MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə23/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
71 
-  Bəs  yaxşı  səhəri  günü  siz  özünüzü  həmin  qatildən 
sığortaladığınıza əminsinizmi ? 
- Mənə barmağını toxunduran hələ anasından olmayıb. Bir də 
belə  mənasız  şeylərə  görə  məni  narahat  eləməyin.  Başqa 
sualınız var ? 
- Xeyr. 
 
 İbrahim  sağollaşaraq  telefonu  söndürdü.  Həmin  gün 
Tərlan eyni məsələ ilə əlaqədar olaraq İbrahimin atası Rasimə 
də zəng vurdu. Ona şəhərdə baş verən cinayət işləri haqqında 
bəzi  məlumatlar verdi.  Amma Tərlanın  “Siz oğlunuzu həmin 
qatildən sığortaladığınıza əminsinizmi” sualından sonra Rasim 
də  əsəbiləşərək  oğlunun  dediyi  “Bir  də  belə  mənasız  şeylərə 
görə  məni  narahat  etməyin”  cavabını  verdi  və  daha  sonra 
telefonunu söndürdü. 
Tərlan  isə  ata  və  oğlulun  bu  hərəkətlərindən  sonra 
daha  onlara  zəng  etmədi.  Həm  də  düşündü  ki,  çox  güman 
İbrahimin bu işlə heç bir əlaqəsi yoxdu. Artıq Tərlan özü belə 
qənaətə  gəlmişdi  ki,  keçmiş  sinif  yoldaşlarını  istintaqa  cəlb 
etməklə  törədilən  cinayətlər  haqqında  nəsə  əldə  edə 
bilməyəcək. Qatili məktəbdə axtarmaq psixoloqun ideyası idi, 
amma  günlər  ötdükcə  bu  ideya  özünü  doğrultmurdu.  Buna 
baxmayaraq,  Tərlan  ortaya  atılan  bu  fikirdən  tamamilə  əl 
çəkmək  üçün  psixoloqun  səsləndirdiyi  “keçmiş  sinif 
yoldaşlarını və onların valideynlərini bir yerə toplayın, bəlkə, 
onda nəsə öyrənə bildik” fikrini həyata keçirməkdə qəti qərarlı 
idi.  Buna  görə  də  təyin  olunmuş  vaxtda  prokurorluğa 
gəlmələri üçün həmin şəxslərlə əlaqə yaratmaqda davam etdi. 
Keçmiş snif yoldaşlarından Ayazla Neft daşlarında, Kamranla 
Pedaqoji  Unversitetdə,  Məhərrəmlə  işlədiyi  klinikada, 
digərləri ilə evlərində və çalışdıqları yerlərdə lazımi söhbətlər 
apardı  və  onlara  təyin  ediləcək  vaxtda  Səbael  Rayon 
Prokurorluğuna gəlmələrini xahiş etdi. 
Keçmiş  sinif  yoldaşlarından  Süleymanla  da  əlaqə 
yaratmaq  bir  qədər  çətin  başa  gəldi.  Çünki  o,  Novxanı 
bağlarına  köçdüyü  vaxtdan  keçmiş  sinif  yoldaşları  ilə  demək 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
72 
olar  ki,  əlaqə  saxlamamışdı.  Düzdür,  o  da  digər  sinif 
yoldaşları  kimi  Bahadur  və  Rəvanın  yas  mərasimində  iştirak 
etmişdi.  Amma  onu  tanıyanlardan  heç  kim  Süleymanın  hal-
hazırda işlətdiyi nömrəni bilmirdi. Tərlan və Ramin öyrəndilər 
ki,  yaşadığı  məhəllədə  “Çolaq”  ləqəbi  ilə  tanınan  Süleyman 
təqribən  2  il  əvvəl  Səbael  rayonundakı  evini  sataraq  şəhər 
kənarına  köçmüşdür.  Buna  səbəb  isə  yaşadığı  evin  plana 
düşərək satılması olub. 
İndi o, yəni Süleyman artıq özü üçün böyük bir biznes 
qurmuşdu.  Deyilənə  görə,  şəhərin  ayrı-ayrı  yerlərində  şəxsi 
ticarət  obyektlərinə  və  marketlərə  sahib  idi.  Həmin  vaxta 
qədər  isə  “Çolaq  Süleyman”  qohumlarının  yaşadığı  Xaçmaz 
rayonundan meyvə gətirərək satmaqla məşğul olurmuş. 
Tərlan  və  Ramin  “Çolaq  Süleyman”ın  ünvanını 
yaşadığı  ünvanı  dəqiqlikə  öyrənərək  Novxanı  bağlarına 
yollandılar. Süleyman müstəntiqləri çox yaxşı qarşıladı, onları 
çay  süfrəsinə  qonaq  etdi.  Müstəntiqlər  Süleymana  bildirdilər 
ki,    təyin  olunan  vaxtda  atası  ilə  birlikdə  prokurorluğa 
gəlməlidir.  Cavabında  Süleyman  bildirdi  ki,  o  prokurorluğa 
tək  gəlməli  olacaq.  Çünki  atasını  Qarabağ  müharibəsində 
itirən  Süleyman,  bir  neçə  il  öncə  anasını  da  itirmişdir.  Digər 
yaxın qohumları isə Bakıda yox Xaçmazda yaşayırlar. 
Təyin  olunan  vaxtda  (10  iyul  2012-ci  ildə)  qətlə 
yetirilən  mərhumların  ataları,  keçmiş  sinif  yoldaşları  və 
onların  ataları,  müstəntiqlər  Tərlan  və  Ramin,  Səbael  və 
Nəsimi  rayon  prokurorları,  psixoloq,  həmçinin  hər  iki 
prokurorluqdan  və  polis  idarələrindən  dəvət  olunmuş 
səlahiyyətli  şəxslərin  iştirakı  ilə  geniş  tərkibli  istintaq  iclası 
keçirildi. 
İlk  öncə  söhbətə  başlayan  Səbael  rayon  prokuroru 
gəldikləri  üçün  hər  kəsə  öz  təşəkkürünü  bildirdi.  Geniş 
tərkibdə təşkil olunmuş istintaq iclasında valideynlər də daxil 
olmaqla  bütün  iştirak  edənlərə  suallar  verildi,  onların  baş 
verən cinayətlərlə bağlı fikirləri dinlənildi. Amma 1 neçə saat 
davam  etmiş  iclasın  konkret  nəticəsi  olmadı.  Çünki 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
73 
cinayətlərin  hansı  səbəbdən  baş  verməsinə  dair  ortaq  məxrəc 
tapılmadı. Hər kəs eyni  şeyi təkrarlayırdı. Buna baxmayaraq, 
müstəntiqlər  iştirak  edənlərə  tapşırdılar  ki,  əgər  ətarflarında 
tez-tez  naməlum  şəxslərlə  qarşılaşsalar,  kimlərinsə  onları 
izləməsindən  şübhələnsələr,  mütləq  daxili  işlər  və  ya 
prokurorluq  orqanlarına  bu  barədə  xəbər  versinlər.  Sırf  bu 
məsələ ilə məşğul olan şəxslərlə əlaqə saxlamaq üçün hər kəsə 
müstəntiqlərin  nömrələri  təqdim  olundu.  Ümumilikdə  isə 
təşkil  olunan  istintaq  iclası  nəticəsiz  başa  çatdı.  Tərlan  və 
Ramin  istintaq  iclasında  iştirak  edənləri  yola  salmağa 
başladılar. 
 
Prokurorluğun  binasını  ən  sonuncu  tərk  edən  şəxs 
Süleyman  oldu.  Axsaya-axsaya  hərəkət  edən  bu  şəxs  istər-
istəməz digərlərindən geridə qalırdı. Prokurorluğun foyesində 
Tərlan Süleymanı ləngidərək onunla söhbət etməyə başlayır. 
-  Novxanıda  olanda  da,  sizdən  soruşmadım.  Ayağınıza  nə 
olub, niyə axsayırsınız ? 
-  Uşaq  olanda  bir  dəfə  möhkəm  yıxılıb,  qıçımı sındırmışdım. 
Ayağım  gipsdə  olanda  necə  olubsa  sınıq  sümüklər  yerini 
dəyişib. Gips açıldıqda ayağımın  əyri olduğu üzə çıxdı. Eyni 
zamanda  həkimlər  sonradan  rentgen  şəkillərinə  baxaraq 
müəyyən etdilər ki, gipsdə sümüklər yerini dəyişərkən həm də 
baldır  sümüyümün  iliyi  zədələnib.  Həmin  vaxtlar 
Azərbaycanda belə bir cərrahi əməliyyat çox çətin başa gəlirdi 
və imkanımız da o qədər yaxşı olmadığına görə ayağımı daha 
müalicə edib düzəldə bilmədim. 
-  Amma  hiss  olunur  indi  yaxşı  imkanınız  var,  niyə  həkimə 
müraciət etmirsiniz ? 
- Plannaşdırmışam, yoldaş müstəntiq. Bu yaxınlarda ayağımın 
müalicəsi  ilə  əlaqədar  İrana  getmək  istəyirəm.  Öyrəndiyimə 
görə  İranda  bu  iş  üzrə  ixtisaslaşmış  həkimlər  var.  Amma 
düzünü  desəm  inanmıram  ki,  bu  qədər  vaxt  ötdükdən  sonra 
keçmişdəki kimi sərbəst yeriyə bilim. 
-  Narahat  olmayın,  İNŞALLAH  yaxşı  olar.  Bayaq  iclasda 
dediyim kimi sizdə gözdə-qulaqda olun. Ətrafınızda qəribə bir 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə