında qarşıdurmanı önləyir,
millətlər və insanlar arasında fərq yaradır. Bu çıxışda əsas fikir
mədəniyyətdəki ziddiyyətlərin yaranmasına səbəb olan çağırışlara
cəmlənmişdir. Məlum olur ki, bu əsas çağırışlardan biridir.
Mədəniyyət bütün mədəni imkanların mübadiləsinə və həmçinin
insanlar arasında fikir birliyinin yaramasına zəmin yaradır,
müharibələrin və münaqişələrin səbəb və əsaslarını aradan qaldırır.
Münaqişələrin həllinə nəzarət üçün bu ən mühüm və ən real
yanaşmadır. Əlbəttə, bu elə də asan bir iş deyil. Belə ki, bütün
bunlar cox hazırlıq, böyük səy və səbr tələb edir. Yaxşı nəticələrə
nail olmağin yollarından biri həmçinin mədəni mübadilələrin
faydalarından və üstünlüklərindən xəbərdar olmaqdır, bunun üçün
də bir çox yollar vardır.
Bir cox millətlərdə mədəniyyəti qələbə üçün bir vasitə kimi başa
düşmək tendensiyası var, əlbəttə bu kədərlidir, amma həqiqətdir. Bu
cağırışlara qalib gəlmək və mədəni üstünlüklərdən düzgün istifadə
etmək üçün bir çox şərtləri nəzərə almağa ehtiyac vardır.
Həsən xan Məhəmməd,
İran, İmam Sadiq Universiteti
Dostları ilə paylaş: |