www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
168
Multikulturalizmin
xarakterik
xüsusiyyəti
tolerantlıqdır
(dözümlülükdür).
Məsələn, BMT-nin keçmiş baş katibi, hazırda isə Beynəlxalq
Frankofoniya təşkilatının baş katibi Butros Qali deyirdi: ―Biz
dayanmadan qloballaşmadan bəhs edirik. Bu, həqiqətən də mövcud
gerçəklikdir. İqtisadiyyat, maliyyə, kommunikasiya qloballaşır.
Dünya ekologiya, mütəşəkkil cinayətkarlıq sahələrində qlobal
miqyas alan problemlərlə üzləşir, qlobal epidemiyalarla mübarizə
aparır. Bizdə çatışmayan demokratiyanın qloballaşması, onun
beynəlxalq münasibətlərdə genişlənməsidir. Buna nail olmağın ən
yaxşı üsulu mədəni müxtəlifliyin dəstəklənməsidir ki, mən bunu
multikulturalizm adlandırıram‖.
Günümüzdə multikulturalizm tədricən ümumavropa probleminə
çevrilməkdədir ki, bu da imiqrasiya və inteqrasiya sahəsində
siyasətlə
bağlıdır.
İmiqrasiya
problemi
iqtisadiyyatın
yenidənqurulması,
məşğulluq
sahəsində
böhran,
şəhər
seqreqasiyası, aşağı ixtisaslaşmaya malik olan işçilərin
marjinallaşması, təhsil sisteminin yenidən gözdən keçirilməsi
zərurəti, rasizmin təzahürləri və s. kimi analoji ümumavropa
problemləri ilə bir sırada durur. Multikulturalizm bütün bu
problemlər üçün özünün, mübahisəsiz və qəti olmasa da müəyyən
həlli yolunu təklif edir. Onun zamanın çağırışına ümumavropa
cavabına
çevrilib-çevrilə
bilməməsi
məsələsini
zaman
göstərəcəkdir.
Multikulturalizm tolerantlığın daha bir, kütləvi mədəniyyətin
ümumbəşəri axınında mədəniyyətlərin qarşılıqlı şəkildə bir-birinə
nüfuz etməsi, zənginləşməsi, inkişaf etməsi məqsədləri ilə paralel
mövcudluqlarını sürdürməsi tələbindən ibarət olan aspektlərindən
biridir. Multikulturalizm ideyası, əsasən, yüksək mədəni inkişaf
səviyyəsinə malik olan yüksək inkişaf etmiş Avropa
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
169
cəmiyyətlərində irəli sürülür. Müasir Avropada multikulturalizm ilk
növbədə ―üçüncü dünya‖ dövlətlərindən (o cümlədən Avropa
ölkələrinin keçmiş müstəmləkələrindən) olan imiqrantların
(mühacirlərin) mədəniyyət elementlərinin onu – qəbul edən ölkənin
mədəni sahəsinə daxil edilməsini nəzərdə tutur.
BMT-nin Ümumi insan hüquqları bəyannaməsinin azadlıq hüququ,
milli və mədəni özünüidentifikasiya hüququ, milliyyət və ünsiyyət
dili seçimi azadlığı, etiqad azadlığını bəyan etməsinə baxmayaraq,
faktiki olaraq, bu hüquqlar öz qrup mənşələri etibarilə şifahi
bəyannaməyə müncər edilir. Burada onu gündəlik təcrübə ilə
möhkəmləndirmək hüququ da yoxdur. Bütün bunlara baxmayaraq,
Avropa dövlətləri insan hüquqlarının üzərindən keçir, onları
görməzdən gəlir və assimilyasiya layihələri irəli sürür.
