MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə184/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   180   181   182   183   184   185   186   187   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

572 


də  bütün  dünyadakı  və  Ümumavropa  evindəki  demokratik  iqlimə, 

habelə  ayrı-ayrı  Avropa  ölkələrinin  inkiĢaf  təcrübəsinə  mənfi  təsir 

göstərir. 

Fransanın  əvvəlki  multikulturalizm  xəttindən  Böyük  Britaniya  ilə 

Almaniyanın  eyni  dərəcədə  tədricən  geri  çəkilməsi  (prezident 

Sarkozinin,  baĢ  nazir  Kemeronun  və  kansler  Merkelin 

multikulturalizm  siyasətinin  iflası  haqdakı  səs-küylü  bəyanatları 

fonunda),  milli  identiklik  amilinə  həddən  artıq  diqqət  yetirilməsi, 

immiqrasiya  siyasətinin  sərtləĢdirilməsi,  ictimai  həyatdakı  ikili 

milli-dini  standartlar,  ayrı-seçkiliyə  yol  açan  və  müəyyən  sosial 

qrupların  fundamental  hüquq  və  azadlıqlarını  məhdudlaĢdıran  bir 

sıra  qanunların  qəbulu  (məsələn,  ―erməni  soyqırımının‖ 

kriminallaĢdırılması,  ictimai  yerlərdə  dua  etməyin  və  hicabın 

qadağan  olunması,  Almaniyanın  bəzi  torpaqlarında  sünnətin  yasaq 

edilməsi  və  s.)  -  bütün  bunlar  yalnız  sosial  toqquĢma  və 

çarpıĢmaların  dərinləĢməsinə  və  adıçəkilən  ölkələrin  demokratik 

imicinin devalvasiyasına səbəb oldu. 

Avropanın  qalan  hissəsinə  gəlincə  isə  orada  hər  yerdə 

multikulturalizmdən  assimilyasiya  siyasətinə  doğru  irimiqyaslı 

dönüĢ müĢahidə olunmaqdadır. Avropada ―assimilyasiya‖ sözündən 

istifadə  olunmasa  da  aparıcı  avropalı  sosioloqların  (o  cümlədən 

ingilis alimi Ziqmund Baumanın) qənaətinə görə, gündəlik həyatda 

―inteqrasiya‖  terminindən  istifadə  edilməsi  gerçək  prosesin  - 

assimilyasiyanın  mənasının  siyasi  cəhətdən  çox  dəqiq  Ģəkildə 

dəyiĢdirilməsinin əlamətidir. 

Assimilyasiya  prosesinə  doğru  dönüĢ  2000-ci  illərin  əvvəllərində 

baĢ  verdi.  Bu  da  ictimai  əhval-ruhiyyənin  dəyiĢməsindən  irəli 

gəlirdi.  Bir  tərəfdən  ―welfare  state‖  böhranı,  digər  tərəfdən  isə  11 

sentyabr  terror  aktı  cəmiyyətdəki  siyasi  mühiti  kəskin  Ģəkildə 

dəyiĢdirmiĢdi.  Ultrasağ  siyasi  qüvvələrin  nüfuzu  artmıĢdı.  Onlar 

kütləvi  informasiya  vasitələrinin  köməyindən  səylə  yararlanmaqla 

miqrasiya  prosesini  Avropa  xalqlarının  özünü  təmin  etməsi  və 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

573 

identikliyi  üçün  yeni  müstəsna  təhlükə  Ģəklində  təsvir  və  təqdim 



etməyə  baĢlamıĢdılar.  ―Ümumi  rifah  dövlətinə‖  təhlükə, 

təhlükəsizliyə  təhlükə,  sosial  mütəĢəkkilliyə  təhlükə,  identikliyə 

təhlükə kimi və s. 

Aparıcı  Avropa  ölkələri  hökumətlərinin  də  dəstəklədiyi  güclü 

təbliğat  nəticəsində  aĢağıdakı  ideoloji  effekt  yarandı:  miqrant 

kütləsinin  strukturundakı  marginallaĢma  əxlaqi-psixoloji  problem 

kimi,  miqrantların  yeni  cəmiyyətə  inteqrasiya  olunmaq 

istəməməsinin təzahürü kimi qəbul edilməyə baĢladı. 

Əgər  Qərbi  Avropanın  özündəki,  o  cümlədən  Almaniya  və 

Fransadakı  siyasi  dairələr  siyasi  liberalizmin  ən  baĢlıca, 

fundamental prinsiplərinə və demokratiya normalarına saymazyana 

münasibət  nümunəsi  göstərməyə  baĢlamıĢdılarsa,  onda  yeni 

demokratiya ölkələrində demokratik normaların və insan haqlarının 

pozulmasının 

miqyası 

ağlasığmaz 

dərəcədə 

olmalı 


idi. 

Yarımdemokrat  və  avtoritar  ölkələrdəki,  o  cümlədən  postsovet 

dövlətlərindəki hakim elitalardan daha nə gözləmək olardı?! 

