MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə24/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
74 
şeylərin baş verməsindən şübhələnsiniz. Mütləq bizimlə əlaqə 
saxlayın. 
- Yoldaş müstəntiq, özüm həm çolaq, həm də ki, yetim. Məni 
öldürmək kimə lazımdı ki,? 
- Yenə də siz ehtiyatı əldən verməyin. 
Daha  sonra  Tərlan  Süleymanı  prokurorluğun  çıxışına 
kimi  ötürdü.  Bu  zaman  Süleymanın  maşını  Tərlanın  yaman 
diqqətini  çəkdi.  Çünki  Tərlan  bir  müddət  öncə  onunla 
Novxanıda  qarşılaşarkən,  Süleymanın  həyətində  ağ  rəngdə 
“TOYOTA  -  PRADO”  var  idi.  Amma  indi  Süleyman 
bölmənin  qarşısındakı  başqa  maşına  qara  rəngli  “RANG 
ROVER”-ə tərəf addımlayırdı. Prokurorluğa qayıtmaq istəyən 
Tərlan  ayaq  saxlayaraq  geriyə  döndü.  Pilləkənlərin  üstündən 
Süleymanı  səsləyərək,  onun  ayaq  saxlamasına  işarə  etdi. 
Süleyman  maşının  qapısı  önündə  dayanaraq,  Tərlanın  ona 
yaxınlaşmasını  gözlədi.  Pilləkənlərdən  enərək  Süleymana 
yaxınlaşan Tərlan onunla söhbətini yenidən davam etdirdi. 
- Deyəsən maşınınızı dəyişmisiniz ? 
-  Maşını...  Yox,  dəyişməmişəm.  O  da  durub  öz  yerində.  Siz 
Novxanıya  gəldiyinizdən  bir  neçə  gün  sonra  bunu  da  əlavə 
olaraq aldım. O, biri maşın təzə deyildi. Başqasından işlənmiş 
vəziyyətdə almışdım. Çoxdandı istəyirdim ki, 0-dan maşınım 
olsun. Bu ərəfələrə qismət imiş. 
- Mübarəkdi, sağlıqla istifadə eliyəsiz. 
- Çox sağ olun. 
- Sizə yaxşı yol, yolunuzdan qalmayın. 
Səhəri  günü  (11  iyul  2012-ci  ildə)  Nəsimi  rayon 
prokurorluğunda  müstəntiqlər  Tərlan  və  Ramin,  həmçinin 
Səbael  və  Nəsimi  rayon  prokurorlarının  iştirakı  ilə  istintaqla 
bağlı növbəti toplantı keçirildi. Həmin toplantıda qərara alındı 
ki,  mərhumları  qətlə  yetirən  qatili  keçmiş  sinif  yoldaşları 
arasında  və  ya  uzun  müddət  öncə  mərhumların  məktəb 
oxuduğu vaxtlarda baş vermiş hər hansı bir hadisədə axtarmaq 
səhv  addım  olmuşdu.  Qatil  də  artıq  keçmiş  sinif 
yoldaşlarından  kimisə  narahat  etmirdi.  Məhz  buna  görə  də 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
75 
cinayətkarı  çox  da  uzaq  keçmişdə  olmayan  hər  hansı  bir 
hadisədən axtarıb çıxarmaq lazım idi. Bu da ondan irəli gəlirdi 
ki,  2  il  öncəyə  qədər  bu  şəxslər  yaxın  ərazidə  yaşayıblar  və 
dost  olublar.  Eyni  zamanda  Rəvan  ünvanını  dəyişsə  də  yenə 
də  Bahadurla  əlaqəsini  nəinki  kəsib.  Hətta  imkan  düşdükcə 
tez-tez görüşüblər də. 
Məhz  elə  yaxın  ərəfələrdə  onlar  heç  kimin  xəbəri 
olmadan  kimisə  incidiblər,  xətər  yetiriblər  və  ola  bilsin 
birlikdə  cinayət  aktı  da  törədiblər.  Amma  düşünməyiblər  ki, 
onları  buna  görə kimsə  cəzalandıra bilər. Qatil  də onların  bu 
arxayınlığından yetərincə istifadə edib. 
Eyni zamanda başqa bir versiya da nəzərdən keçirildi. 
Ola  bilsin  bu  qatil  işini  peşəkarcasına  görən  adi  manyakdı. 
Onun  törətdiyi  cinayətlərin  qurbanları  da,  təsadüfdən  bir 
vaxtlar bir ərazidə yaşamış, bir sinifdə oxumuş və dost olmuş 
şəxslər  olub.  Məhz  qarşıdakı  vaxtlarda  istintaq  üçün  bu 
istiqamətdə də məlumatlar toplamaq lazım idi. 
Xüsusi  xidmət  orqanları  ilə  əldə  olunmuş  razılıq 
əsasında  övladları  qətlə  yetirilmiş  ailələrin,  onların 
yaxınlarının,  ümumiyyətlə,  qətlə  yetirilən  şəxsləri  tanıya 
biləcək  hər  kəsin  telefon  danışıqları  ayrı-ayrılıqda 
dinlənilməyə və hərəkətləri izlənilməyə başlandı. 2012-ci il il 
iyul  ayının sonlarından  başlanan bu cür təhqiqat işləri həmin 
ilin dekabr ayının sonuna kimi davam etdirildi. Amma istintaq 
üçün yenə də, heç bir gərəkli faktlar tapılmadı. Beləcə cinayət 
aktlarının üstünün açılması uzanmağa başladı.  
 
İstintaq işinin bu yöndə davam etdiyi bir zamanda baş 
verən  növbəti  cinayət  aktı  hadisələrin  inkişafını  tamamilə 
yenidən dəyişdi. 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
76 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
III F Ə S İ L 
 
Çinlilərin  bambuk  ağacını  necə  yetişdirdiyini 
bilirsinizmi ? 
Əvvəlcə ağacın toxumları torpağa əkilir, sonra sulanır 
və gübrə verilir.  Birinci il toxumda heç bir dəyişiklik  olmaz. 
Toxum  yenidən  sulanıb  gübrələnir.  İkinci  il  də  toxumda  heç 
bir dəyişiklik müşahidə olunmaz. Üçüncü və dördüncü illərdə 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
77 
də  çinlilər  eyni  işləri  yenidən  təkrarlayırlar.  Lakin  “inadkar” 
toxumda əsla cücərmə görünməz. 
Çinlilər böyük bir səbrlə bambuk ağacına su və gübrə 
verməyə davam edərlər. Nəhayət, beşinci ilin sonlarına doğru 
toxum  cücərməyə  başlayar  və  altı  həftə  kimi  qısa  müddət 
ərzində 27 metrlik hündürlüyə qədər yüksələr... 
 
 
 
 
 
 
 
Axıllı  və  oyanıq  olun:  sizi  ümidsizliyə  aparan 
hadisələr, səadətə də apara bilər... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Səbael  Rayon  prokurorluğunda,  kabinetində  əyləşərək 
qarşısına  tökdüyü  istintaq  materiallarını  incələyən  Tərlanın 
(24 dekabr 2012-ci  il, səhər saatları) xidməti telefonuna zəng 
gəlir.  Zəng  vuran  prokuror  ona  kabinetinə  gəlməsini  bildirir. 
Tərlan prokurorun kabinetinə daxil olarkən orada prokurordan 
başqa mülkü geyimdə tanımadığı biri də var idi. Ortayaşlı biri 
idi  və  səliqəli  geyinmişdi.  Tərlan  diqqətlə  həmin  şəxsin 
simasına  nəzər  yetirdikdə  onun  qəmgin  olduğunu  hiss  etdi. 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə