MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə176/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   172   173   174   175   176   177   178   179   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

548 


Axı  maĢınqayırma  müəssisələrində  nə  türklər,  nə  əfqanlar,  nə  də 

misirlilər  çalıĢmır,  yeni  mürəkkəb  texnikanı  onlar  yaratmır,  onlar 

elm  sahəsində  də  praktiki  olaraq  yoxdurlar.  Küçə  ticarəti, 

bərbərxanalarda,  avtoservisdə  çalıĢmaq  və  yaxud  sadəcə  olaraq 

sosial müavinət hesabına yaĢamaq - onların əsas məĢğuliyyəti budur 

(hələ  narkotik  ticarətini,  fahiĢəxanalar  iĢlətməyi  və  buna  bənzər 

digər  iĢləri  demirik).  Bunlar  isə  Almaniyanı  üzdə-öndə  saxlayan 

iĢlər deyil. 

Miqrantları cəlb etmək tərəfdarlarının əlində əvvəllər daĢdan keçən 

əsas var idi - Almaniya iqtisadiyyatının inkiĢafını təmin etmək üçün 

bu  sahəyə  əcnəbilərin  axını  lazımdır.  Amma  məlum  oldu  ki, 

miqrantdan  miqranta  fərq  var.  Demoqrafik  vəziyyətin  pis  olduğu 

Almaniyanın  Ģərq  torpaqlarındakı  peĢə  məktəblərində  almanlar 

çatıĢmırdı.  Almanlar  bu  problemi  nəinki  təkcə  təhsil,  həm  də  iĢ 

yerləri  zəmanəti  verdikləri  gənc  polyakların  hesabına  uğurla  həll 

etdilər. 

Rəsmi  Berlinin  öz  daxili  siyasətini  yenidən  nəzərdən  keçirməsinin 

üçüncü əhəmiyyətli səbəbi büdcənin sosial-iqtisadi xərcləri məsələsi 

oldu. Səndələməkdə olan Avropa Ġttifaqına yardım etmək baha baĢa 

gəlir  və  vəziyyətdən  çıxıĢ  yolu  yalnız  sosial  proqramların 

geniĢlənməsindədir. 

Lakin bu, artıq Almaniyanın özündə də çoxsaylı etirazlar doğurub. 

Almanları  baĢa  düĢmək  olar.  Onlar  ispanlardan,  yunanlardan, 

irlandlardan və ya italyanlardan fərqli olaraq daĢınmaz əmlak və ya 

maliyyə  sektorunda  ―Ģar  üfürmə‖  siyasəti  yürütməmiĢdilər. 

Almanların  maaĢlarının  artımı  isə  son  8  ildə  inflyasiyanı  praktiki 

olaraq  üstələməyib.  Məhz  buna  görə  də  alman  hakimiyyət 

orqanlarının  antiimmiqrant  ritorikası  ona  indi  ―bir  güllə  ilə  iki 

dovĢan vurmaq‖ - cəmiyyətin diqqətini təzə tapılmıĢ ―düĢmənlərə‖ 

yönəltmək  və  eyni  zamanda  sosial  ödəniĢlərin  həcmini  azaltmaq 

imkanı verir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

549 

Bütün yuxarıda sadaladıqlarımızı bu kontekstdən nəzərdən keçirsək



onda  aydındır  ki,  Tilo  Sarrasinin  əvvəllər  Almaniya  üçün 

ağlasığmaz olan kitabının nəĢri kimi onun çıxıĢları da, siyasətçilərin 

multikulturalizmə ölüm hökmü çıxarması da eyni zəncirin müxtəlif 

həlqələridir. Almaniya rəsmən bəyan etdi ki, o, iqtisadiyyat, elm və 

sənaye  sahələrində  özünün  dünyadakı  lider  mövqelərini  qoruyub 

saxlamaqda maraqlı olan alman dövləti idi və belə olaraq da qalır. 

Bu  ölkənin  təhsilsiz  və  mədəni  baxımdan  yad  immiqrantlar  üçün 

limiti artıq tam bitib. 

Bu 

baxımdan 



aĢağıdakı 

tədbirlərin 

həyata 

keçirilməsi 



multikulturalizm böhranını aradan qaldırmağın yolları kimi görülür. 

Birincisi,  hökumətlərin  tolerantlığın  ictimai  quruculuğun  əsası 

olması  haqda  sadəcə  yalnız  mühakimə  yürütməsi  yox,  həm  də 

immiqrantların inteqrasiyası sahəsində konkret addımlar atması, bu 

sahədəki  problemləri  həll  etməsi  lazımdır.  Ġkincisi,  təkcə  mühacir 

qəbul  edən  ölkələrin  vətəndaĢlarında  yox,  elə  immiqrantların 

özlərində  də  dözümlülük  hissinin  tərbiyə  olunmasına  diqqət 

yetirmək  lazımdır.  Üçüncüsü,  bütün  Avropa  məkanında 

multikulturalizmin konkret qayda və prinsiplərini iĢləyib hazırlamaq 

lazımdır. Bu problem ayrı-ayrı dövlətlər səviyyəsində yox, Avropa 

Ġttifaqı  səviyyəsində  həll  olunmalıdır.  Lakin  ―qeyri-natural 

almanların‖  (bu  termin  leksikona  multikulturalizm  probleminin 

tədqiqatçısı,  alim  Susanna  ġtempler  tərəfindən  gətirilmiĢdir) 

vətəndaĢ hüquqlarının müdafiəsinə yönəlmiĢ bu konkret tədbirlərin 

reallaĢdırılması  yalnız  o  halda  mümkündür  ki,  dövlətin  özü  də 

multikultural  cəmiyyətin  yaradılmasında  həqiqətən  də  maraqlı 

olsun. 

Lakin  təkcə  T.Sarrasinin  kitabı  ətrafında  yox,  həm  də  miqrantları 



qorxuya  salmaq  üçün  məqsədyönlü  Ģəkildə  həyata  keçirilən 

aksiyalar  -  ―natural  almanların‖  əsas  qıcıq  mənbəyi  olan  gəlmə 

türklərə  qarĢı  törədilmiĢ  terror  aktları  (indi  məlum  olur  ki,  bu 

teraktların  arxasında  müəyyən  dövlət  orqanları  dayanır)  ətrafında 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

550 


baĢ  verən  qalmaqallı  proseslər  alman  istebliĢmentinin  baĢqa 

məqsədlərinin  -  digər  xalqları  və  mədəniyyətləri  assimilyasiya 

etmək  siyasətini  davam  etdirmək  niyyətlərinin  olduğunu  göstərir. 

Buna  ən  parlaq  nümunə  ―NSU  iĢi‖,  ―Kabab  iĢi‖ adlandırılan iĢ  və 

dirilib  meydana  çıxan  ――Ku-kluks-klan‖  iĢi‖dir.  Bütün  bu  iĢlərin 

arxasında Almaniyanın gizli xidmətləri dayanırdı. 

 

―NSU iĢi‖ (Nasional-sosialistlərin gizli fəaliyyəti) 



2000-ci  ildən  2006-cı  ilə  qədər  Almaniyada  sağçı  ekstremistlər 

tərəfindən törədilən qətllər seriyası oldu. 2000-ci ilin sentyabrından 

etibarən 

Nürnberqdə, 

Münhendə, 

Hamburqda, 

Rostokda, 

Dortmundda və Kasseldə 8 türk sahibkar öldürüldü. 2004-cü ildə isə 

Köln  Ģəhərinin  türklər  yaĢayan  məhəlləsində  partlayıĢ  baĢ  verdi. 

Polis  2000-ci  ildə  Düsseldorfda  yəhudi  immiqrantlara  hücumdan 

sonra  olduğu  kimi  burada  da  cinayətkarların  izinə  düĢə  və  onları 

tapa  bilmədi.  Bu  cinayət  iĢləri  6  il  ərzində  açılmamıĢ  qaldı. 

Baxmayaraq  ki,  həmin  qətllərin  hamısı  eyni  silahla  -  Çexiyanın 

istehsal etdiyi ―Ceska‖ markalı tapança ilə törədilmiĢdi. 

Operativ əməliyyat iĢləri sahəsində nəhəng təcrübəyə malik peĢəkar 

alman polisinin bunca nümayiĢkaranə Ģəkildə törədilmiĢ, bunca açıq 

cinayətlərin  üstünü  açmağa  nədənsə  gücünün  çatmaması  uzun 

müddət  Ģübhə  doğurdu.  Bu  cinayət  iĢlərində  dəlil-sübut  lazım 

olandan  da  çox  idi.  Buna  baxmayaraq  istintaq-təhqiqat  iĢləri  ölü 

nöqtədən yenə də tərpənmirdi. Təhqiqatın gediĢində dönüĢ nöqtəsi 

yalnız  2007-ci  ildə  Haylbronn  Ģəhərində  bir qadın  polis elə  həmin 

tapançadan  açılan  atəĢlə  öldürüləndən  sonra  yarandı.  Polis  yalnız 

irqçi  terrorçuların  hakimiyyət  orqanları  nümayəndəsinə  diĢ 

qıcamasından  sonra  bəyan  etdi  ki,  Almaniyada  1998-ci  ildən  bəri 

―iĢləyən‖ neonasist bandası zərərsizləĢdirilib. 

Hüquq-mühafizə orqanları yalnız 2011-ci ilin noyabrında, yəni azı 

10  qətl  törətmiĢ  ―Nasional-sosialistlərin  gizli  fəaliyyəti‖  (NSU) 

təĢkilatının  yaradılmasından  11  il  sonra  bəyan  etdilər  ki,  bu  gizli 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə