MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə60/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   56   57   58   59   60   61   62   63   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

185 


fərqlərin  mövcudluğu  nəzərdə  tutulur.  Təcrübə  isə  göstərir  ki, 

mədəniyyətin  onun  daşıyıcıları  tərəfindən  qavrayışı  kənardan 

mühakimə 

yürüdən 


müşahidəçilərin 

qiymətləndirməsindən 

fərqlənir. 

Qloballaşma 

mədəni 

müxtəlifliyin 



etirafına, 

mədəniyyətlərin rəngarəngliyinə gətirib çıxarır ki, bu da idealda heç 

də  pis  deyil.  Lakin,  bu  zaman  mədəniyyətlərin  qarşılıqlı  təsirinin 

konkret təhlilinə və onların hər birinin qorunub-saxlanmasına artan 

tələbat  hiss  olunur.  Mədəniyyətlərin  intibahı  problemi,  xeyli 

dərəcədə  hazırkı  keçid  dövründə  məhz  Rusiya  cəmiyyətinin  dəyər 

orientasiyasının  istiqamətlərini  təyin  edən  həmin  o  mədəniyyətin 

qorunub-saxlanılmasına  həqiqətən  möhtac  olan  tarixi-mədəni  irsin 

rolu  məsələsi  ilə  bağlıdır.  Xoşbəxtlikdən,  Rusiya  çox  uduşlu 

vəziyyətdədir,  çünki  onun  böyük  ərazisində  çoxlu  özünəməxsus 

mədəniyyətlər  lokallaşıb.  Bu  mədəniyyətlərin  mənbəyi  qədim 

dövrlərə gedib çıxır. Əgər həmin irsə qayğıkeş münasıbət göstərilsə, 

onda  demək  olar  ki,  Rusiyanın  bu  maneəni  dəf  etmək  və 

vəziyyətdən lazımi şəkildə çıxmaq imkanı var. Mən düşünürəm ki, 

Azərbaycan  dövlətində  də  bu  planda  pozitiv  təcrübə  toplanmışdır.  

Belə ki, digər dövlətlərdə toplanan bu cür müsbət təcrübələri nəzərə 

almadan, yalnız qərbdə cəmlənən təcrübəyə istinad etmək yəqin ki, 

alınmaz.  Bax,  əgər  bütün  bu  məsələlərə  lazımi  qaydada  baxılsa,  o 

zaman güman etmək olar ki, dünya birliyinin bu vəziyyətdən az və 

ya çox dərəcədə ləyaqətlə çıxmasına ümid yeri qalır. 

 

Gülçöhrə Seyidova, 



 Rusiya. Dağıstan Dövlət Universiteti 

 

 



 

 

 



 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

186 



 

Kütləvi mədəniyyət səviyyəsində multikulturalizm 

kontekstində mədəniyyətin identikliyi və 

relyativliyi 

 

Yeni  əsrə  aid  bir  termin  kimi  multikulturalizm  də  özü  ilə  bərabər 



yeni  baxış  bucağı  gətirmiş  oldu.  Hər  şeydən  əvvəl,  qeyd  edək  ki, 

multikulturalizmə münasibət heç də birmənalı deyil. Bir tərəfdən o, 

tolerantlığın bir nümunəsi kimi qəbul edilir. Bir sıra tədqiqatçılar isə 

öz  araşdırmaları  nəticəsində  belə  qərara  qəliblər  ki,  o,  yüksək 

inkişaf etmiş ölkələrdə mümkündür. Multikulturalizmin mahiyyətini 

daha aydın göstərmək üçün onun daha çox xas olduğu bir ölkə kimi

əsasən,  Kanadanı  nümunə  göstərərək,  onu  bütün  mədəniyyətləri 

vahid  bir  axına  salmaq  üçün  ―əridən  qazan‖a  malik  Amerika  ilə 

qarşılaşdırırlar. 

 

Xalqlar arasında konfliktləri güc və sanksiyalar tətbiq etmədən həll 



etmək üçün 1995-ci ildə YUNESKO tərəfindən tolerantlıq prinsipi 

deklarasiyası 

kimi 

qəbul 


edildi. 

Multikulturalizmin 

də 

funksiyalarından  biri  məhz  ―mədəniyyət‖  problemini  ön  plana 



çıxartmaqla müasir cəmiyyətin struktur probleminə göz yummaqdır. 

Maraqlıdır  ki,  mədəniyyət  probleminin  ön  plana  çıxarılmasını 

struktur  problemlərinin  dəyişdirilməsi  kimi  başa  düşən  xarici 

mütəxəssislərin fikrinə görə multikulturalizmin tərəfdarları ya sosial 

gerçəkliyi  romantikləşdirmə  və  mənəviyyat  yolunu,  ya  da 

―postmodernizmə‖  xarakterik  olan  analitik  ciddiyyətdən  imtina 

yolunu seçirlər. 

 

Multimədəni,  yaxud  mədəni  pluralist  bir  cəmiyyətdə  hər  şeydən 



əvvəl aparıcı hakim bir mədəniyyət yoxdur və burada ―mədəniyyət‖ 

anlamı  ―etnos‖  anlamı  ilə  əlaqələndirilmir.  Burada  ―özünün‖  və 

―özgənin‖  mədəniyyəti  deyə  anlamlar  da  itir.  Eyni  zamanda,  bu, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

187 


etnik  müxtəliflikdən,  mədəni  rəngarənglikdən  daha  çox,  həyat 

tərzlərinin,  mədəni  cərəyanların,  meyllərin  müxtəlifliyidir.  Vacib 

faktlardan  biri  isə,  bu  mədəni  plüralizmin  əsas  ideyası  ayrı-ayrı 

identik mədəniyyətlərin paralel şəkildə mövcudluğu deyil, qarşılıqlı 

əlaqədə  olması,  bir-birinə  təsir  göstərməsi  və  transformasiyasıdır. 

Bu  baxımdan,  söhbət  hər  hansı  mədəniyyətlər,  hətta  etnoslararası 

dialoqdan gedə bilməz, etnikliyin fövqündə duran bir cəmiyyətin – 

vahid bir cəmiyyətin formalaşdırılmasından gedə bilər. 

 

Bununla belə, müəyyənləşmiş, aydın şəkildə strukturlaşmış dinamik 



bir  formanın  yerinə  fərqli  bir  forma  gəlir  ki,  tanınmış  müəlliflər 

olan  Delyoz  və  Quattari  onu  ―rizoma‖  termini  kimi  xarakterizə 

edirlər.  ―Rizoma  –  çoxluğun  nizamsız  yaranışı,  əsas  istiqaməti 

olmayan,  növbəti  mərhələsi  proqnozlaşdırıla  bilməyən  bir 

hərəkətdir‖.  ―Özünün  –  yad‖  anlamlarının  fərqli  sözlərlə  ifadəsi 

olan  ―mərkəz  –  kənar‖  qarşıdurmasını  aradan  qaldıran  rizoma 

ideyası həm  də  ona  işarə  edir  ki,  mərkəzin  özü  struktursuzlaşır  və 

müəyyən  mənada  bu  mərkəz  həm  sistemin  daxilində,  həm  də 

kənarındadır. 

Deyilənləri  nəzərə  alsaq,  multikulturalizmə 

olan  mənfi 

münasibətləri,  neqativ  mövqeyi  anlamaq  çətin  deyil.  Məsələ  ilə 

bağlı biz də bir neçə fakt söyləyək. 

Düzdür, bəzi tədqiqatçılar vurğulayırlar ki, multikulturalizm yüksək 

inkişaf  etmiş  ölkələrə  xasdır.  Bununla  belə,  müəyyən  tədqiqat 

göstərir  ki,  əksinə  belə  ölkələrdə  mültikulturalizm  heç  də  uğur 

qazanmayıb.  Belə  ki,  məlumatların  birində  deyilir  ki,  Almaniya, 

Fransa  və  Böyük  Britaniya  kimi  ölkələrin  başçıları  –  Merkel, 

Sarkozi  və  Kameron  bildiriblər  ki,  onların  ölkələrində 

multikul­turalizm  tənəzzülə  uğramışdır  və  multikulturalizm  milli 

identikliyin zəifləməsinə gətirib çıxarmışdır. 

Maraqlıdır  ki,  Rusiya  Konstitusiya  Məhkəməsinin  sədri  Valeriy 

Zorkin məsələyə daha elmi yanaşaraq, bunu azlığın çoxluq üzərində 

üstünlük  qazanması  kimi  dəyərləndirir  və  bildirir  ki, 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə