www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
174
münaqişələrə münasibətini bildirərək bəyan etmişdir: ―Heç kim
dinləri aqressiya, zorakılıq və ya ölüm vasitəsi kimi dözümsüzlük
aləti olaraq, təqdim etmək və istifadə etmək hüququna malik deyil.
Əksinə, onların dostluğu və qarşılıqlı ehtiramı əsl tərəqqi və sülhün
zəngin mənbəyidir‖.
Bu gün Azərbaycanda 200-dən artıq dini təşkilat qeydiyyatdan
keçmişdir. Və bu hal müasir demokratik Azərbaycanda dini
tolerantlığın parlaq sübutudur.
―Azərbaycanda bütün dinlərin nümayəndələri özlərini rahat hiss
edir‖. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev
müqəddəs Ramazan ayı münasibətilə verilən iftar məclisində çıxış
edərkən belə demişdi. Prezident qeyd etdi ki, Azərbaycanda islam
mədəniyyətinə və islam dininə hörmət və ehtiram bütün digər
dinlərə ehtiramla müşayiət olunur. ―Öz dininə ehtiram göstərən
insan başqasının dininə də ehtiram göstərməlidir. Bu artıq
Azərbaycanda bərqərar olmuş yanaşmadır. Bu gün dini xadimlər
Azərbaycanda hökm sürən dözümlülük və tolerantlıqdan bəhs etdi.
Bu artıq reallıqdır və bəzi hallarda bizim təcrübəmiz dünya
miqyasında öyrənilir. Mən çox şadam ki, dözümlülük, dini
tolerantlıq artıq Azərbaycanda bərqərar olmuş anlayışlardır. Bu
sadəcə şüar deyil, bizim həyat tərzimizdir‖- deyə prezident qeyd
etdi.
İlham Əliyev vurğuladı ki, Azərbaycanda dini abidələrə münasibət
din və dövlət arasında münasibətlərin təzahürüdür: ―Azərbaycanda
dövlət yalnız məscidləri və islam dininə aid olan digər abidələri
tikib bərpa etmir. Eyni zamanda digər dinlərə aid məbədlər də təmir
və inşa edilir. Bu barədə danışanlar oldu və mən çox məmnunam ki,
müxtəlif dinləri təmsil edən din xadimləri burada vahid fikir ifadə
etdilər. Bu fikir ondan ibarətdir ki, Azərbaycanda bu sahədə iş çox
yüksək səviyyədədir. Təbii ki, burada dövlət siyasəti də, bu
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
175
siyasətin əsasları da düzgün qurulub. Bu bizim həyat tərzimizdir.
Bu bizim dünyaya baxışımızdır. Biz belə yaşayır və belə yaşayaraq
özümüzə, regiona və dünyaya sübut edirik ki, multikulturalizm
mövcuddur. Multikulturalizm nisbətən yeni anlayışdır. Mahiyyət
etibarı ilə isə müxtəlif mədəniyyət və dinlərə mənsub olan şəxslərin
birlikdə yaşamaları deməkdir. Yəni bu anlayış Azərbaycanda əsrlər
boyu mövcud olub, bu gün də mövcuddur və möhkəmlənməkdədir.
Azərbaycan xalqı müxtəlif dövrlərdə müxtəlif ictimai-siyasi
quruluşlarda yaşayıb. Buna baxmayaraq, sevindirici haldır ki,
müstəqillik dövründə bu müsbət tendensiyalar daima güclənib və
güclənməkdədir. Bizim uğurlu inkişafımızı gücləndirən amillər
bunlardır‖.
Məmməd Əliyev,
Bakı Slavyan Universitetinin prorektoru, fəlsəfə elmləri
doktoru, professor
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
176
Dəyişən dəyərlər və multikulturalizm
Bu gün multikulturalizm ideologiya, siyasət və diskurs kimi
səciyyələnir, bu da mültikulturalizm gündəliyinin geniş yayılmasına
və aktuallığına gətirib çıxarır. Həmçinin, multikulturalizm özü
diskurs növü olaraq, bir neçə diskursda baxıla bilər. Bunlardan biri
posmodernist diskursdur.
Multikulturalizmin ideoloji və siyasi kontekstləri multikulturalizmə
bir hadisə kimi həm müsbət, həm mənfi münasibəti özündə
birləşdirir.
Multikulturalizmə mənfi münasibət, 60-ci illərin ortalarından
multikulturalizm ideologiyası qarşısında geriləyən, onun dominanta
olaraq etnomilli əsas və müxtəlif mühacir qruplardan ibarət ―əritmə
qazanı‖ kimi anlaşılmasılmasından irəli gəlir. ―…Etnik qrupların
nümayəndələri ümumi əhval-ruhiyyəyə və ölkənin dəyərlərinə
uyğundurlarsa yad görsənmirlər‖, yəni kontekstin çərçivəsindən
çıxmayaraq, müəyyən əsas sosial zəmində etnokulturoloji fərqlər
möhkəmləndirilir. (bu görüntünü Neysbitin ―Meqatrendlər‖
əsərində Amerika cəmiyyətinin timsalında izləmək olar).
Bu münasibət multikulturalistin açıq-aşkar irqçi kimi xarakterizə
olunmamasında da özünü göstərir, belə ki, ―multikulturalistin
Başqasının özəlliyinə hörməti özünün üstünlüyünü təsdiq etmə
formasıdır‖.
―Postmodernizm‖ dövri mətbuatın humanitar istiqamətlərində ən
çox işlədilən termindir. Hal-hazırda postmodernizm fenomeni
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
177
fəlsəfi maraqların mərkəzindədir, çünki müasir mədəniyyətə
səciyyəvi olan mücərrəd mühakimə növünü ifadə edir.
Miltikulturalizm layihəsi, yaşama hüququ olan və özünə hörmət
tələb edən, bir çox mədəniyyətli qlobal birliyin yaranmasını nəzərdə
tutan postmodern proqramının tərkib hissəsi hesab edilir. Bu fikrin
özünəməxsus təfsiri multikulturalizm konsepsiyasının özülü olan
sinqulyarlıqlar nəzəriyyəsinin əsasını təşkil edir.
Hakim intellektual paradiqmanın əvəzlənməsi, mədəni kodların və
dəyərlər sisteminin dəyişməsi ilə səciyyələnən bir mədəni
kontekstdən digər kontekstə keçmək deməkdir.
Bu nöqteyi-nəzərdən postmodernin səciyyəvi xüsusiyyəti kimi çıxış
edən Nitşenin ―dəyərlərin yenidən qiymətləndirilməsi‖ və ya
dəyərlərə təkrar baxılması prinsipi aktuallaşır. Onu həm də
―postmodernizmin
dəyərlər
sindromu‖
adlandırırlar.
Bu
transformasiya mədəni, dini normaların, makro və mikro, başqa
sözlə şəxsi və ictimai səviyyədə dünyagörüşlərin dəyişməsi ilə ifadə
olunur.
Dəyər transformasiyası kontekstində cəhdlər dəyər plüralizmi ilə
şərtlənən cəmiyyətin çox mədəniyyətlilik anlayışına əsaslanan yeni
mədəniyyətin qurulmasına yönəldilmişdir.
Bugünkü sosio-mədəni şəraiti mədəniyyətin ―klassik‖ modelinin və
yüksək nümunələrin aradan qaldırılması kimi səciyyələndirmək
olar.
Çox yayılmış iddialardan biri, multikulturalizmin postmodernin
mədəni vəziyyətini əks etdirməsidir. Hər şeydən əvvəl, əsas
arqument, modern üçün xarakterik olan ümumi məxrəcə gətirmədən
imtinadır və multikulturalizmin mədəniyyət modelinin inkişafın
Dostları ilə paylaş: |