www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
153
olan uçan aparatlar gündüz də, gecə də, yağışda da, qarda da,
quşlardan yuxarıya qalxaraq çox böyük məsafələrə uçur – bu
fantastik dərəcədə mümkünsüz idi.
Tərəqqinin paradoksu elə bundadır: mümkünsüz olan mümkün olur,
mümkün olan isə real, gündəlik həqiqətə çevrilir. Sözümü ona
gətirmək istəyirəm ki, vaxt gələcək, XX əsr də XXI əsrin fikir
adamlarının gözündə sadəlövh və gülməli görünəcək, xüsusən də
totalitar faşizm və kommunizm doktrinalarının həyata keçirilməsi
yolu ilə yeni insan və yeni cəmiyyət yaratmaq cəhdlərinə görə.
Cisimlərin daxili məntiqi elədir ki, demokratik məqsədləri qeyri-
demokratik vasitələrlə həyata keçirmək olmaz. Məqsədlər və
vasitələr arasında ziddiyyət olduqda, ayrılmalar, ixtilaflar meydana
gəlir,
onda
qeyri-demokratik
instrumentarilər
demokratik
məqsədləri çəkib çıxarır, sıxışdırır, özü isə məqsədə çevrilir,
beləliklə ilkin məqsədlər yox olub gedir. Başqa sözlə desək, başqa
cür düşünənlər üçün konslagerlər, qaz kameraları, gizli dinləmələr
və donoslar, bütöv xalqların deportasiya və genosidi ədalətli, azad,
demokratik cəmiyyət qurmağa yardımçı ola bilməz, əksinə, əxlaq və
mənəviyyatdan xəbərsiz bir cəlalətpərəstlər kütləsi meydana gəlir.
XX əsri yalnız totalitar faşizm və kommunizm rejimlərinin
hakimiyyəti və onların bəşəriyyətə gətirdikləri şərlə xarakterizə
etmək olduqca birtərəfli və məhdud bir görüş olardı. Ən
antihumanist, amansız, qanlı olması ilə yanaşı bu ən ziddiyyətli, ən
yaradıcı, qurucu, əzəmətli bir əsr idi. Böyük elmi kəşflər, elm,
texnika, mədəniyyət, ədəbiyyat və kinematoqrafiya, teatr və
rəssamlıq sahəsindəki nailiyyətlərdən danışmamaq olmaz.
XX əsr elə güclü elmi təfəkkür sıçrayışı ilə səciyyəvidir ki, onu
yalnız Aristotelin formal məntiqi, Evklidin həndəsəsi, Arximedin
fizikası və filosofem adlanan ayrı-ayrı sentensiyalar kimi deyil,
biliklərin sistemli təfsiri kimi fəlsəfənin meydana gəldiyi antik
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
154
Yunan dövrü ilə müqayisə etmək olar. XX əsrdə yaşadığımız fiziki
və kosmik dünya haqqındakı təsəvvürləri alt-üst edən yeni kəşflər
edildi və elmlər yarandı. Eynşteynin ümumi və xüsusi nisbilik
nəzəriyyəsi, Nils Borun kvant mexanikası, Bertran Rasselin
məntiqi, Norbert Vinerin kibernetikasından söhbət gedir.
Məhz XX əsrdə, belə demək mümkünsə, hibrid elmlər yarandı:
astrofizika, biofizika, biokimya, biotibb, geokimya, molekulyar
biologiya və s. Onlar evristik imkanlarını iki elmin qovşağında
birləşdirərək zehni biliklərin yeni üfüqlərini açır və onun idrak
gücünü daha yüksək səviyyəyə yüksəldir.
Bu baxımdan hər iki qeyri-evklid həndəsəsini – Lobaçevskinin
üçbucağın daxili bucaqlarının cəminin yüz səksən dərəcədən az
olduğu batıq hiperbolasını və Rimanın bu bucaqların cəminin yüz
səksən dərəcədən çox olduğu sferik həndəsəsini xatırlamamaq
olmaz.
Reallıqda bu iki həndəsə XX əsrin kəşfi deyil, onlar hələ əvvəlki,
XIX əsrdə meydana gəlmişdi, ancaq onların həqiqi təsirini və
gücünü məhz XX əsr açdı və tədqiqatlarda, kosmos və subatom
dünyasının ram edilməsində onlardan geniş istifadə etdi. Bu, milli
azadlıq, şəxsiyyətin vətəndaşlıq və siyasi azadlığı, insan hüquqları
uğrunda mübarizə əsri idi. XX əsrin əvvəlində, daha dəqiq desək,
Birinci Dünya Müharibəsinin sonunda imperiyaların süqutu başladı:
Rusiya, Avstriya-Macarıstan, Prussiya, Osmanlı imperiyaları bir-
birinin ardınca dağıldı, II Dünya müharibəsindən az sonra Britaniya
imperiyası və Üçüncü reyx də bu sıraya qoşuldu. Onlarla yeni
dövlət meydana gəldi, daha sonra Qərbin Asiya və Afrikadakı
müstəmləkə sistemi də süquta uğradı.
Bütün bu baş verənlər hüquq bərabərliyinə zəmanət verən və
ümumi qəbul edilmiş beynəlxalq hüquq əsasında super dövlətlər
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
155
arasındakı münasibətlərə nəzarət edən beynəlxalq təşkilatın
yaradılması zərurətini doğurmaya bilməzdi. Beləliklə, Xalqlar
cəmiyyətini əvəz edən BMT – Birləşmiş Millətlər Təşkilatı
meydana gəldi.
XX əsrin tarixə ən antihumanist və qanlı əsr kimi daxil olduğunu
demək çətin olsa da, deməmək mümkün deyil. Əvvəllər heç vaxt
silah, qazlar və radiasiyanın köməyilə Birinci və İkinci dünya
müharibəsi zamanı, Xirosima və Naqasakinin bombalanması və
Çernobıl qəzası zamanı öldürülən qədər insan məhv edilməmişdi.
Məhz iyirminci əsr iki məşum siyasi hərəkat – faşizm və
kommunizmi yaratdı.
Bir neçə il əvvəl qərb nəşrlərindən biri iyirminci əsrin ən böyük
siyasi cəlladlarının siyahısını çap etdi. Birinci sırada 50 milyon
çinlinin ölümü ilə Mao Tse Dun durur. Ondan sonra hesabında 40
milyon (bəzi versiyalara görə, rəqəm az göstərilir) qurban olan
Stalin gəlir. Üçüncü yerdə iyirmi milyon insanı məhv etmiş Hitler,
ondan sonra on milyonla Çan Kay Şi və dörd milyon yarım
qurbanla Lenin gəlir.
Mənim acizanə fikrimcə, siyahıya altı milyonluq Kamboca
əhalisinin üçdə birinin ölümünə səbəb olan Pol Pot və İenq Sari də
daxil ola bilərdi. Ancaq sizin diqqətinizi bir şeyə cəlb etmək
istərdim ki, siyahıya heç də Avropanı işğal edən, nasist
Almaniyasının lideri Hitler öz quldur dəstəsiylə başçılıq etmir, Çin
və sovet xalqlarının kommunistləri öndə gəlir. Təəssüf ki,
kommunizmin yaxşı yağlanmış repressiya maşınının imkanları
faşist rejimlərindən qat-qat genişdir. Təsadüfi deyil ki, Sovet
İttifaqında o, 70 ildən artıq mövcud oldu, Almaniyada nasizm isə
cəmi ―on iki il üç ay altı gün‖ fəaliyyət göstərdi.
Dostları ilə paylaş: |