www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
182
yerli vətəndaşlar haqqında danışırıq. Biz buna nəinki qərbdə,
həmçinin Rusiyada da rast gələ bilərik, məsələn, Domodedovoda.
Bu getdikcə daha geniş vüsət alır, islamın radikal formasına
uyğunlaşma Krasnodar ərazisində, Stavropolda və s. yerlərdə baş
verir. Bu hərbiləşmiş Qərbdə, Əfqanıstanda, İraqda baş verir.
Onlardan bəziləri terror aktlarını ehtiva edir, onlara ABŞ və
Avropanın mərkəzində güclü müdafiə olunan hərbi obyektlər
şəklini verir. Fərdin fərdi qrup eyniliyinə ehtiyacı var. Biz radikal
islamın digər alternativ həllini tapmalı yaxud onu anlamalıyıq.
Çifu Yulian,
Siyasi və inzibati elmlər üzrə Buxarest məktəbi
(Rumıniya)
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
183
Bu günün reallıqlarında multikulturalizm
ideyaları: müsbət və mənfi cəhətlər
Mədəni eyniyyət axtarışları və onun qorunub saxlanması cəhdləri
inkişafın xüsusi mədəni strategiyaları cərgəsində əvvəllər
formalaşmış konsepsiyalara yenidən baxmaq zərurəti yaradır. XX
əsrin sonu – XXI əsrin başlanğıcı dünya ictimaiyyətinin
qloballaşma problemlərinə xüsusi marağı ilə səciyyələnir ki, bunun
da nəticəsində bu və ya digər ölkələrin milli həyatının bir çox
aspektləri ümumdünya kontekstində nəzərdən keçirilir. Dini
intibahla əlaqədar, mənəviyyatın dünyəvi, yaxud digər formalarının
təcrübəsilə bağlı ümidlər artıq bir xəyal kimi görünür. Müasir
sivilizasiya dünyadan sanki nəhəng bir dalğa kimi keçmiş
millətçiliyin artmasıyla şərtlənən bir sıra ciddi problemlərlə
üzləşib. Bu o deməktir ki, Qərbdə start götürmüş multikulturalizm
siyasəti mədəni siyasətinin universal modeli qismində ümidləri
doğrultmadı. Multikulturalizm çoxsaylı mədəri birliklərin bir sosial
məkanda heç bir münaqişəyə yol verilmədən, dinc yanaşı yaşamaq
nəzəriyəsini və praktikasını birləşlirir. Bu modeldə fərdi qrup
fərqləri siyasətindən digər mədəniyyətlər cəmiyyətində birgə
mövcudluq hüquqlarının tanınması siyasətinə keçid həyata keçirilib.
Multikulturalizmlə bağlı əsas dilemma birgəyaşayış praktikalarının
çoxluğu haqqında müddəanın nə qədər doğru olmasında deyil,
birliyin əsasında duran fərqlərin nə qədər dərin olmasındadır. ABŞ-
da işlənib hazırlanmış «əridici qazan» deyilən nəzəriyyə və praktika
uzun büddət oxşar məsələnin həlli nümunəsi sayılırdı. Digər bir
dövlətdə, lap bu yaxınlara qədər firavan bir ölkə kimi tanınan
Fransanın cənubundakı nizamsızlıq göstərdi ki, yalnız Qərb mədəni
dəyərlərinin və rasionallığının əsasında qurulan və ümumi qəbul
olunmuş dünya miqyaslı standart və dəyər kimi nəzərdən keçirilən
Avropa cəmiyyətinin sosiomədəni həyatının bürokratlaşması da da
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
184
özünü doğrultmayıb. Lakin zaman göstərdi ki, ―titullu‖ millətdən
dil, din və mədəniyyət baxımından fərqlənən icmaların qatıldığı
cəmiyyətlər «əriməyə» heç də can atmayan və etnomarginal adlanan
dayanıqlı etnoqam icmaların yaranmasına gətirib çıxartdı. Bu
icmaların üzvləri öz mədəniyyətlərinin təsdiqinə can atmalarını
nümayiş etdirirlər, baxmayaraq ki, digər məsələlərdə milli dövlətin
tələblərinə uyğunlaşırlar. Belə ki, ―bir ölkə – bir xalq‖ siyasəti
özünün qeyri-perspektivliyini üzə çıxartdı. Beləliklə, yuxarıda qeyd
etdiyimiz kimi, Avropa cəmiyyətinin yalnız Qərb mədəni
dəyərlərinə və rasionallığına əsaslanan sosiomədəni həyatının
bürokratlaşdırılması, mümkün ola bilən tanınmış standart və dünya
miqyaslı dəyər kimi özünü doğrultmadı. Hər hansı bir
cəmiyyətlərdə mövcud olan, sosial quruma inteqrasiya etməyən,
aşağıstatuslu, fərdlərin və ya qrupların birgə yaşayışı mədəniyyətin
marginallığına gətirib çıxara bilməzdi. Eyni zamanda iki və daha
çox mədən dünyaya məxsus olmaq və fərdin şüurunda dünyanın bir
neçə mənzərə qrupunun birgə mövcudluğu lap əvvəldən özündə
nifaq toxumu daşıyır ki, bu da artan sosial gərginlik təhlükəsi
yaradır. Nə qədər arzulansa da, həyati təcrübələrin bütün
iştirakçılarının imkan bərabərliyinə nail olmaq mümkün deyil, lakin
fərdlərin və vahid sosial məkan təşkil edən sosial qrupların
tarixindəki, dinindəki, həyat tərzindəki fərqlərə qiqqət yetirmək
zəruridir. Multikulturalizm nöqteyi-nəzərindən tarixə baxış, xüsusən
də son hadisələrin işığında yüksək rifahlı Avropa ölkələrinin
görünüşü birbaşa deməyə məcbur edir ki, dünya inkişafının artan
xətt üzrə mütərəqqi anlamına yönəlmiş qloballaşma nəzəriyyəsinin
köklü düzəlişlərə və hətta, ola bilsin ki, yenidən baxılmağa ehtiyacı
var. Mədəniyyətlərin qərb və belə demək mümkünsə, şərq
mədəniyyətləri də daxil olamaqla digər bütün mədəniyyətlərə
bölünməsi, qərb həyat tərzli ilə qərb mədəniyyətlərinin digərlərinə
son bir neçə əsrdə müşahidə edilən dominant təsiri, belə görünür ki,
tam əsaslı deyil. Multikulturalizm konsepsiyasında əsas
mədəniyyəti gündəlik davranış faktlarında müəyyən edən mədəni