MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə52/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   48   49   50   51   52   53   54   55   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

159 


 

Türkiyənin Avropa İttifaqına qəbul edilməsinin əleyhinə bilavasitə 

çıxışlar  da  var,  məsələn,  Fransa  prezidenti  Nikola  Sarkozi  və 

Almaniya  kansleri  Anhela  Merkel  və  bəzi  avstriyalı  siyasətçilər 

bənzər  çıxışlar  edir.  Ancaq  bir  qayda  olaraq,  onların  arxasında 

inandırıcı,  əsaslandırılmış  dəlillər  durmur.  Niyə?  Bu  yaxınlarda 

keçmiş Fransa prezidenti Jiskar d’Esten əhalisinin sayı Aİ-nin bütün 

əhalisinin  beş  faizindən  artıq  olan  ölkələri  Avropa  İttifaqına  qəbul 

etməyi qadağan edən qanun qəbul etməyi təklif etdi. Hazırda Aİ-nin 

əhalisi  beş  yüz  milyon  olduğundan,  bu  Türkiyə  və  Ukraynanın 

avtomatik  olaraq  namizədlərin  siyahısından  çıxarılması  deməkdir. 

Birdən Rusiya da nə vaxtsa İttifaqın üzvü olmaq istəsə?! Mən artıq 

bu barədə heç danışmıram. 

 

Bütün  bu  axtarışların  və  mülahizələrin  arxasında  böyük  Avropa 



dövlətlərinin  əsasən  də,  Fransa  və  Almaniyanın  daha  böyük 

dövlətlərlə  rəqabətə  girmək  qorxusu  görünür.  Çünki  böyük  dövlət 

daha  çox  deputata  sahib  olur,  deməli,  qərar  qəbuluna  və  Avropa 

İttifaqının bütövlükdə idarəedilməsinə təsir edə bilər. 

 

Bu  narahatlıqların  əsası  yoxdur.  Onlar  geri  qalmış  zehniyyətə 



əsaslanır:  sanki  Avropa  parlamentində  ―solçular‖,  ―sağçılar‖, 

―mərkəzçilər‖  yoxdur,  deputatlar  isə  kompakt  şəkildə,  milli 

mənsubiyyətə görə səs verir. Ancaq bu belə deyil. Siyasi plüralizm 

olduqda,  qərarların  qəbul  edilməsində  yardımçı  olan  demokratik 

mexanizm və üsullardan istifadə edildikdə bu yanlış anlaşılmalar öz 

mənasını itirir. Bütün bunlar yalnız Avropa İttifaqının üzvü olmaq 

istəyən ölkənin əhalisini 25 milyon nəfərə kimi ixtisar edən köhnə 

təfəkkürü əks etdirir. Avropa İttifaqı genişlənəcək, Türkiyə isə onun 

real üzvü olmalıdır. 

 

Bircə  Türkiyənin  Aİ-nə  daxil  olmaqla  ona  nələr  gətirəcəyini 



düşünün: 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

160 



 

yetmiş bir milyon gənc, əmək qabiliyyətli əhali inkişaf etmiş bazar 

iqtisadiyyatı  və  ekspertlərin  fikrincə  geniş  potensial  NATO-da 

gücünə  görə  ABŞ-dan  sonra  ikinci  ordu  (bu  ordu  ilə 

hesablaşmamaq  mümkün  deyil)  islam  xətti  ilə  ərəb  aləminə  çox 

güclü  təsir:  Türkiyənin  müsəlman  və  eyni  zamanda  şəriətdən 

çoxdan  və  qəti  şəkildə  imtina  etmiş  və  fundamentalizm  və 

terrorizmi mühakimə edən dünyəvi dövlət olması faktı onun Avropa 

yolundakı ilk əngəlidir; 

Dil  yaxınlığı  və  qismən  də  ümumi  din  xətti  ilə  Orta  Asiyadakı 

keçmiş Sovet İttifaqı ölkələrinə güclü təsir: bu Avropa üçün mühüm 

olmaya bilməz, çünki böyük təbii qaz və neft, habelə nadir metal və 

mineral ehtiyatları orada yerləşir. 

müxtəlif  mədəniyyətlərin,  sivilizasiyaların  kəsişməsində  yerləşən 

ölkənin coğrafi mövqeyi və bununla əlaqədar olaraq, geostrateji və 

geosiyasi əhəmiyyəti, iki qitə arasında körpü rolu  oynaması. 

Avropa İttifaqına qəbul olunmağın əvəzinə ona belə ―töhvələr‖ verə 

biləcək  daha  bir  ölkənin  adını  çəkə  bilərsinizmi?  Mən  birini  də 

xatırlaya  bilmirəm.  Ancaq,  Rusiya  Federasiyası  Avropa  İttifaqına 

qəbul  edilmək  üçün  bütün  şərtləri  yerinə  yetirməyi  lazım  bilib, 

namizədliyini irəli sürsə, bu o da ola bilər. Ümid edirəm ki, artıq o 

vaxt  Avropa  İttifaqı  Rusiyanı  Urala  qədər  qəbul  etmək  barədə 

sxolastik  mübahisələr  aparmayıb  ikinciyə  üstünlük  verəcək.  Çünki 

bu ölkənin ən geniş təbii sərvətləri məhz Asiya hissəsində yerləşir. 

Bax  onda  bizim  və  bizim  övladlarımız  qarşısında  general  Qollun, 

daha  sonra  Mixail  Qorbaçov  tərəfindən  götürülmüş  ―Vankuverdən 

Vladivostoka  qədər  Avropa‖  azad  ideyasının  reallaşdırılması  üçün 

yol    açılacaqdır.  Çünki  Avropa  İttifaqı  ilk  növbədə  iqtisadi,  siyasi 

və  mədəni  qurumdur.  Onun  coğrafi  mövqeyi  yalnız  inteqrasiyanın 

başlanması  üçün  hesablama  nöqtəsidir,  əsas  məzmunu  isə  iqtisadi 

və  siyasi  islahatlardan  ibarətdir.  Bu  islahatlar  bizim  ölkələri  daha 

demokratik, uğurlu bazar iqtisadiyyatına və inkişaf etmiş humanitar 

potensiallara malik dövlətlərə çevirəcəkdir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

161 


 

Etiraf edim ki, bu mövzuda çox danışa bilərdim. Ancaq, qorxuram 

ki,  dinləyicilərdən  biri  mənə  Əlişir  Nəvainin  iki  misrasını 

xatırlatsın:  ―İnsan  üçün  gözəl  olan  doğru,  rəvan  danışıqdır,  Ancaq 

doğru danışıq da qısa olsa yaraşıqdır.‖ 

 

Jelyu Jelev, 



 Bolqarıstan Respublikasının sabiq prezidenti  

(1990-1997-ci illər) 

 

  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə