www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
19
Bərəkətli...çörəkli
Qos-qoca ocaq olub...
VətənləĢib...bütünləĢib...
Dünya tək qarıcıq olub...
Zaman olub,yaddaĢ olub...
Könlü dolu yağıĢ olub...
Gündüz tək oyaq olub,
Gecə tək sayıq olub,
Indi anam köməkləĢib...
Dünyaya dayaq olub...
***
Səndə yoxam...
Mən artıq yoxam səndə...
Yoxam mən bu günündə,
Nə də ki dünənində...
Hələ fərqində deyilsən...
Hardasa düĢüb getdim..
Nə vaxtsa düĢüb itdim...
Məni itirdiyinin
Hələ fərqində deyilsən...
DanıĢırsan öz-özünə...
Xəyalında qalib kimi
Arxayınsan öz-özünə...
Artıq çoxdan getmiĢəm...
Dönüb məni axtaranda
Yerimdə görməyəcəksən...
Hələ fərqində deyilsən...
Zaman alıb apardı...
Səndən dartıb qopardı...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
20
Sən hələ gün sayırsan...
Hələ sonalayırsan...
Bax,gör tale nə deyir...
Səni nələr gözləyir...
Hələ fərqində deyilsən...
***
YağıĢla qaldım...
Mən dinlədim...
o yağdı...
Məni yordu ...yorulmadı...
Mən yağdıqca,
o yığdı...
Buludlar dəsmalım...
Küləklər əsən əlim...
Həniri... titrəyiĢi...
Səsi sinə təsəllim...
DanıĢdıq duya-duya
Ağladıq doya-doya...
Dərin-dərin quyuya
Quyladıq özümüzü...
Gömdük ürəyimizi...
Yorulduq,yaĢımızın
Quruyan duzu qaldı...
Çəkib getdi buludlar,
Tər-təmiz gözlərimdə
Göyün ulduzu qaldı...
***
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
22
Mənim könlümün yolunun
Geriyə dönüĢü yoxdu...
Yağdıqca yağa bilərəm...
Yandıqca yaxa bilərəm ..
Dağıldıqca dağılaram...
Yığılmağa tabım yoxdu...
***
Yağ...yağıĢ...
Adını bilirəm...
Səni tanıyıram...
Ürəyimdə saxlamıĢam...
Gözümdən ağlamıĢam...
Hardan gəldiyini bilirəm...
Sən yağdığın yeri bilmirsən...
Göyü bilisən...yeri bilmirsən...
DaĢıdığın sirri bilmirsən...
Allahı bilirsən...adamı bilmirsən...
Yağ mənə...
sən adımı bilmirsən...
sən məni tanımırsan...
mən səni tanıyıram...
***
ġərq...
BaĢında dövr edir əzabı...
Çıxmağa yol tapmır
Içini gəzir ...ürəyini əzir qəzəbi...