www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
26
Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti
Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar, dünya miqyasında
mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Bu gün
həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına
yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti
multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi
təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini,
cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin
beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.
Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya
tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyi,
eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas
fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında
təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi yaradıldı. Əlbəttə, belə bir Mərkəzin
yaradılması multikulturalizmin Azərbaycanda əsrlərdən bəri
formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən
kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olduğunu
göstərirdi.
Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində
Azərbaycan, tarixən, sahib olduğu tolerantlıq və multikultu¬ralizm
ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu
öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji
hədəf seçdi və müdrik siyasəti ilə əsrlər boyu formalaşan çox
mədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni
mərhələyə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının
multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən
siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
27
Multikulturalizm Mərkəzi niyə yaradıldı
və yaxud da bir ilin HESAB VAXTI...
Azərbaycanı dünyada multikultur ölkə kimi tanıtmaq məqsədilə
Prezident İlham Əliyev tərəfindən yaradılan Bakı Beynəlxalq
Multikulturalizm
Mərkəzi
qısa
zamanda
Azərbaycan
multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği
ilə bağlı bir sıra mühüm işlərin icrasına başladı. Əvvəlcə Dövlət
müşaviri,
Bakı
Beynəlxalq
Multikulturalizm
Mərkəzinin
Himayəçilik Şurasının sədri Kamal Abdullayevin ideya və
təşəbbüsü ilə ―Multikulturalizmə giriş‖ və ―Azərbaycan
multikulturalizmi‖ fənləri yaradıldı və hər iki fənn üzrə tədris
proqramları hazırlanaraq Təhsil Nazirliyində təsdiq olundu.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin imkanları hesabına
xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar
aparıldı və ilkin mərhələdə 10-a yaxın universitet təklifi müsbət
qarşıladı.
Tədrisinə başlanacaq fənlər yeni olduğundan bu fənləri tələbələrə
çatdıracaq müəllimlərin hazırlığını da öz üzərinə götürən Mərkəz
ölkəmizin tanınmış alimləri və xaricdən dəvət etdiyi mütəxəssislərlə
birgə müntəzəm treninqlərə başladı. Treninqlər zamanı
mütəxəssislər
dinləyicilərə
―Multikulturalizmə
giriş‖
və
―Azərbaycan multikulturalizmi‖ fənlərinin tədris proqramlarının
əsasında mühazirələr oxuyur, onları lazımi dərs materialları ilə
təmin edir və sonda imtahanda onların biliklərini yoxlayırlar.
İmtahandan uğurla keçənlərə Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzi
tərəfindən
sertifikat
verilir.
Treninqlərdə
―Multikulturalizmə giriş‖ və ―Azərbaycan multikulturalizmi‖
fənlərini tədris edəcək müəllimlərin hazırlanması bu sahədəki
hazırkı tələbatı müəyyən dərəcədə qarşılaya bilib.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
28
Hazırda
7
xarici
ölkə
universitetində
―Azərbaycan
multikulturalizmi‖ fənni tədris olunur. Bu ali məktəblər Müqəddəs
Kliment Oxridski adına Sofiya Universiteti, İvan Cavaxişvili adına
Tbilisi Dövlət Universiteti, Ural Federal Universitetinin
Yekaterinburq filialı (Yekaterinburq, Rusiya Federasiyası), Litva
Pedaqoji
Universiteti,
Praqa
Karlov
Universiteti
(Çex
Respublikası), Roma Sapienza Universiteti (İtaliya) və Belarus
Dövlət Universiteti var.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə ―Azərbaycan
multikulturalizmi‖ fənninin tədris olunması ilə bağlı rəsmi
müraciətlərə əsasən növbəti tədris ilinin I semestrində dərslərə
başlamaq üçün Vürsburq Universiteti (Almaniya), Frayburq
Universiteti (İsveçrə), Sakarya Universiteti (Türkiyə), Doğu
Akdeniz Universiteti (Şimali Kipr Türk Respublikası), Lutsk Milli
Texniki Universiteti (Ukrayna) rəsmi müraciətlərini göndərib.
Hazırda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Vatikan Sileza
Universiteti (İtaliya), Auqsburq Universiteti (Almaniya) və
İNALCO Universiteti (Dövlət Şərq Dilləri və Sivilizasiyaları
İnstitutu, Fransa) ilə bu istiqamətdə danışıqlar aparır.
―Multikulturalizmə giriş‖ və ―Azərbaycan multikulturalizmi‖
fənləri paralel olaraq ölkəmizdəki ali təhsil ocaqlarının bakalavr və
magistr pillələrində də tədris edilməyə başlanılıb.
Azərbaycanın dünyaya başqa bir rakursdan təqdimatına xidmət
edən bu fənlərin tədrisinin coğrafiyasının genişlənməsi akademik
səpkidə daha bir addımın atılmasını zəruri edib. Belə ki, Bakı
Slavyan Universitetinin Elmi Şurasının üzvü Kamal Abdullayevin
təşəbbüsü ilə universitetin Elmi Şurasında ―Azərbaycan
multikulturalizmi‖ kafedrasının yaradılması haqqında qərar qəbul
edilib.