www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
156
İndiki əsrə, iyirmi birinci əsrin əvvəlinə qayıdaq! Bizim artıq başqa
prioritetlərimiz var. Bəşəriyyət ilk növbədə sülh və ekologiyanın
qorunması, yeni xəstəliklər və insan hüquqlarının pozuntuları ilə
mübarizə aparmağın qayğısına qalır. ―Şər imperiyası‖ – Sovet
İttifaqının dağılmasından sonra sərhədlər genişləndi, insanların
ölkədən-ölkəyə köçməsi prosesi gücləndi, qarışıq nikahların sayı
dəfələrlə artdı, köhnə ehkam və məhdudiyyətlərdən azad olan yeni
nəsil meydana gəlib uğurla inkişaf etməkdədir, İnternet milyonlarla
insanın vaxt və ağlının sahibinə çevrilib. Miqyasca kiçik ölkələrin
qarşılıqlı mənfəətli ticarət və təhlükəsizlik, inam və hüquq
bərabərliyi prinsipləri əsasında birləşmələri əhəmiyyət kəsb etməyə
başlayıb. Dahi Nizami çox əsrlər əvvəl bu barədə yazırdı: ―Həyat
nəyə gərəkdir, bir həmdəmin olmasa?İnsan çətin yaşayar dosta əmin
olmasa‖.
Bu baxımdan, Avropa İttifaqının hansı istiqamətdə inkişaf etdiyi və
bu inkişafın nəticələri məsələsi bizim üçün ən önəmli məsələ olaraq
qalır. O, adından və formasından (federasiya, konfederasiya, ittifaq
və ya başqa bir birlik) asılı olmayaraq, ölkələri vahid xarici
siyasətlə – ən azı müasir dövrün əsas məsələləri üzrə, habelə vahid
super-dövlət kimi böyük ―oyunçulara‖ qarşı durmaq üçün –
birləşdirəcək qədər yaxınlaşdıra biləcəkmi? Mən artıq kifayət qədər
köhnəlmiş ―çağırış‖ sözünü yenə işlədirəm, ancaq cəsarətli, böyük
və icrası asan olmayan ―Avropa İttifaqı‖ layihəsinin özünü yalnız
belə adlandırmaq olar. Onun təşkili imperiyanın yaradılmasına
oxşamır, çünki zorakılıq və məcburiyyətdən istifadə edilmir, burada
tabeliyində əyalətləri olan mitropoliya ola bilməz. Onu Amerika
Birləşmiş Ştatlarının yaranması ilə də müqayisə etmək olmaz, çünki
bu quruma daxil olanlar cəmi 200 il əvvəl geniş ərazilərdə
məskunlaşan təsadüfi mühacirlər deyil, minillik tarixi, dərin
mədəni, dini və hərbi ənənələri olan dövlətlərdir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
157
Ona görə də Avropa İttifaqına üzv ölkələrin inteqrasiyasını ittifaqın
bir super dövlət kimi çıxış etməsi, bu zaman onu təşkil edən böyük
dövlətlərin – onların heç biri öz simasını, əhəmiyyətini itirməyə
razılaşmayacaq – suverenliyinə zərər yetirməyəcək şəkildə
gücləndirmək çətin, az qala qeyri-mümkün olacaqdır. Digər
tərəfdən əslində Avropa İttifaqı üzv ölkələrin simasını itirməsində,
unifikasiyasında maraqlı deyil, çünki bizim fərqlərimizin inkar
edilməsi Avropanın yüz illərlə deyil, min illər ərzində toplanmış
siyasi, mədəni və hərbi irsindən imtina etmək demək olardı. Burada
fərqlərə təhlükəsiz şəkildə riayət edilməsinin kövrək sərhədini
tapmaq üçün problemi hər dəfə ətraflı şəkildə düşünmək lazım
gələcək.
Əgər ―İyirmi birinci əsr necə olacaq – birqütblü ya çoxqütblü?‖
mövzusuna qayıtsaq, bir şeyi əminliklə demək olar: ikiqütblü
olmayacaq. Ötən əsrdə dünyanın bu quruluş modeli özünü tamamilə
etibardan saldı, çünki onun əsasında hərbi-siyasi və ideoloji
qarşıdurmalar var idi ki, bunlar da qanlı müharibələrlə bitdi. Əsrin
əvvəlində bir neçə böyük dövlətin iki antaqonist blokda
qruplaşmasından sonra Antanta və Üçlük koalisiyası Birinci Dünya
Müharibəsini alovlandırdı. Və nəhayət artıq yalnız Avropanın deyil,
digər qitələrin də bir qrup dövlətləri tərəfindən başlayan İkinci
Dünya Müharibəsi. Yenə iki blok formalaşdı – faşistlər və antihitler
koalisiyası. Bu qarşıdurmanın nəticələrini xatırlatdım, amansız
müharibənin nəticələri isə hələ də hiss edilməkdədir.
―Soyuq müharibə‖nin səbəbi də iki hərbi quruluşun: NATO və
Varşava sazişinin meydana gəlməsi oldu. Bəxtimiz gətirdi ki, bu
müharibənin qan tökülmədən bitməsinə şahid olduq, ancaq hər iki
qrupun nüvə silahı və maksimal uzaqlığa malik raketə sahib olması
bəşəriyyətin məhv edilməsinə səbəb olardı.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
158
Mənim acizanə fikrimcə, çoxqütblü modelin şansları daha çoxdur.
Bir neçə güclü ―oyunçu‖ nəzərə çarpacaq sürətlə formalaşmaqdadır,
ABŞ-dan və Çindən başqa siyasi səhnənin ön planına çıxır. Rusiya
Federasiyası da cəsur tələblər irəli sürür. Başqa kimdə bu qədər
təbii resurslar, müasir silahlar var? RF-in kosmosdakı yerini də
unutmaq olmaz. Milyarddan çox əhaliyə, inkişafda olan iqtisadiyyat
və texniki tərəqqiyə malik olan Hindistan da yaddan çıxmamalıdır!
Avropa İttifaqı 500 000 000 əhalisi, dünya xəritəsində iqtisadi
qüdrəti və genişlənmə perspektivləri ilə bu ―oyun‖da ən gənc
oyunçu olacaq.
Avropa İttifaqının iqtisadi nəhəng və siyasi cırtdan olduğunu
deyirlər ki, bu da əsassız deyil. Bu ―qayçılar‖ı heç siyasətdən başı
çıxmayan insanlar da adi gözlə görür. Hər hansı siyasi məsələ üçün
kim və nə vaxt Aİ-nin fikri ilə maraqlanıb? Bu fikirlə kim
hesablaşar? Heç kim. Çünki Avropa İttifaqının üzvləri olan ayrı-
ayrı ölkələrin fikirləri var, bu fikirlər çox vaxt fərqlənir. Məsələn,
―Türkiyə Avropa İttifaqının tamhüquqlu üzvü olmalıdırmı?‖ sualına
Almaniya və Fransa ―yox‖ dedi. Yunanıstan da onları dəstəkləyirdi.
Böyük Britaniya ―hə‖ dedi. Aİ-nin üzvü olmasa da, ABŞda bu
namizədliyin ―lehinə‖dir. Türkiyəni Bolqarıstan, Rumıniya və başqa
Balkan ölkələri də dəstəklədi.
Məhz Türkiyənin Avropa İttifaqına qəbul edilməsi qədim qitənin
siyasətçiləri və dövlət başçıları qarşısında İttifaqın öz gələcəyinə
dair suallar qoyur. Onların bu suallara verəcək aydın bir cavabı
yoxdur. Hətta dəvəquşu kimi başını qumun altında gizlətsən belə,
problemin öz-özünə itdiyini, həll olunduğunu hesab etmək olmaz.
Variant kimi, yeni bir terminologiya quraşdırılır, məsələn,
―imtiyazlı partnyorluq‖. Bu statusun məqsədi Türkiyənin qəbulunu
qeyri-müəyyən müddətə, çox güman ki, özünün imtina edib,
namizədliyini geri çəkəcəyi zamana kimi uzatmaqdır.
Dostları ilə paylaş: |