www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
165
obyekti olmalıdır. Qərb dövlətləri tərəfindən dəstək alan bu hərakat
haqlı tələşla və Şərqdən mühacirlərin sayının artmasından yaranan
qorxu ilə qarşılandı. Bu qorxu eyni zamanda, yeni gələn
mühacirlərlə onlardan əvvəl gəlmiş və məskunlaşmış mühacirlərin
mümkün birləşməsi proqnozu ilə də artır. Müasir tarixin göstərdiyi
kimi, əsas millət arasında artan işsizlik və imkansızlıq sosial
müdafiənin forması kimi tətillər ―əsas millətlə‖ ―əsas hakimiyyət‖
arasında qarşıdurma işığında belə birləşmə ehtimalını nəinki təkzib
etməməlidir, bu hətta qanunauyğundur. Qərb siyasətçiləri qərbdə
olan ―külək əkən, tufan becərər‖ atalar sözünü unutmamalıdır, onu
da unutmamalıdırlar ki, Qərbin bir sıra dövlətlərinin fəal iştirakı ilə
həyata keçirilən qanlı ―ərəb baharı‖ elə özləri üçün də ―payıza‖ və
―qışa‖ dönə bilər.
Vəhdət konsepsiyası zəminində multikulturalizmin problemlərinin
uğursuz həlli nəticəsində kəskinliklə artmaqda olan situasiyadan
çıxış aşağıdakı hallarda görünür:
Əsas millətlərin nümayəndələrinə və mühacirlərə bölünməmək
şərtilə əhalinin sosial cəhətdən əzilmiş bütün təbəqələrinin sosial-
iqtisadi problemlərin həlli üçün düşünülmüş iqtisadi islahatların
qəbulu ilə real təkamül yollarının axtarışında;
Qlobal mədəniyyətin bir hissəsi kimi mühacirlərin mədəniyyətinə
hörmətdə; qeyri-peşəkar əmək növlərini icra edənləri yalnız – real
və ya potensial asayişi pozan qastrabayterlər kimi, əgər onlar islam
ölkələrindəndirsə gələcəyin terrorçuları kimi təqdim etməkdən
imtina etməkdə. Mühacirlərin elitası və otra təbəqəsi tərəfindən
Qərbə gətirilən ―intellekt‖ və ―investisiya‖lar isə bilərəkdən yada
salınmır. İndiki dövrdə mühacirlər üçün qərb siyasəti çıxış yolunu
onların mədəni assimiliyyasiyasında görür.
İslam dünyasını təmsil edən mühacirlərə təcavüzkar münasibətdən,
müxtəlif müasir tədqiqatlarında islam dünyası fəlsəfəsinin tarixini,
onların mədəniyyətini qəsdən saxtalaşdırmaqdan imtinada. Müasir
Qərbdə islam dünyasının nümayəndələrinə olan ədavət başqa dini
təmsil edən mühacirlərə olan münasibətdən tamamilə fərqlidir, ba
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
166
da qərb dünyasının idealı olan tolerantlığın təbliğinə ziddir və qəbul
edilməzdir.
Müqayisəli planda obyektiv elmi tədqiqatların müxtəlif etnik və
müxtəlif regional mədəniyyətlərinin oxşar və fərqli cəhətlərini
aşkarlayan milli və regional mədəniyyətlərin tarixi və müasir
vəziyyətinin müsbət rolunun qəbul edilməsində oxşarlıqlar müxtəlif
mədəniyyətlər daşıyıcılarının tarixi mənəvi birliyinin sübutu kimi
dini sabitliyin əsaslarını pozmadan ayrı-ayrı dövlərlərdə müxtəlif
etnik və din nümayəndələrinin harmonik birgə yaşamalarına və
tolerantlığa imkan yarada bilərdi. Beləliklə, müasir Qərb
dünyasında
mühacirlərə,
xüsusən
də
İslam
dünyasının
mühacirlərinə, neqativ münasibət aradan götürülərdi.
Tədqiqatın maraqlı obyektlərinin sırasına mədəniyyət və müasir
mulrikulturalizm və sahələrində aparılan qərb mərkəzçiliyin
müqayisəli
tədqiqatlarını,
həmçinin
sovet
və
postsovet
məkanlarındakı multikulturalizmi də aid etmək olar.
Beləliklə, özündə dövlətlərin siyasi tarixini də ehtiva edən
multikulturalizm mədəniyyət sahəsində cəmiyyətin siyasi tarixinin
üzvü hissəsi və deməli, cəmiyyətdəki etnomilli və konfessional
menasibət kimi, həm onun inkişafının nisbi sabitlik dövrünün, həm
də müxtəlif xarakterli böhran dövrlərini elmi tədqiqatlarının aktual
obyektlərindən biri olub və olaraq da qalmaqdadır.
Zümrüd Quluzadə,
professor, Azərbaycan Milli Elmlər Akademiyası Fələsəfə,
Sosiologiya və Hüquq İnstitutu
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
167
Multikulturalizm şəraitində dinlərarası dialoq
XX əsrin sonu XXI əsrin əvvəlləri qloballaşma prosesi ilə
əlamətdardır. Bu kontekstdə adıçəkilən prosesdə mədəniyyətlərarası
və dinlərarası dialoq problemi, habelə multikulturalizmlə əlaqədar
problemlər xüsusi yer tutur.
―Multikulturalizm termini ötən əsrin 60-cı illərində Kanadada
meydana gəlmiş və rəsmi olaraq 1971-ci ildə qəbul edilmişdir‖ (1,
səh.189). Termindən vahid mədəni məkanı ifadə etmək üçün
istifadə edilir. Multikulturalizm mədəniyyətlərin assimilyasiya
(birləşmə) olmadan inteqrasiyasını (qovuşma) təklif edir. Ötən əsr
boyunca assimilyasiya Avropanın bir çox dövlətləri tərəfindən
gəlmə (immiqrant) mədəniyyətlərə münasibətdə istifadə edilən
strategiya kimi bir çox hallarda özünü doğrultmadı.
Multikulturalizm siyasətinin əsasında üç əsas prinsipi fərqləndirmək
mümkündür:
dövlətin mədəni plüralizmi qəbul etməsi (vətəndaş cəmiyyətinin ən
mühüm xarakteristikası);
marjinal mədəni qrupların sosiallaşmasına mane olan əngəllərin
aradan qalxması;
müxtəlif mədəniyyətlərin yenidən dirçəlməsi və inkişafının
dəstəklənməsi.
Buradan belə bir nəticəyə gəlmək olar ki, multikulturalizm dar
mənada qloballaşma şəraitində mədəni dəyərlərin demokratiyası və
ya bərabərhüquqluluğudur.