www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
178
mərkəzləşmiş vektorunun aradan qaldırılmasını, fərqli mədəniyyət
formalarının deiyerarxizasiyası və qanuniləşdirilməsini nəzərdə
tutmasıdır. Bütövlükdə, demək olar ki, multikulturalizm
postmodernin dəyər istiqamətləri ilə həmahəngdir.
Multikulturalist diskursunun postmodernist formasını Eynilik
ritorikasının yerini alan difference ritorikası ifadə edir və bunun
başlıca əhəmiyyəti Derrida və Delyoz tərəfindən qeyd edilirdi.
Multikulturalizmin bügünkü vəziyyəti dialoqu nəzərdə tutur,
multikulturalizm özü isə qarşılıqlı əlaqənin yeni fəlsəfəsi kimi
qiymətləndirilir.
Martin Buberdən tutmuş Mixail Baxtinə qədər ―dialogizm‖
ideyaları, ―dialoq fəlsəfəsi‖ əsasında yaranan Emmanuel Levinasın
―başqalıq‖ konsepsiyası bu baxışın əsası ola bilər.
Etnik, milli mədəniyyətin, alt mədəniyyətlərin polifoniyası müxtəlif
yaranma xassəsinə, müxtəlif təşkilat və fəaliyyət üsullarına görə
yeni mədəni kontekstdə leqitimləşir. Mədəni plüralizm siyasəti
etno-linqvistik və etno-dini qrupların arasındakı ―dialoq‖un
təşviqində və həm də təbiətcə etnik mənsubiyyətdən üstün olan
ümumi kommunikasiya məkanının formalaşmasında görünür.
Bu zəmində, ―fərqli mədəni mövqenin və bəlkə də müxalifətin
―real, natamam problem, ―yad həqiqət‖ kimi anlaşılması və buna
görə də özünün ―doğma‖ həqiqətinin açıq, tamamlanmamış kimi
başa düşülməsi‖ ön plana çıxır.
Plüralist cəmiyyətin kommunikativ mədəniyyətinin nailiyyəti
dialoq, dəyər konsensusların qurulması ilə şəxsi normativlik
hüdudlarının aşılmasında görülür.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
179
Meynstrim mədəniyyətinin hakimliyinə yönəlmə təbii hal kimi
ambivalentliyin və fərqlərin mövcudluğunun qəbul edilməsinin
posmodernist mühakiməsi ilə, yəni yanaşma tolerantlığı ilə aradan
götürülür.
Postmoderndə fərqlilik amilinin daima vurğulanması eyni təsnifat
cədvəlinin mədəniyyət formaları üçün istifadəsini və ortaq məxrəcə
gətirilmələrini istisna edir.
Bunu substantiv mənbəyə yaxın çoxluğun mütəşəkkil determinliyin
həm çoxluğunu həm də vəhdətini təşkil edən postmodern
mədəniyyətinin rizomatikliyi ilə bağlayırlar. Multikulturalizm isə
plüralistik cəmiyyətin içində ictimai tolerantlığa yönəlimli dünya
görüşü mövqeyidir.
―Özgə‖ni sadəcə ―başqa‖sına çevirən multikulturalizm konteksti hər
bir mədəni vahidin ictimai yaşama mühitinin mental sərhədlərinə
hörməti nəzərdə tutur.
Multikulturalizmin postmodernin fəlsəfi əsaslarla həmahəngliyi ön
plana çəkilən subyektdə (dividdə) ifadə olunur. Divid üçün kimlik,
dəyər üstünlüklərinin seçimi problemləri həlledicidir.
Postmodern dövrü multikulturalizmin məna yükünü, onu yalnız
etnik müxtəlifliklə deyil, həm də müxtəlif həyat tərzləri, istiqamət
və mədəni təmayüllərin müxtəlifliyi ilə zənginləşdirərək
genişləndirilir.
Bu anlayış bir-birindən fərqli, lakin cəmiyyətin dəyər əsasları ilə
bağlı olan ictimai formaların qarşılıqlı əlaqəsinin həyata keçdiyi
cəmiyyətin mental sərhədlərinin mövcudluğunu nəzərdə tutur.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
180
Beləliklə, multikulturalizmin postmodern ilə əlaqələndirilməsi
onun, demək olar ki, dəyər istiqamətləri ilə həmahəng olan və
bütövlükdə, onun mentallığını səciyyələndirən postmodernin
plüralistik görüşünə uyğun gəlir.
Roida Rzayeva,
Azərbaycan Milli Elmlər Akademiyası Fələsəfə,
Sosiologiya və Hüquq İnstitutunundirektor müavini
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
181
XXI əsrdə post-maddi cəmiyyət və ənənəvi dini
dəyərlər
Mən belə bir forumun təşkilinə görə sizə öz minnətdarlığımı
bildirirəm. Geosiyasətə cavab verən milli layihənin təqdimatının
dərk olunmasından sonra biz fərqlərlə üzləşirik. Biz həmçinin
eşitmişik ki, immiqrantlar dünyada ən çətin problem, məsələ deyil.
Mən postmodernizmdə multikulturalizm haqqında sonda çıxış edən
natiqi dəstəkləyirəm. İndi isə mən sizə multikulturalizmin bəzi real
cəhətlərindən danışmaq istəyirəm. Əsas məqamı qeyd etmək
istəyirəm ki, modernləşmə və qloballaşma ilə bağlı dəyişikliklər
şəxsin fərdi və qrup identifikasiyasında tanınmasına səbəb olur.
Dini və mədəni fon, humanitar inanclar arasında böyük dini
anlamadan irəli gələn dəyərlər axtarışındayıq. Elmi əhəmiyyətə görə
dini və dözümlük formasında qrup eyniliyi ənənəsi qəbul
olunmalıdır.
Beləliklə, multikulturalizm bütün bu problemləri həll etməlidir.
Multikulturalizm üzrə bir sıra elmi tədqiqatlar bəzi multikultural
şərhləri ortaya qoyur. Hal-hazırda postmodernizmdə bizim tərk
etdiyimiz bəzi ənənələri görürük. Bunlardan biri immiqrasiyadır.
Biz birinci nəslin yox, ikinci və üçüncü nəslin qəbul edilməsindən
danışırıq. Biz radikalizmin bu formasını Almaniya, Fransa,
Birləşmiş Ştatlarda görə bilirik. İkinci və üçüncü nəsil tərəfindən
irəli sürülən faktları istisna etsək, ikinci ənənə uyğunlaşma
ənənəsidir. Eyni zamanda radikal dinlərə uyğunlaşma inanclara
təəssüf formasıdır. Həmçinin bu apokaliptik, aqnostik və satanik
inanclardan irəli gələn dinlərin yeni formasıdır. Bəzi belə qruplar
qərbdə radikallaşır. Bu proses tamamilə cəmiyyətdən başlayır. Biz
Dostları ilə paylaş: |