www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Vasif Şıxıyev
Gecikmiş qisas
62
Cavabında Kərim bildirdi ki, özü heç kimi
şübhələndirmədən öz məhəllərində və küçələrində yaşayan
oğlunun tanışlarından bu məsələ ilə bağlı maraqlanıb. O, da
əvvəlcə oğlunun belə bir şeyə görə öldürüldüyünü zənn edib.
Amma oğlunun sırf bu məsələyə görə kiminləsə probleminin
olduğunu heç kimsə söyləməyib.
Bir qədər öncə prokurora verdiyi cavabdan məyus olan
İbrahim də eyni şeyləri təkrar elədi. Eyni zamanda İbrahim
onu da əlavə etdi ki, oğlum olsa da Rəvan idmançı olduğuna
görə uşaqlığından bəri bir az saymazyana, özünü
başqalarından üstün tutan uşaq olub. O, dəfələrlə Rəvana
artıq-əksik hərəkətlər etməməsini tapşırsa da, oğlu hətta onun
sözlərinə də məhəl qoymayıb. İbrahim oğlu Rəvanın məhz
özünün hansısa səhvi ucbatından öldürüldüyünü bildirdi.
Amma bu səhvin digər ailənin övladına nə kimi aidiyyatının
olduğunu isə bilmədiyini etiraf etdi.
Həmin gün prokurorluqdakı istintaq söhbəti
uzun müddət davam elədi. Amma tərəflərdən heç biri yekdil
bir fikrə gələ bilmədilər. Bundan sonra müstəntiqlər
valideynləri – Kərim və İbrahimi yola saldılar. Prokurorlar və
istintaq iclasında iştirak edən psixoloq isə söhbətin aparıldığı
zalda qalmışdılar. Bundan sonra hər iki müstəntiq geri
qayıdaraq zaldakı söhbəti indi öz aralarında davam etdirdilər.
İlk öncə Səbael rayon prokuroru psixoloqa tərəf çevrilərək:
- Siz necə düşünürsünüz ? Törədilən cinayətləri qisas
zəminində bu 2 ailə bir-birinə qarşı törətməyiblər ki,?
- Xeyr, cənab prokuror. Mən hər iki prokurorluğa daxil olan
istintaq faktları, cəsədlərin ekspertizası və bir müddət öncə
öldürülən
gənclərin
valideynlərinin
dediklərini
ümumiləşdirərək belə nəticəyə gəldim ki, bu cinayətləri
ailələr bir-birinə qarşı törətməyiblər. Bu tipli cinayətlər ancaq
bir psixopat və ya manyak tərəfindən törədilə bilər. Yaxud da
bu 2 şəxs bir başqasını gör nə qədər incidiblər ki, onun
heysiyyatına nə dərəcədə toxunublarsa həmin şəxs də bunları
beləcə qətlə yetirməklə bunlardan qisas almış olub.