www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
29
Dövlət
müşaviri
Kamal
Abdullayev
―Azərbaycan
multikulturalizmi‖ fənninin tədrisi bizə nə verir‖ sualı ətrafında
fikirlərini belə açıqlayıb: ―Onun siyasi əhəmiyyəti barədə geniş
danışmağa ehtiyac yoxdur. Bu, böyük ideoloji, elmi, mədəni,
maarifçilik sıçrayışıdır. Azərbaycan tarixini, ədəbiyyatını,
mədəniyyətini, azərbaycançılıq məfkurəsini, tolerantlığı bir yerə
toplayıb sistemləşdirmək və dünyaya nümayiş etdirmək ən mühüm
vəzifəmizdir. Bununla dünyada başqa obrazımızı yaratmaq
istəyənlərə göstərmək istərdik ki, görün bizim dostlarımız bizim
haqqımızda hansı fikirdədir. Biz bu addımımızla ətrafımızı
genişləndiririk. Faktlar onu göstərir ki, ilk təşəbbüslər özünü
doğrultdu. Universitetlərlə əlaqə yaratdıq, onlara təkliflərimizi
bildirdik və bu təşəbbüsümüz yüksək dəyərləndirildi. Bəzi
universitetlərdən gələn təkliflərə əsasən, bu fənnin tədrisinin gələn
semestr davam etdirilməsi arzulanır. Bütün bunlar Azərbaycana
maraqdan irəli gəlir. Son illər ölkəmizdə görülən işlər, cənab
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın
beynəlxalq miqyasda artan nüfuzu və çəkisi həmkarlarımızı daha
çox maraqlandırır və bu barədə dolğun məlumat əldə etmələrinə
stimul verir‖.
Azərbaycan təcrübəsi digər ölkələr
üçün örnək ola bilər
Multikulturalizm Mərkəzinin yaranma səbəbləri və fəaliyyəti barədə
mətbuata açıqlama verən Mərkəzin icraçı direktoru Azad
Məmmədov demişdir ki, məqsəd tolerantlığın bir həyat tərzinə
çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi
mahiyyətini öyrənmək, etnik-mədəni, dini müxtəlifliyin tolerant
əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını
müəyyənləşdirmək, təhsil, mədəniyyət, elm və digər sosial
sahələrdə özünü göstərən çatışmazlıqların sistemli şəkildə aradan
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
30
qaldırılması istiqamətində layihələr həyata keçirməkdir: ―Prezident
İlham Əliyevin təşəbbüsü ilə multikulturalizm dövlət siyasətinin ən
önəmli istiqamətlərindən birinə çevrilib. Artıq, paytaxt Bakı qlobal
əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkandır.
Mərkəzin əsas məqsədi tolerantlığın və mədəni, dini, linqvistik
müxtəlifliyin qorunmasını təmin etmək, habelə, Azərbaycanı
dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud
multikultural modelləri tədqiq və təşviq etməkdir. Mərkəzin
yaranması ilə bağlı Fərman may ayında verilsə də, faktiki olaraq
strukturun formalaşması oktyabr ayından başlayıb. Amma bu qısa
müddətdə Mərkəz xeyli tədbirlər keçirməyə müvəffəq olub. Belə ki,
16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə ölkəmizin
bütün bölgələrində silsilə tədbirlər, Bakıda isə yekun konfrans
keçirilib. ―Mən fəxr edirəm ki, azərbaycanlıyam‖ mövzusuna həsr
edilən və müvafiq icra hakimiyyətləri ilə birlikdə keçirilən region
toplantılarında milli azlıqların nümayəndələri, dini icma rəhbərləri,
ziyalılar iştirak edərək müzakirələr aparıb, maraqlı təkliflər irəli
sürüblər. Mərkəz, eyni zamanda, Beynəlxalq Tolerantlıq Günü ilə
əlaqədar ölkəmizin, eləcə də dünyanın bu sahə üzrə aparıcı
mütəxəssislərinin qatıldığı ―Virtual Dəyirmi Masa‖ təşkil edib.
Bakıda keçirilən yekun ―Dəyirmi Masa‖da Azərbaycandakı
multikultural cəmiyyətin üstün məziyyətləri müzakirə olunub‖.
Göründüyü kimi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində yaxın gələcəkdə
həm xaricdə, həm də ölkəmizdəki ali təhsil ocaqlarında
―Multikulturalizmə
giriş‖,
―Azərbaycan
multikulturalizmi‖
fənlərinin tədrisi daha da genişlənəcək və Prezident İlham Əliyevin
―Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq‖
təşəbbüsü öz real həllini tapacaq.
Mövzu ilə bağlı bütün deyilən fikirləri, aparılan müzakirələr zamanı
səslənən rəy və təklifləri ümumiləşdirib bir cümlə ilə ifadə etsək,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
31
qəti əminliklə deyə bilərik ki, Azərbaycan bütün zamanlara örnək
ola biləcək əsl tolerantlıq nümunəsidir. Bu, təkcə, ölkədə yaşayan
milli və etnik azlıq nümayəndələrinin deyil, həm də beynəlxalq
aləmin səmimi etiraflarıdır. Dünyada sivilizasiyalararası dialoqla
ciddi problemlərin yaşanması, bu fonda konfliktlərin artması
tendensiyasının müşayiət olunması, xüsusilə də islamafobiya kimi
təhlükəli meyllərin bir sıra dövlətlərin və digər subyektlərin
siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın
mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal
əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində
Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər.
Niyaz Niftiyev