Multikulturalizmin ―açıq-aşkar‖ nümunələrindən bir neçəsinə nəzər
salaq:
İtaliya məktəblərində xaç gəzdirmək və yerləşdirmək;
İsveçrədə minarələrin tikilməsinə qadağa;
Etnik əlamətə görə dövri təqiblər (Fransadan qaraçılar, Böyük
Britaniyadan irlandiyalılar və s.)
müxtəlif geyim növlərinə, dini simvollara qadağa və s.
Fransada küçədə ibadət yasağı, buna qədər isə ictimai yerdə hicab
daşımaq yasağı.
2008-ci ildə Fransa və Belçika ictimai yerlərdə baş örtüklərinin
geyilməsinə qadağa qoydu. İtaliyanın konstitusiya məsələləri üzrə
parlament komissiyası 2011-ci ilin avqust ayında ictimai yerlərdə
pərəncə geyməyi qadağan edən qanun layihəsini təsdiq etdi.
Qadağanı pozanlar ―islami cinayətdən ötrü‖ 150€-dan 300€-a kimi
ən sərt cərimə ödəməli, habelə ictimai işlər yerinə yetirməlidirlər.
Bu qadınların ərləri 30.000€-a qədər cərimə edilə və ya bir ilə kimi
həbs cəzası ala bilərlər. 2011-ci ilin 27 sentyabrında İsveçrənin
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
170
Milli Şurası 77 razılaşmayan üzvə qarşı 101 ―lehinə‖ səslə
xalqçıların ―sağ‖ partiyasından deputat Oskar Frayzingerin
təxribatçı şəkildə ―Maskaları atın!‖ adlandırdığı analoji təklifini
qəbul etdi. Başqalarının paltarları ilə mübarizə heç də özgə həyat
tərzini ―qəbul və təqdir etmə‖ devizi ilə uyuşmur. Ancaq mahiyyət
etibarilə multikulturalizm əslində elə bundan ibarətdir.
Yaxud sonuncu nümunə.
Amerikalı İrum Abbasi mart ayında Kaliforniyada təyyarə reysinə
buraxılmadığına görə Southwest Airlines aviakompaniyasını
məhkəməyə verdi. Abbasinin iddia etdiyi kimi, bütün bunlar onunla
bağlı olub ki, başında müsəlman qadınların baş örtüyü – hicab var
imiş. İddiada deyildiyi kimi ―o, qorxudulmuş, pərt edilmiş, təhqir
edilmiş, mat qalmışdı‖. ABŞ vətəndaşı olan Abbasi San-Dieqodan
San-Xoseyə gedən reysdən endirilmişdi. Abbasinin sözlərinə görə,
stüardessaya elə gəlib ki, o, kiməsə mobil telefonla ―qərara alındı!‖
deyib (―it’s a go‖). Əslində, Abbasinin dediyinə görə, o söyləyirmiş
ki, getməlidir (I have to go), çünki təyyarə artıq havaya qalxmaq
üzrəymiş. Qadının üzərində axtarış apardıqdan sonra təyyarənin
göyərtəsinə qayıtmasına icazə vermişlər. Ancaq pilot bildirib ki,
ekipaj onunla uçmaq istəmir və beləliklə Abbasini laynerə
buraxmırlar. Ona sonrakı reyslə uçmaq üçün icazə vermişlər. Los
Angeles Timesin verdiyi xəbərə görə üç gün sonra aviakompaniya
üzr istəmişdir.
Bütün bu faktları assimilyasiya siyasətinin aktları adlandıra bilərik.
Adıçəkilən siyasətin məqsədi azadlıqların müdafiəsi, dini və ya
etnik asılılığın bu və ya digər növləri ilə mübarizə deyil. Bu
siyasətin mahiyyəti ölkəyə gələn əmək miqrantları və qaçqınların
assimilyasiyası və onların mühacir qəbul edən cəmiyyətə xas olan
və qəti şəkildə təsbit edilmiş milli əlamətləri daşıyan vicdanlı yerli
bürgerlərə çevrilməsidir.
Dostları ilə paylaş: |