MahirəNərimanqızı



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə36/50
tarix03.10.2017
ölçüsü2,94 Kb.
#3017
1   ...   32   33   34   35   36   37   38   39   ...   50

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
147 
 
Sənin əzabından sənə nə qalıb? 
Üst-üstə yığdığın duyğularından 
Təkcə quru adın özünə qalıb. 
 
Əlindən almıĢam bütün dünyanı, 
Daha yük altında bükülməz belin. 
Ömründən bircə an tutmaq istəsən, 
Asılıb havadan boĢ qalar əlin. 
 
Baxarsan yanından ötüb-keçənə, 
Sənə taniĢ gəlməz gözlər, sifətlər. 
Özün də bilməzsən harada itib
Sənin inandığın sərt həqiqətlər. 
 
Mənim vaxtdan-vaxta açıqdır yolum, 
Keçərəm neçə yol, neçə qərinə. 
Sən mənim adımı girov götürüb, 
Dönmək istəyərsən ümidlərinə.  
  
                 *** 
Dərdi də çox görmə mənə, əzizim, 
Mənim kədərimə gözünü dikmə. 
Gizli dərdlərimin açıb üstünü, 
Göz tutan yaramın qanını tökmə. 
 
Bizim taleyimiz baĢqa-baĢqadır, 
Səninçün qəm,kədər Ģerin dilidir. 
Səninçün tənhalıq, ağrı, göz yaĢı, 
Qəmli nəğmələr tək möcüzəlidir. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
148 
 
 
XəĢbəxtsən. 
Taleyin uğurlu, oyaq, 
Sabahlar üzünə asan açılır. 
Mənim keçəcəyim yolların sirri, 
Min dərdin qatında daĢa yazılır. 
 
Mənim ümidim tək dərdimə qalıb, 
Dərd görüb dünyadan mən dərd götürdüm. 
Əlim üzüləndə bütün dünyadan
Dərddən də dünyaya ümid gətirdim. 
 
 
Dünyada hər Ģeyin öz haləsi var, 
Hər Ģey özlüyündə dona bürünür. 
Bəlkə, əllərimə yetmədiyindən, 
Mənə xoĢbəxtlik də dərd tək görünür. 
 
Ocağa atılıb yandırılan dərd, 
Özgə taleyində belə gözəlmi? 
Sən mənim dərdimə gözünü dikmə, 
Bədbəxtlik bu qədər cazibəlimi? 
 
                   *** 
 
Mən kimdən soruĢum, kimdən öyrənim, 
Bu dünya hayana fırlanır indi? 
Çoxdan unutduğum vaxt duyğusuna 
Yol tapıb qayıtmaq  nədən  çətindi? 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
149 
 
Bu dərd niyə durub baxır üzümə, 
Mənim gördüklərim xəyal qəsrimi? 
Məni tanımırmı durna həsrəti, 
Döndüyüm dünyanın  ölən  əsrimi? 
 
Göydə ulduzlar da qarıĢıb yaman, 
Hansı boĢluqdasa mən yox olmuĢam. 
Mənim yoxluğumun baisi sənsən, 
Sən itən yoxluqda unudulmuĢam. 
 
                    *** 
 
Mənə xoĢbəxtliyin Ģəklini verdin, 
Dedin,səndən mənə yadigar qalsın. 
Ġstədin taleyin sevinclərindən 
Mənim də ömrümdə bir niĢan olsun. 
 
SürüĢdü əlimdən yüngüllüyündən, 
Alıb sığalladım ipək sözünü. 
Qatlayıb qəlbimin səhifəsini, 
Sənə göstərmədim dərdin üzünü. 
 
Acıdım  taleyin istehzasına, 
Ürəyim göynədi,dinmədim yenə. 
Özgə vaxt heç kəsi bağıĢlamazdım, 
Səni bağıĢladım xoĢbəxtliyinə. 
 
                    *** 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
150 
 
Göz yaĢı məndən yanğılı, 
Dərd də məndən yaralıdır. 
Ruhum  da küsüb gedib 
Kölgəm də aralıdır. 
 
Hara dönürəm səsin, 
Mənimlə birgə dönür. 
Ġçimdə ayrılığın  
Sənsizliyi  döyünür. 
 
Qulağımı tuturam, 
Haray vurur,çığırır. 
Səsin gecəni yarıb, 
Məni hara çağırır? 
 
Gözlərindən qaçıram, 
Öz gözümdən baxırsan. 
Gözlərimi boğuram, 
Göz yaĢımdan yağırsan. 
 
Səsin hər əzabını 
GörmüĢəm də,bilirəm. 
Məni daha çağırma, 
Yerini de, gəlirəm. 
 
                   *** 
 
Yenə də səbrimi çəkdim sınağa, 
Ayları,günləri yığdım üstünə. 
Yazıq, üzüyola olduğu üçün


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
151 
 
Bütün günahları yıxdım üstünə. 
 
Dünyanın əlindən, mənim əlimdən, 
Vaxtın son anını içibdi səbrim. 
Deyirlər Allahın qırx il səbri var, 
Allahın səbrini keçibdi səbrim. 
 
Uçulub dağılır səbrimin qəsri
Uçqunlar içində indi azadam. 
Mənə kimliyini de, əl uzadan, 
Dostsansa, əlimi sənə uzadım. 
 
Divarlar içindən uzanan bu əl 
Taleyin əlimi, baxtın əlimi? 
Min dərdin qatını yarıb keçən əl 
Zamanın əlimi, vaxtın əlimi? 
 
Mənə kimliyini de, mən də bilim, 
Yoldan ötənsənsə, çıx yolunla get. 
Mənim əllərimə açılmısansa, 
Mənim  göz yaĢıma sən də dua et! 
 
                   *** 
 
Səsin səndən xəbərsiz 
Mənə nələr söyləyir? 
Mənə bu dünyanı yox, 
Göyləri vəd eyləyir. 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
152 
 
Ürəyim səndən qopub 
Sonsuzluğa baĢ alır, 
Bütün sevgilər nədən 
XoĢbəxtliklə baĢlayır? 
 
Gözləri tab gətirmir 
Qəlbinin iĢığına, 
Dönürsə bircə anda 
Dünənin uĢağına. 
 
BaxıĢından çiçək tək 
Təbəssümlər tökülür, 
Əlac uman ürəyin 
Gözlərimə dikilir. 
 
Hərdən özün də dinlə 
Qaralan nəfəsini, 
Sonra da çox danlama 
Nə məni, nə səsini. 
 
                *** 
 
Dedilər, yandırar səni, 
Baxmadım, közlə oynadım. 
Nə Allahdan, nə bəndədən 
Qorxmadım, sözlə oynadım. 
 
Uçdum durna havasında, 
Oxudum eĢq yuvasında. 
Ölüb haqqın davasında. 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə