www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Vasif Şıxıyev
Gecikmiş qisas
68
Bakıda qalan qohumları vasitəsilə həm İbrahimin, həm
də onun atası Rasimin telefon nömrəsini öyrənən Tərlan bu
mövzuda onun fikrini öyrənmək, imkan olarsa onu
Moskvadan Bakıya gətirməyi planlaşdırdığı üçün əvvəlcə 14
iyun tarixində İbrahimə zəng vurur. Telefon bir neçə dəfə
çağırdıqdan sonra İbrahim telefonun dəstəyini qaldırır.
- Слышую.(eşidirəm)
- Я разговаруваю с Ибрагимом ? (Mən İbrahimlə danışıram
?)
- Да. (Bəli.)
Bundan sonra Tərlan söhbətini azərbaycanca davam
etdirr.
- İbrahim, beş-on dəqiqəlik vaxtınız var söhbət eləməyə ?
- Kim idi ki,?
-
Sizi
narahat
eləyən
Bakıdan,
Səbael
Rayon
Prokurorluğundan baş müstəntiqi Allahverdiyev Tərlandır.
- Buyurun, yoldaş müstəntiq. Eşidirəm sizi. Nə sözünüz varsa,
deyin.
- Bir cinayət işinin istintaqını aparırıq. Güman edirik ki, bu
işdə bizə xeyli kömək edə bilərsiniz Ona görə də, sizə bir-iki
sualım olacaq.
- Nə sualınız varsa, verə bilərsiniz ?
- Siz Bakıda orta məktəbdə oxuduğunuz vaxt Bahadur, Rəvan,
Süleyman, Məhərrəm, Ayaz, Kamran adlı sinif yoldaşlarınız
olub?
- Bəli. Adlarını çəkdiklərinizin hamısı mənim sinif
yoldaşlarımdı.
- Onlardan hər hansı biri ilə axırıncı dəfə nə vaxt əlaqə
saxlamısınız ?
- Rusiyaya köçdüyümüz ilk ili Rəvan, Bahadur, Məhərrəmlə
əlaqə saxlamışam. Amma sonradan bilmirəm necə oldusa
nömrələrini itirdim. Daha sonra əlaqə saxlaya bilmədim. İndi
isə
neçə illərdi ki, onlardan heç biri ilə əlaqə saxlamıram.
- Keçmiş sinif yoldaşlarınızdan Bahadur və Rəvanın başına
gələn bədbəxt hadisədən xəbəriniz varmı ?
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Vasif Şıxıyev
Gecikmiş qisas
69
- Xeyr,
nə baş verib ki,?
- Bir müddət öncə onların hər ikisini öldürüblər.
- Öldürüblər ?
- Bəli. Aralarında təqribən bir ay fərq olmaqla onların hər
ikisini öldürüblər.
- Heç xəbərim olmayıb. Allah hər ikisinə rəhmət eləsin. Yaxşı
mənlik
burda nə var ki,?
- İstintaq faktları müəyyən etdi ki, sinif yoldaşlarınızı eyni
şəxs qətlə yetirib. Amma cinayətkarın şəxsiyyətini hələ
dəqiqləşdirə bilməmişik. Həmin cinayətkar hər kimdisə sizin
məktəbdəndi və yaxud da ola bilsin, elə sizin sinifdəndi ?
(Tərlan bu sözləri qəsdən dedi ki, bəlkə İbrahimdən nəsə
öyrənə)
- İndi nə deyirsiniz, sinif yoldaşlarımı mən öldürmüşəm ?
- Xeyr, mən elə bir söz demədim. Biz sizin uzun müddətdi
Rusiyada olduğunuzu və Azərbaycanla demək olar heç bir
əlaqənizin olmadığını müəyyən etmişik. Sadəcə sizdən
xahişimiz odur ki, hələlik istintaqa məlum olmayan faktları
ortaya çıxarmaqda bizə köməklik edəsiniz.
- Nə köməklik lazımdırsa göstərməyə hazıram.
- Sinif yoldaşlarınızla axırıncı dəfə nə vaxt bir yerdə
olmusunuz ?
- Orta məktəbi qurtarana kimi. Məktəbi qurtarandan bir az
sonra ailəmlə bərabər Rusiyaya köçdüm. Atam burda
sahibkarlıqla məşğul olur. Rusiyaya gələndən sonra daha heç
vaxt Azərbaycana ayaq basmamışam.
- Siz orta məktəbdə oxuduğunuz vaxt Bahadurla Rəvanın
təklikdə və ya ikilikdə kiminləsə və yaxud kimlərləsə bir
problemi olmayıb ki,?
- Məktəb vaxtı hamının kiminləsə bir problemi olur. Amma
uşaqlıqdı da, olanlar bir neçə günə yaddan çıxıb gedir. Mən
onların kiminləsə belə uzunmüddətli problemlərinin olduğunu
xatırlamıram. Ümumiyyətlə, yoldaş müstəntiq, əgər elə bir
problem də olubsa, düşünmürəm ki, kimsə bu qədər müddət
keçəndən sonra onlardan qisas almaq fikrinə düşsün.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Vasif Şıxıyev
Gecikmiş qisas
70
Soruşmaq eyib olmasın, siz nəyə görə onların məktəbdə
oxudğu vaxt problemlərinin olmasını düşünürsünüz.
- Yəqin ki, xəbəriniz yoxdu. Sizdən bir az sonra Rəvanın
ailəsi
Səbaeldəki evlərini sataraq Nəsimi rayonu ərazisinə köçürlər.
Cinayətkar Bahaduru Səbaeldə, Rəvanı da Nəsimidə qətlə
yetirir. İstintaq faktları və ekspert təhlili sübut edir ki, hər iki
cinayət eyni şəxs tərəfindən törədilib. Siz bir balaca da
fikirləşin. Bəlkə, nəsə xatırlaya bildiniz ?
- Sizin dediklərinizə fikir verdikdə, həqiqətən də, belə qənaətə
gəlmək olar ki, bu 2 şəxsin öldürülməsi təsadüfən üst-üstə
düşməyib. Ola bilər ki, Bahadur və Rəvan məktəb vaxtı yox,
elə indiki zamanlarda nəsə ciddi bir şey ediblər. Qətl də məhz
həmin hadisə səbəbindən törədilib. Ya da, ola bilsin,
məktəbdə oxuduqları vaxt ikisinin gizlin bir işləri olub. Bunu
isə heç kimə söyləməyiblər. Düzü, mən bilmirəm bu saat
Bakıda nələr baş verir. Amma, məncə, qatili əbəs yerə o
illərdə axtarırsız. Hər hansı kiçik bir problemin üstündən 10 il
və ya bundan artıq il keçdikdən sonra heç kim onun üçün
qisas almaq fikrinə düşməz.
- Bunu biz cinayət işlərinin istintaqını başa çatdırdıqdan sonra
dəqiq öyrənəcəyik. Bir-iki günə istintaqla əlaqədar olaraq biz
sizin keçmiş sinif yoldaşlarınızın hamısını bir yerə
toplayacağıq. İmkan eləyib, həmin toplantıda iştirak eliyə
bilərsiniz ?
- Yoldaş müstəntiq, sizə qəti olaraq bir şeyi deyim. Orada,
həqiqətən, mənlik bir şey yoxdu. Niyə bir də əziyyət çəkib 3
min km uzaqda yerləşən Bakıya gəlməliyəm ki,.
- Nə xərciniz olacaqsa, hamısını ödəməyə hazırıq. Həm də
istəməzsiniz ki, uzun müddətdən sonra sinif yoldaşlarınızla bir
yerə toplanasınız? Gec də olsa onların valideynlərinə
ailələrində baş verən bədbəxt hadisəyə görə baş sağlığı
verəsiniz.
- Heç kimə və heç nəyə ehtiyacım yoxdu. Hər şeyimi özüm
ödəyə bilirəm. Amma eyni zamanda ora gəlməyimə
də ehtiyac
yoxdu.