www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
138
Ara-sıra yaraları qanayır,
Dayan,çəkmə örtüyünü üzünə...
Səsi gəlir hərdən ötən rüzgarın,
Bəlkə,sağdır səs-soraqsız
gedənlər...
Bəlkə,vaxtdan bir ismarıĢ
gözləyir,
Iz qoymadan Ģübhələrdə itənlər...
Bəlkə,çəkən xəyalımdır uzağı,
Heç bir ağrı göz yaĢına dayanmır...
Nə sirdisə, günü batan gecələr
Ay-ulduzlu röyalardan oyanmır...
Hər tərəfim yağıĢlarla göllənir,
Qanla dolan ürəyimdən çıxıram...
Tale ilə bu təkbətək döyüĢdə
Mən dünyaya – uzaqlardan
baxıram...
9 fevral 2013.
***
Məni yaralayan ağır sözlərin
Gözləri hələ də dolub –boĢalr...
Hələ damcılayan incik yağıĢlar
Ġçimdə ağrıyan səsə qoĢulur...
Hirsim yola gəlmir tərs uĢaq kimi,
Qürurum inadla küsü saxlayır...
Məni yarıb keçən uzaqlıqlara
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
139
Çatmayan yolların gözü ağlayır...
Arada ayrılıq bitib böyüyür,
O tayı bu taya ərk edə bilmir...
Əriyən əlləri boĢluqlar udur,
Gizlənən ümidlər imdada
gəlmir...
Vaxtın bəri baĢdan sonu
görünmür,
Bəlkə,sonu yoxdur bitən
zamanın...
Bəlkə də,yalanlar qovub aparıb,
Quru adı qalıb ötən zamanın...
Uzanan inadın qalın zənciri
Ruhumu incidir qəm
məhbəsində...
Ürəyim sıxılır
heç sevmədiyim,
Haqsız hökmlərin
məngənəsində...
10
fevral,2013.
***
Ağır-ağır dağlar ömür karvanı,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
140
Yükümüzü harda,nə vaxt
götürdük?
Qalaq-qalaq borcumuzun üstünə,
Hər adamdan gedib bir daĢ
gətirdik...
Xəyal tikdik arzuların tağından,
Göylərini ulduzlarla bəzədik...
Nəfəs verdik,ürək verdik,can
verdik,
Əsə-əsə ovcumuzda bəslədik...
Sevə-sevə
əzizlədik hər günü,
Arxasınca gələn qəmi
görmədik...
Göz önündə tarmar olan rüzgarın
Qıyıb bircə gülünü də dərmədik...
Bu dünyanı böyütdükcə böyütdük,
Durduğumuz yerdə kiçik
göründük...
BaĢımıza yağanların altında,
Adımıza kəfən kimi büründük...
DiĢ qıçırtdı hər ayağı yer tutan,
Dalımızca ağır selbə tulladı...
Çərxi-nəhsə
bir əmanət göndərdik,
Murdar edib üstümüzə yolladı...
Gəlib çatdıq sınaqların baĢına,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
141
Axır yola gəlməyən heç yox
imiĢ...
Çox dedilər,haqqı-sayın sonu var
–
Məndən baĢqa,bilməyən heç yox
imiĢ...
11
fevral,2013
***
Çatladı güzgülər...
Ögey,yad divarlardan ağırlanıb
sürüĢdü...
Dağılıb səpələndi üstündəki əkslər...
Hər sınıqda ağrıdı tamlığın bir hissəsi,
Çiliklənib töküldü oynanan saxta
rəqslər...
Göylər də parçalanıb töküldü dənizlərə,
Dalğalar damcı-damcı yağıĢlarda
ağladı...
Udsa da göz yaĢını torpağın qırıĢları,
Hər zərrə içindəki sınıqlığı saxladı...
Bəlkə də,daha əvvəl sürüĢmüĢdü
zamandan...
Daha əvvəl sınmıĢdı gerçəklər iç
qatında...