Yeni  ölkələrin  Avropa  sosial-siyasi  və  iqtisadi  formasiyasına 

uyğunlaĢması  epoxasını  əhatə  edən  yenidənqurmadan  sonrakı  bir 

neçə  onillik  ərzində  yeni  demokratiya  ölkələrində  demokratiya  və 

beynəlxalq  hüquq  normalarının  oxĢar  formada,  artıq  sxematik  və 

sistematik, nümayiĢkaranə Ģəkildə pozulması halları baĢ verirdi. Bu 

da özünü seçki prosesinin və seçkilərin nəticələrinin ənənəvi Ģəkildə 

saxtalaĢdırılmasında,  vətəndaĢların  hüquq  və  azadlıqlarının  kütləvi 

Ģəkildə  pozulması  fonunda  xalq  etirazlarının  boğulmasında,  fərqli 

düĢünənlərin və söz azadlığının sistemli Ģəkildə təqib olunmasında, 

korrupsiyanın  artmasında  və  s.  göstərirdi.  Buna  baxmayaraq 

demokratik  Qərbin  demək  olar  ki,  bütün  subyektləri  nüfuzlu  və 

mötəbər beynəlxalq təĢkilatların hesabatlarında daim tənqid olunan 

bu ―pis rejimlər‖lə fəal əməkdaĢlıq edirlər. Əsasən məhz elə rəsmi 

Qərbin  bu  ikili  (üzdə  tənqid  edib  arxada  dəstəkləmək)  siyasəti, 

həmçinin  liberal  dəyərlərin  bütün  dünya  boyunca  müĢahidə  edilən 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

574 


böhranı  avtoritar  rejimlərdə  özlərinin  seçilmiĢ,  imtiyazlı  və 

məğlubedilməz olmasına əminlik sindromu yaratmıĢdı. 

ġübhəsiz  ki,  böhranın  iqtisadi  və  sosial  nəticələrinin  vurduğu 

zərbənin təsir gücünü azaltmaq üçün Avropa çox böyük təcrübə və 

potensial  sərvət  toplayıb.  Lakin  ənənəvi  Avropa  dəyərlərinin 

yaĢadığı böhranın siyasi və ideoloji nəticələrinin vurduğu zərbənin 

təsir  gücünü  bərabər  Ģəkildə  azaltmaq,  multikulturalizm  ideyasının 

tam  iflasa  uğramasından  yayınmaq,  kəskin  Ģəkil almıĢ  problemləri 

demokratiyaya  zərər  vermədən  həll  etmək  mümkün  olacaqmı?  Bu 

sual təkcə dəyərlərin böhranı ilə üzləĢmiĢ Qərb ölkələrindəki ictimai 

Ģüuru yox, həm də yeni yaranmıĢ dövlətlərin ictimaiyyətini narahat 

edir.  Yeni  ölkələrin  ictimaiyyəti  bunu  tam  anlayır  ki,  ümumdünya 

inkiĢafının sonrakı gediĢini məhz Avropadakı inkiĢaf konyukturası 

və demokratik prosesin taleyi müəyyən edəcək. 

Bütövlükdə  isə  bəzi  inkiĢaf  etmiĢ  ölkələrdə  demokratiyanın  və 

multikulturalizm  siyasətinin  fəaliyyət  göstərməsində  yaranan 

problemlər  Avropanın  yaxın  siyasi  perspektivləri  ilə  bağlı 

narahatlıq 

doğurur 

və 


―Ümumavropa 

evinin‖ 


özünün 

mövcudluğunu  təhlükə  altında  qoyur.  Bundan  əlavə,  Avropa 

dəyərlərinin  hazırda  müĢahidə  olunan  sistemli  böhranı  tərəddüd 

halında  olan  ölkələrin  (bura  nəinki  təkcə  Avrasiya  siyasi 

məkanından, həm də hüquqi dövlət quruculuğu sahəsində böyük və 

uğurlu  nəticələr  əldə  etmiĢ  Asiya-Sakit  Okean  regionundan  olan 

ölkələri  aid  etmək  olar)  Avropanın  demokratik  inkiĢaf  yolunu 

seçməsi  yolunda  ləngidici,  çəkindirici  amilə  çevrilir.  Avropa 

dəyərlərinin  böhranı  avtoritar  rejimlərin  dəyiĢikliklərə  müqavimət 

potensialını  artırıb  gücləndirir  və  demokratiyanın  qlobal  miqyasda 

daha inamlı Ģəkildə irəliləməsi imkanlarını boğur. 

Təqdim  olunan  bu  layihənin  məqsədi  əksər  Avropa  ölkələrində 

Avropa  dəyərlərinin  (hər  Ģeydən  əvvəl  liberal  demokratiya  və 

multikulturalizm dəyərlərinin) sistemli böhranı hallarının kompleks 

monitorinqini  həyata  keçirməkdir.  Tədqiqat  qrupu  monitorinq 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə