MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə180/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   176   177   178   179   180   181   182   183   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

560 


tərəfindən  vətəndaĢların  3762  müraciəti  qəbul  olunub  və  qeydə 

alınıb.  H.Mureyin  sözlərinə  görə,  rusdilli  vətəndaĢların  hüquqları 

daha  çox  məhkəmə  sistemi  tərəfindən  pozulur.  Məhkəmələr  onları 

tərcüməçi  ilə  təmin  etməkdən  imtina  edir,  məhkəmə  prosesləri 

vəkillərin,  mətbuatın  və  hüquq  müdafiəçilərinin  iĢtirakı  olmadan 

keçirilir.  Bu  praktika  isə  Almaniya  Federal  Konstitusiya 

Məhkəməsinin ―insanların sonrakı taleyinə təsir edə bilən məhkəmə 

qərarlarının  sinxron  Ģəkildə  və  sözbəsöz  tərcümə  olunmasının 

vacibliyi barədəki‖ qərarı ilə ziddiyyət təĢkil edir. 

Postsovet  ölkələrindən,  o  cümlədən  Rusiyadan  çıxan  miqrantların 

ən  baĢlıca  problemi  Almaniya  hökumətinin  bu  kateqoriyadan  olan 

insanları  təqaüd  və  sosial  ödəniĢ  almaq  imkanlarından  məhrum 

etməsidir  (yeri  gəlmiĢkən,  bu  qadağa  alman  cəmiyyətinə  hələ  də 

inteqrasiya  oluna  bilməyən  Rusiya  almanlarına  da  Ģamil  edilib). 

Ayrı-seçkilik  yaradan  diskriminasiya  xarakterli  bu  qərar  hətta  II 

Dünya  müharibəsinin  iĢtirakçılarına  münasibətdə  də  qüvvədədir. 

Halbuki  vermaxt  ordusunda  və  nasistlərin  hərbi  birləĢmələrində 

xidmət edən veteranlar tamamilə sabit pensiya ödəniĢləri alırlar. 

Almaniyada  rusdilli  əhalinin  hüquqlarının  məhdudlaĢdırıldığı  belə 

bir Ģəraitdə isə alman cəmiyyətinin bu seqmentinin qanunvericiliklə 

təsbit  edilən  mülki  və  sosial  hüquqlarının  müdafiə  olunması 

imkanları praktiki olaraq yoxdur. Almaniya Hüquq Müdafiə Ġttifaqı 

Almaniya  hakimiyyət  orqanlarının  öz  vətəndaĢlarının,  həmçinin 

immiqrantların hüquqlarının müdafiəsi sahəsində yürütdüyü siyasəti 

dəfələrlə  tənqid  edib.  Türk  icmasının  hüquqlarının  tapdanması  və 

onların  sıxıĢdırılması  iĢində  olduğu  kimi,  rusdilli  milli  azlığın 

hüquqlarının  pozulmasına  dair  çoxsaylı  hadisələr  də  insan  haqları 

məsələsi  ətrafında  yaranmıĢ  vəziyyəti  açıq-aydın  xarakterizə  və 

ifadə edir, milli azlıqların assimilyasiyasına, yaxud onların ölkədən 

zorla  çıxarılmasına  dair  yeni  konsepsiyanın  məğzini  açıb  göstərir. 

Çoxsaylı  presedentlər  arasında  xüsusən  Liliya  Vanzidlerin  və 

Medvedyeva-Bernhardtın  iĢlərini  seçib  ayırmaq  olar.  Almaniyada 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

561 

polis  zorakılığı  ilə  üzləĢmiĢ  Yevgeni  Skvortsovun  iĢi  də  xüsusi 



diqqətə layiqdir. 

 

―Yevgeni Skvortsovun iĢi‖ 



 

Yevgeni Skvortsov rus almanıdır. O, 2003-cü ildə öz anası və bacısı 

ilə  birgə  Almaniyanın  Langenfeld  Ģəhərinə  köçüb.  Y.Skvortsov 

bura köçəndən dərhal sonra da hüquq-mühafizə orqanlarının diqqət 

mərkəzinə düĢüb. 

Y.Skvortsov  2005-ci  ilin  sentyabrında  niĢanlısı  ilə  birlikdə  dostu 

S.Andreyin  ad  gününə  qonaq  gedib.  Gecə  saat  təxminən  1-də 

Y.Skvortsov  digər  qonaqlarla  birgə  avtomobil  dayanacağına 

gedərkən  polis  patrul  maĢını  qəfildən  onlara  yaxınlaĢıb. 

Y.Skvortsov  bu  əraziyə  gələnə  qədər  həmin  yerdə  dava  olubmuĢ. 

Polislər  bütün  adamların  pasportlarını  yoxlayandan  sonra  həmin 

Ģəxslərdən 5 nəfərini qonĢuluqdakı parkda qar təmizləməyə məcbur 

ediblər.  Üç  həftədən  sonra  isə  Y.Skvortsovu  polis  məntəqəsinə 

dəvət edərək onun barmaq izlərini götürüblər. 

Bir  neçə  aydan  sonra  -  2006-cı  ilin  mayında  Y.Skvortsovu  artıq 

Langenfeld  Ģəhər  məhkəməsinə  çağırıblar.  Burada  isə  o,  digər 

―Ģübhəli Ģəxs‖ V.Kononovla tanıĢ olub. Onları polisə müqavimətdə 

ittiham  ediblər.  Məhkəmədə  məlum  olub  ki,  polisin  tərtib  etdiyi 

protokollar  saxta  Ģəkildə  quraĢdırılıb,  Y.Skvortsov  V.Kononovla 

tanıĢ deyilmiĢ, o, sentyabrın 23-də həbs edilməyib və ilkin saxlama 

kamerasında  saxlanmayıbmıĢ.  Ġki  ―Ģübhəli  rusun‖  günahını  sübut 

edəcək  dəlillər  olmadığı  üçün  iĢə  xitam  verilib.  Lakin  Ģəhər 

polisinin  əməkdaĢları  artıq  2005-ci  ilin  noyabrında  Y.Skvortsovu 

oğurluq  audio-video  texnikanı  gizlədib  saxlamaqda  ittiham  edərək 

onun  mənzilində  axtarıĢ  aparıb.  AxtarıĢ  Ģahidlər  olmadan  həyata 

keçirilib.  Lakin  immiqrantı  onun  yaĢadığı  mənzilin  sahibinin 

velosipedini  oğurlamaqda  ittiham  ediblər.  Y.Skvortsov  Almaniya 

Hüquq  Müdafiə  Ġttifaqının  yardımı  ilə  qarĢılıqlı  iddia  ərizəsi  ilə 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

562 


çıxıĢ edib. Nəticədə immiqrantın araĢdırılmaqda olan günahı sübuta 

yetməyib. 

Bundan  düz  bir  ay  sonra  polis  patrulları  Y.Skvortsovu  yenidən 

saxlayaraq  yoxlayıblar.  Yoxlama  bu  dəfə  evdən  bir  qədər  aralıda, 

elə  küçədəcə  aparılıb.  Polislər  Y.Skvortsovdan  siqaret  çəkməyi 

dayandırmağı  tələb  ediblər.  Ġmmiqrant  bu  axtarıĢın  səbəbini 

aydınlaĢdırmağa macal tapmamıĢ polislər hər tərəfdən onun üstünə 

tökülərək  qəddarcasına  döyüblər.  Bundan  sonra  Y.Skvortsov 

huĢunu  itirib.  O,  bir  də  polis  məntəqəsində  ayılıb.  Gözünü  açanda 

qollarının  qandallanmıĢ  vəziyyətdə  olduğunu  görüb  və  burada  da 

qeyri-insani  rəftarla,  iĢgəncə  və  təhqirlərlə  üzləĢib.  Polislər  onu 

döyməkdə  davam  edib.  Nəticədə  Düsseldorf  prokurorluğu  2006-cı 

ilin  avqustunda  Y.Skvortsovu  asayiĢ  mühafizəçilərinə  müqavimət 

göstərməkdə ittiham edib. Məhkəmə isə onu 400 avro  məbləğində 

cərimələyib.  Rus  əsilli  immiqrant  polisə  alıĢqan  və  cib  bıçağı  ilə 

müqavimət  göstərməyə  cəhddə  ittiham  olunurdu.  Lakin  məhkəmə 

sonradan Ģahid ifadələrinə əsaslanaraq bu ittihamları Y.Skvortsovun 

üzərindən götürüb. 

 

―Amnesty Ġnternational‖ın mövqeyi 



 

Nüfuzlu  beynəlxalq  hüquq  müdafiə  təĢkilatı  ―Amnesty 

Ġnternational‖  bir  il  əvvəl  alman  hakimiyyət  orqanlarını 

immiqrantlara  ədalətsiz  münasibət  bəsləməyə  görə  tənqid  etdi. 

TəĢkilat alman hakimiyyətini siyasi qaçqın statusu almaq üçün ərizə 

vermiĢ  əcnəbi  vətəndaĢlarla  qeyri-münasib  davrandığına  görə 

kəskin  tənqid  atəĢinə  tutdu.  Hüquq  müdafiə  təĢkilatı  qaçqınları 

iĢgəncələrə  məruz  qala  biləcəkləri  yerə  -  öz  vətənlərinə  sürgün 

etmək  təcrübəsinə  son  qoymağı  tələb  etdi.  ―Amnesty 

Ġnternational‖ın  araĢdırmalarına  görə,  burada  söhbət  hər  Ģeydən 

əvvəl  insan  haqlarına  riayət  edilməsi  probleminin  ciddi  narahatlıq 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə