MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə25/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
78 
Yaxınlaşaraq həm prokurorla və həm də içəridəki digər şəxslə 
görüşdü və prokurorun işarəsindən sonra həmin  şəxslə  qarşı-
qarşıya  əyləşdi.  Masada  əyləşdikdə  nəzərlərini  bir  balaca  da 
həmin  şəxsə  doğru  yönəldəndə  Tərlan  hətta  onun  bir  qədər 
öncə ağladığını da hiss etdi. Söhbətə prokuror başladı. 
- Allahverdiyev, bu şəxsi tanıyırsınız ? 
- Xeyr. 
 
Bu zaman içəridəki naməlum şəxs danışmağa başladı. 
-  Yoldaş  prokuror,  telefonla  danışmışıq,  amma  bir-birimizi 
şəxsən görməmişik. Mən də yoldaş müstəntiqi birinci dəfədir 
ki, görürəm. Mən Rasiməm, Rusiyada yaşayan İbrahimin atası 
Rasim. Bir neçə ay öncə mənə zəng etmişdiniz. Mənə oğlum 
İbrahimin  sinif  yoldaşlarının  başına  gələn  faciələrdən 
danışmışdınız.  Həmin  oğlanlar  haqqında  məndən  bəzi  şeylər 
soruşurdunuz.  Hətta  bildirdiniz  ki,  bu  faciələrdən,  qətl 
hadisələrindən  mənim  ailəmdə  də  baş  verə  bilər.  Sizin  bu 
sözünüzdən  sonra  əsəbiləşdirdiyimə  görə  hətta  telefonunu  da 
sizin  üzünüzə  söndürdüm.  Siz  məni  və  oğlumu  Azərbaycana 
dəvət  edəndə  isə  hər  ikimiz  buna  ehtiyacın  olmadığını 
bildirdik. 
-  Yoxsa,  belə  bir  hadisə  sizin  də  ailənizdə  də,  baş  verib?  – 
deyə Tərlan səbirsizcəsinə dilləndi. 
- Sizin təxminləriniz düzgün çıxdı. Həmin o alçaq və şərəfsiz 
qatil oğlum İbrahimi də vəhşicəsinə qətlə yetirdi. 
 
Bu zaman prokuror Rasimdən xahiş etdi ki, baş vermiş 
hadisəni  əvvəldən  axıra  qədər  bütün  təfsilatı  ilə  izah  etsin. 
Rasim oğlunun necə öldürüldüyünü nəql etməyə başladı. 
-Siz  zəng  edib  mənə  deyəndə  ki,  oğlumun  sinif 
yoldaşlarının  ailələrində  bədbəxt  hadisələr  baş  verib  və  ola 
bilsin sizin də ailənizi belə bir bədbəxt hadisə gözləyir. Həmin 
vaxt  nə  mən,  nə  də  ki,  oğlum  sizin  bu  sözlərinizi, 
ümumiyyətlə,  ciddiyətə  almadıq.  Düzünü  desəm  nə  mən,  nə 
də  ki,  oğlum  baş  verən  hadisələrlə  maraqlanmadıq. 
Nömrələrini  öyrənərək  həmin  oğlanların  ailəsinə  baş  sağlığı 
da  verə  bilərdik.  Amma  bunu  da  etmədik.  Nə  isə  bunları 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
79 
qoyaq  bir  qırağa.  Bir  müddət  bundan  öncə  dekabr  ayın  6-da 
mənim ailəmdə də həmin bədbəxt hadisədən baş verdi. Oğlum 
İbrahimi  hansısa  əclaf,  bəlkə  də,  elə  oğlumun  sinif 
yoldaşlarını  qətlə  yetirən  həmin  o  qatil  vəhşicəsinə  qətlə 
yetirdi.  Ayın  6-sında  qarlı,  şaxtalı  bir  gecədə  həmin  qatil 
maşınla  oğlumu  divara  çırparaq  qətlə  yetirdi.  Aradan  iki 
həftədən də artıq vaxt keçib, amma hələ də bu hadisəylə bağlı 
heç  nə  əldə  olunmayıb.  Qatil  işi  əvvəlcədən  elə  planlaşdırıb 
ki, onu ələ verəcək heç bir səhv buraxmayıb. 
Bu  zaman  Tərlan  Rasimin  sözünü  yarımçıq  qoyaraq 
ona bir sual verir. 
- Bağışlayın ki, sözünüzü kəsdim. Amma deyə bilməzsiniz siz 
və oğlunuz İbrahim Rusiyada nə ilə məşğul olurdunuz? 

Mən  Rusiyada  olduğum  ilk  illərdə  əksər 
azərbaycanlılar kimi əsasən bazarda meyvə-tərəvəz ticarəti ilə 
məşğul  olurdum.  90-cı  illərin  əvvəllərində  burda  vəziyyət 
pisləşdiyinə  görə  mən  də  qazanc  əldə  etmək  üçün  Rusiya 
Federasiyasına  getmişdim.  Sonradan  işlərim  pis  getmədiyinə 
görə  meyvə-tərəvəz  ticarətindən  əl  çəkərək  avtomobil 
biznesinə  başladım.  Mən  və  oğlum  İbrahim  Moskavada 
avtomobil  satışı  ilə  məşğul  olurduq.  Əsasən,  Avropa 
ölkələrindən  və  Yaponiyadan  gətirilən  ikinci  əl  maşınların 
satışını  təşkil  edirdik.  Moskva  ətrafında  bir  avtomobil 
salonum  da  var.  Ayın  6-sı  gecə  saatları  qarlı  və  şaxtalı  bir 
hava  idi.  Ailəmlə  birlikdə  televizora  baxırdıq.  Hiss  etdim  ki, 
maşınımın  siqnalizasiyası  işə  düşdü.  Eyvana  çıxaraq  pultla 
siqnalizasiyanı  söndürdüm.  Elə  zənn  etdim  ki,  qar  çovğunu 
səbəbindən siqnalizasiya işə düşüb. Mən mənzilə girəndən bir 
neçə dəqiqə sonra yenidən siqnalizasiya işə düşdü. Mən yenə 
də eyvana çıxaraq, onu söndürdüm. Mən mənzilə girəndən bir 
neçə  dəqiqə  sonra  artıq  üçüncü  dəfə  siqnalizasiya  işə  düşdü. 
Bu  dəfə  oğlum  İbrahim  ayağa  qalxaraq  bildirdi  ki,  yəqin 
kimsə  bizimlə  zarafat  edir.  Ona  görə  də  həyətə  düşərək 
məsələnin nə yerdə olduğunu öyrənəcək. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
80 
Oğlum  həyətə  düşəndə  mən  də  balkona  çıxaraq 
aşağıda  nə  baş  verəcəyinə  tamaşa  etməyə  başladım.  Oğlum 
binanın  blokundan  çıxaraq  maşına  yaxınlaşanda,  birdən 
maşınım  işə  düşdü.  Rul  arxasında  oturan  naməlum  şəxs 
oğlumu  maşının  qarşısına  alaraq  binanın  divarına  çırpdı. 
Ardınca daha bir neçə dəfə oğlumun üstündən maşınla o yan 
bu  yana  keçərək  vəhşicəsinə  oğlumu  qətlə  yetirdi.  Maşının 
rulundakı  və  yanlardakı  hava  yastıqları  açıldığına  görə  qəza 
zamanı cinayətkara heç nə olmadı. 
Həmin  vaxt  mənim  hansı  vəziyyətə  düşdüyümü 
təsəvvür edə bilməzsiniz. Atanın gözü qarşısında oğlunu qətlə 
yetirirlər,  amma  ata  heç  nə  edə  bilmir.  Hadisənin  şokundan 
özümə  gələn  kimi  mən  dərhal  həyətə  doğru  qaçmağa 
başladım. Amma mən 5-ci mərtəbədən düşərək həyətə çatana 
kimi cinayətkar çoxdan maşından düşərək ərazini tərk etmişdi. 
Beləcə  mən  həyətə  çatdıqda  ancaq  oğlumun  maşınla  parça-
parça edilmiş cəsədi ilə rastlaşdım. 
Havanın qaranlıq olması da qatilə tez aradan çıxmağa 
imkan  yaratdı.  Kənardan  onu  görməyə  müvəffəq  olan  bir-iki 
şəxs  şahid  qismindəki  ifadələrində  qatilin  maska  geyindiyini 
bildirmişdilər.  Əlində  isə  əlcəyin  olması  rul  üzərində  onun 
barmaq izinin düşməsinə imkan verməyib. Ümumiyyətlə, qatil 
işini  elə  planlaşdırıb  ki,  cinayəti  törətdikdən  sonra  ortalıqda 
onu ələ verəcək kiçik çöp qırıntısı belə buraxmayıb. Ancaq bir 
şeyə qəti əminəm ki, o, hər şeyi əvvəlcədən planlaşdırıbmış. 
-  Siz  nəyə  görə  belə  dəqiqliklə  əminsiniz  ki,  cinayətkar  hər 
şeyi  əvvəlcədən  planlaşdırıb  ?  –  deyə  Tərlan  növbəti  dəfə 
Rasimə sual verdi. 
- Qatil əvvəlcə avtomobilimin yan şüşələrindən birini sındırır. 
Mən bunu bilmədiyimə görə işə düşən siqnalizasiyanı sadəcə 
eyvana  çıxmaqla  söndürdüm.  Amma  mən  yuxarıdan 
siqnalizasiyanı  söndürürdüm,  o,  isə  yenidən  onu  işə  salırdı. 
Ən  sonda  isə  qatil  oğlumun  yuxarıdan  gəldiyini  hiss  edərək 
rul arxasına keçir və açarın yanındakı naqilləri açaraq, onları 
bir-birinə 
toxundurmaqla 
maşını 
işə 
salır.  Beləcə 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə