|
MahirəNərimanqızı
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
31
***
Bir dərd sevdalısı
DüĢdü çöllərə,
Ağlayıb dolaĢdı
can evi bərbad...
Tutdu yeri-göyü
qanlı naləsi...
könül yanğısından
ucaldı fəryad...
Nə qədər axtardı
tapa bilmədi,
peĢiman qayıtdı
yaralı səyyad...
Bir dost
gülləsinə
niĢan eylədi,
vurdu ürəyindən
Bir – yad oğlu yad...
19 aprel 2010...
***
Kredit
Aya – günə bir borcum var...
Hərdən məni qımıldadır...
Bu dünyanın alverində
Fələk də adam aldadır...
DüĢüb çarxın fitnəsinə,
Mən də bir hesab açmıĢam,
Təməlinə bir daĢ qoyub,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
32
Üstündə ömür asmıĢam ...
Dəngələri yel sovurur,
Ortada külək oynayır,
Gedən gedib,qaçan qaçıb,
Əl üstə kələk oynayır...
Kəf gəlir gecə gündüzə,
Kal da dəymiĢi xarladır...
Saatı da zaman deyil,
Hansısa fərman fırladır...
Gözlərinin düz içinə
QımıĢır haça ilanlar...
Nə baĢı var,nə ayağı,
Yıxılır puça qalanlar...
Mən ağılsız öz baĢıma
Gedib bəla gətirmiĢəm,
Axmaq kimi bir ömrü də
Kreditə götürmüĢəm...
***
Gecə Ģeirimi yandırdım,
Sonra külünə ağladım,
Ürəyimin külbəsini
Qanla tıxayıb bağladım...
Nə səs çıxsın,nə də hənir,
Qoy,boğulsun köz dəmində,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
33
Canı çıxsın birdəfəlik,
Özü doğduğu qəmində...
Dirilsə ,batdığı dərddən,
Bir də sözümdən çıxmasın,
Bir də özünü öldürüb,
Mənim canımı sıxmasın...
17 dekabr 2011
***
Yağıb göz yaĢlarımı
dənizə bağıĢladım...
Yığıb küskünlüyümü
gündüzə bağıĢladım...
Ġncikliyi qoymadım,
Uzansın günbatana,
Ġstəmədim geciksin
Vaxt utana-utana...
Səni də uğurlayıb,
Yoluna bağıĢladım...
Özümü yerdən yığıb,
Zamana bağıĢladım...
17 dekabr 2011
***
***
Hər vaxtın salamı var,
Çıx önünə, qarĢıla...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
34
Biz vaxtın yolçusuyuq,
Hər gününü qarĢıla...
Günlər – tale sınağı,
Ömrün qarası – ağı ,
Gələn Allah qonağı,
Gülümsəyib,qarĢıla...
Inam – çarxı döndərər,
Salam verib dindirər,
Hər vaxtla baxt göndərər,
Çıx , baxtını qarĢıla...
17 dekabr 2011
***
ġərt kəsdik...
ġərt kəsdik...
Ölüm ilə...
ġərtimiz – həyat oldu...
Aralıqda bölünən
Ömür çatbaçat oldu...
Hər gün bir az bozardı ,
Qərib oldu,yad oldu...
Hər gün bir az köhnəldi,
Bir az da boyat oldu...
Ġtirdik doğmalığın
Qan çəkən qoxusunu,
Unutduq sevgilərin
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
35
UĢaqlıq yuxusunu...
Bağlarımız qırıldı,
UzaqlaĢdıq anbaan...
Doğma düĢmənlər kimi
QoĢa getdik – yanbayan...
Böyük iddiaları
Yanımızda baĢ gördük...
Dönəndə arxamızda,
Dost yerini boĢ gördük...
Tanıdıqca tükətdik,
Yaxdıq bir-birimizi...
Arada quyu qazıb,
Gömdük hər sirrimizi...
Gündüzlər uğur qovduq,
Gecələr yuxu qovduq...
Zamanı qova –qova,
Gəlib əcələ qonduq...
Ağlayıb ömrümüzün
YaĢıyla günah yuduq,
Sonda bir daĢın altda
Ölümlə bir uyuduq...
***
Dostları ilə paylaş: |
|
|