MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə181/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   177   178   179   180   181   182   183   184   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

563 

və  qınaq  doğurduğu  Əfqanıstan  və  Pakistan  kimi  ölkələrdən, 



həmçinin bəzi Afrika dövlətlərindən gedir. 

―Human Rights Watch‖un mövqeyi 

Digər  nüfuzlu  beynəlxalq  hüquq  müdafiə  təĢkilatı  ―Human  Rights 

Watch‖  da  Almaniyadakı  qanun  pozuntularını  diqqətdən  kənarda 

saxlamadı  və  bu  ölkənin  hakimiyyət  orqanlarını  məsuliyyətli 

olmağa  çağırdı.  Belə  ki,  təĢkilat  2012-ci  il  üzrə  insan  haqlarının 

vəziyyətinə dair hesabatında xüsusi olaraq vurğuladı ki, Reynland-

Pfalts  federal  torpağı  siyasi  sığınacaq  istəyən  Ģəxslərə  sərbəst 

hərəkət  etmək,  bir  yerdən  digərinə  getmək  azadlığı  vermiĢ  federal 

torpaqlar arasında 2012-ci ilin avqustunda sayca 6-cısı olub: ―Lakin 

digər  10  federal  torpaqda  siyasi  sığınacaq  istəmiĢ  Ģəxslər  məhdud 

coğrafi  zonanın  hüdudları  çərçivəsində  qalmalıdırlar.  Bu  qaydanı 

pozan Ģəxslər ya cərimə edilir, ya da həbsxanaya salınır‖. 

―Human  Rights  Watch‖un  verdiyi  xəbərə  görə,  Almaniya  2012-ci 

ilin  noyabrında  BMT-nin  ĠĢgəncələr  Əleyhinə  Komitəsinin  (ĠƏK) 

diplomatik zəmanətlər və miqrant uĢaqlarının böyüklərin müĢayiəti 

olmadan  deportasiyası  məsələlərinə  dair  sualları  ilə  qarĢılaĢmalı 

oldu. Bütövlükdə isə Almaniyadakı miqrantların və milli azlıqların 

vəziyyəti  bu  təĢkilatda  xüsusilə  də  multikulturalizmin  böhranı 

fonunda ciddi narahatlıq doğurur. 

 

BMT-nin mövqeyi 



 

BMT-nin  Ġqtisadi,  Sosial  və  Mədəni  Hüquqlar  üzrə  Komitəsi 

(ĠSMHK)  2012-ci  ilin  iyulunda  siyasi  sığınacaq  istəmiĢ  Ģəxslərin 

sosial  həyat  tərzinin,  maddi  və  məĢğulluq  təminatının,  onlara 

göstərilən  tibbi  xidmətin  lazımi  səviyyədə  olmamasından 

narahatlığını ifadə etdi.  

Almaniya  parlamenti  sentyabrda  qanun  qəbul  edərək  təhsil 

müəssisələrinin  kollektivini  hakimiyyət  orqanlarını  qeydiyyata 

düĢməyən  miqrantlar  barədə  məlumatlandırmaq  öhdəliyindən  azad 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

564 


etdi.  Müxalifət  partiyalarının  bu  qanunun  səhiyyə  və  məhkəmə 

orqanları əməkdaĢlarına da Ģamil edilməsinə nail olmaq yönündəki 

səyləri  isə  uğursuzluqla  nəticələndi.  ĠSMHK  iyulda  Almaniyaya 

tövsiyə  etdi  ki,  bu  ölkə  miqrantların  təhsil  almasına  və 

məĢğulluğuna  mane  olan  əngəllərin  aradan  qaldırılması 

istiqamətindəki səylərini gücləndirsin. 

Oktyabrda  parlament  terrorizmə  müqavimət  haqqında  qanunun 

müddətini  daha  4  il  uzatdı,  həmçinin  müstəqil  monitorinq 

komissiyası  təsis  etdi.  Qanuna  görə,  əldə  edilmiĢ  məlumatların 

nəzarətdə  saxlanmasına  və  analizinə  icazə  verilir.  2010-cu  ilin 

dekabrında Köln Ģəhərinin məhkəməsi Xalid əl-Məsrinin onu 2004-

cü  ildə  Əfqanıstana  verməkdə  günahkar  olan  13  ABġ  vətəndaĢını 

ekstradisiya  etməkdən  boyun  qaçıran  alman  hökumətinə  qarĢı 

iddiasını rədd etmiĢdi. Oktyabrda BMT-nin ĠĢçi qrupu təhlükəli elan 

olunmuĢ Ģəxslərin preventiv qaydada saxlanması qaydaları ilə bağlı 

baĢ  verən  özbaĢına  saxlanma  hallarından  narahatlığını  bildirdi. 

Mayda isə Almaniyanın Konstitusiya Məhkəməsi bu aksiyanı qeyri-

konstitusion adlandırdı. 

 

 

 



 

Almaniya hökumətinin mövqeyi 

 

Kansler  Angela  Merkel  2010-cu  ilin  oktyabrında  ölkəsindəki 



multikulturalizm 

siyasətinin  nəticələrini  təhlil  edərək  öz 

hökumətinin  Almaniyada  xalqların  gələcəkdə  yanaĢı  yaĢaması 

məsələsinə  dair  mövqe  və  baxıĢlarını  açıq  bəyan  elədi:  ―1960-cı 

illərin əvvəllərində bizim ölkə əcnəbi iĢçiləri Almaniyaya dəvət etdi 

və  onlar  indi  burada  yaĢayır...  Müəyyən  müddət  ərzində  biz 

özümüz-özümüzü  aldatmıĢıq  və  öz-özümüzə  ―onlar  bizdə 

qalmazlar, haçansa çıxıb gedərlər‖ demiĢik. Lakin bu, baĢ vermədi. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

565 

Əlbəttə, bizim bu məsləyə yanaĢmamızın kökləri multikulturalizmə 



gedib  çıxırdı.  Ona  əsaslanırdıq  ki,  biz  yanaĢı  yaĢayacaq  və  bir-

birimizə dəyər verəcəyik. Bu yanaĢma tərzi iflasa uğradı. Tam iflasa 

uğradı‖. 

KeçmiĢ  müstəmləkəçi  dövlətlər  Böyük  Britaniya  və  Fransadan 

fərqli  olaraq  Almaniya  xalqların  gələcəkdə  öz  mədəni 

baĢlanğıclarını qoruyub saxlamaq hüququna malik olmaları Ģərti ilə 

dinc  yanaĢı  yaĢaması  ideyasını  açıq-açığına  rədd  edirdi.  Almaniya 

indiki təhlükəli vəziyyətdən çıxmaqla bağlı yeganə həll yolunu belə 

qəbul  edirdi:  milli  azlıqların  yalnız  bir  çıxıĢ  yolu  var  -  ya 

assimilyasiya  ilə  barıĢmaq,  ya  da  əksər  immiqrantların  uĢaqlarının 

tarixi vətəninə çevrilmiĢ Almaniyanı tərk etmək. 

Alman hakimiyyət orqanlarının rəsmi mövqeyi bundan ibarətdir ki, 

milli  azlıqların  nümayəndələri,  immiqrantlar,  əsasən  də  türk 

icmasının  təmsilçiləri  özlərindən  ötrü  yeni  inkiĢaf  mərhələsi  olan 

postindustrial toplumda bir növ anklav mövcudluğunu üstün tutaraq 

alman  cəmiyyətinə  inteqrasiya  olunmaqdan  imtina  edirlər.  Yəni 

əhalinin  bu  kütləsi  bir  tərəfdən,  inkiĢaf  etmiĢ  alman  cəmiyyətinin 

siyasi və sosial nailiyyətlərinə Ģərik çıxaraq təminatlı və təhlükəsiz 

həyat imkanlarından zövq alır, digər tərəfdən isə özlərinə yad olan 

dəyərləri  və  yeni  mühitin  sosial  əxlaqını  rədd  edirlər.  Nəticədə  öz 

milli  və  mədəni  identikliyini  qoruyub  saxlamaq  cəhdləri 

mədəniyyətlərarası  ziddiyyətlərin  güclənməsinə  və  dərinləĢməsinə 

gətirib  çıxarır.  Bu  da  öz  növbəsində  millətçilik  meyllərinin 

artmasına  səbəb  olur,  alman  xalqının  tarixi  özünəməxsusluğunun 

hakim  rolunu  sarsıdan  yad  mədəniyyətlərlə  yanaĢı  yaĢamaq 

ideyasının əksəriyyət tərəfindən inkar edilməsini gücləndirir. 

 

 

 



 

 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə