MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə175/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   171   172   173   174   175   176   177   178   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

545 

Sarrasinin  partiyasına  səs  verməyə  hazır  olanlar  isə  17  faiz  təĢkil 



edirdi. 

―Sarrasin almanlardan ötrü onların hamısının ürəyində olan fikirləri 

ilk  dəfə  açıq  Ģəkildə  dilə  gətirən  adam  oldu‖  -  deyə  Emnid 

Ġnstitutunun  direktoru Klaus-Peter  ġoeppner  bəyan  etmiĢdir.  Onun 

fikrincə,  almanlar  Asiya  və  Afrikadan  olan  miqrantların  sayının 

artmasından  narahat  idi,  amma  bu  problemin  müzakirə  edilməsinə 

uzun müddət qeyri-rəsmi Ģəkildə qadağa qoyulmuĢdu. 

ZDF  teleĢirkətinin  keçirdiyi  rəy  sorğusunun  nəticələrinə  görə, 

Almaniya  vətəndaĢlarının  56  faizi  Sarrasinin  tezisləri  ilə  razılaĢıb, 

onların yalnız 28 faizi bu tezislərə mənfi münasibət bəsləyib. 

Almaniyanın  ali  siyasi  istebliĢmenti  T.Sarrasinin  kitabını  əvvəlcə 

süngü  ilə  qarĢıladı.  Lakin  ölkənin  aparıcı  siyasətçiləri  sonralar 

immiqrasiya siyasətinə dair müzakirələrin gediĢində etiraf etdilər ki

multikulturalizm Almaniyada müsbət nəticələr vermədi. 

Əlbəttə, burada ən baĢlıca sual ondan ibarətdir ki, Almaniya elitası 

T.Sarrasinlə qəfildən niyə razılaĢdı. Bu sualın ən sadə cavabı budur 

ki,  elita  ―vurulmuĢ‖  məmurun  ideyalarının  alman  cəmiyyəti 

tərəfindən hansı böyük dəstəyi aldığını gördü. Almaniya demokratik 

ölkə  olduğu  üçün  orada  xalqın  da  rəyi  ilə  bəzən  hər  halda 

hesablaĢırlar. 

Bu, əlbəttə ki, məntiqli arqumentdir. Lakin bu arqument aĢağıdakı 

suallara  cavab  vermir:  əvvəllər  üzərinə  çox  sərt  qadağa  qoyulmuĢ 

bir mövzu niyə qəfildən bütün cəmiyyətə açıq elan olundu? Dövlət 

orqanları  qapalı  sosioloji  rəy  sorğuları  və  tədqiqatlarının  gizli 

nəticələrini niyə açıb-tökməyə baĢladı? Öz karyerasını darmadağın 

etmək  spesifik  olsa  da  hər  halda  peĢəkar  alman  məmuru 

T.Sarrasinin nəyinə lazım idi, bu, hansı tələbatdan irəli gəlirdi? 

Düsseldorf  parlamentinin  deputatı  Arif  Ünalın  sözlərinə  görə, 

elitanın böyük hissəsi ―Sarrasin iĢi‖nin arxasında dayanırdı. Belə ki, 

onun kitabı iĢıq üzü görəndən dərhal sonra alman təbliğat maĢınının 

bütün gücü yeni ideoloqun Ģəxsiyyətinin və ideyalarının təbliği iĢinə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

546 


yönəldildi.  Sanki  hansısa  gözəgörünməz  qüvvə  bütün  ölkəni 

Sarrasinin irqçiliyi haqda danıĢmağa məcbur elədi. 

Bizim  qənaətimizə  görə,  Almaniyanın  multikulturalizmdən  imtina 

etməsinin  səbəbi  ictimai  müstəvidən  daha  çox  iqtisadi,  qismən  isə 

siyasi  müstəvidə  gizlənir.  Lakin  bu  səbəbləri  anlamaq  üçün 

Almaniyadakı  miqrant  icmasının  özlüyündə  nə  demək  olduğunu 

izah etmək lazımdır. 

Yeni antiimmiqrant siyasətinin gizlin səbəbi  

2009-cu  ilə  olan  məlumatlara  görə,  ölkədə  yaĢayan  82  milyon 

nəfərdən  7,22  milyon  nəfəri  əcnəbilərdir.  Əcnəbilərin  1/4  hissəsi 

türklər  və  kürdlərdir.  KeçmiĢ  Yuqoslaviya  respublikalarının 

vətəndaĢları  12,5  faizə  qədər  təĢkil  edir.  Ġmmiqrantların  15 

faizindən  çoxu  Yaxın  ġərq  və  ġimali  Afrika  ölkələrindən  (Livan, 

Ġordaniya,  Suriya,  Ġraq,  Misir,  Əlcəzair,  MərakeĢ  və  s.),  həmçinin 

Əfqanıstandan  olanlardır.  12  faizi  isə  qara  Afrika  ölkələrindən 

(Somali,  Nigeriya  və  s.)  olan  gəlmələrdir.  Bununla  yanaĢı  onu  da 

qeyd  edək  ki,  ana  dili  alman  dili  olmayan  8  milyona  yaxın  insan 

artıq AFR vətəndaĢlığı alıb və formal baxımdan miqrant sayılmırlar. 

Beləliklə, hazırda Almaniyanın demək olar ki, hər 5 sakinindən biri 

alman deyil. 

1991-1999-cu  illərdə  Almaniyaya  xalis  miqrant  axını  3,2  milyon 

nəfər  təĢkil  edib.  Lakin  XXI  əsrin  artıq  ilk  onilliyində  bu  axın 

azalıb. 2000-2008-ci illərdə bu ölkəyə cəmi 970 min miqrant gəlib. 

Özü  də  2008-ci  ildə  son  30  ildə  ilk  dəfə  olaraq  56  min  nəfərlik 

mənfi saldo qeydə alınıb. 2009-cu ildə Almaniyaya 721 min adam 

daxil olub, bu ölkəni isə 734 min nəfər tərk edib. Göründüyü kimi, 

elə  almanların  özləri  də  Almaniyadan  getməyə  baĢlayıb.  Təkcə 

2009-cu  ildə  155  min  etnik  alman  öz  ölkəsini  tərk  edib.  Özü  də 

əsasən  öz  ölkəsinin  gələcəyinə  ümid  və  inamını  itirən  ixtisaslı 

mütəxəssislər  çıxıb  gedirlər.  Onlar  Ġsveçrəyə,  Avstriyaya, 

Kanadaya, ABġ-a, Yeni Zelandiyaya və Avstraliyaya köçürlər. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

547 

Bu  amil  alman  siyasi  elitasını  öz  baxıĢlarını  yenidən  nəzərdən 



keçirməyə vadar edən birinci səbəbdir. Axı çoxsaylı hiyləgərlik və 

kələklərə  baxmayaraq  Almaniya  bu  elita  tərəfindən  heç  də  köklü 

sakinlərin  də  tərk  etdiyi,  qaçıb  getdiyi  polietnik  dövlət  orqanizmi 

kimi yox, milli və monoetnik dövlət kimi təqdim edilir. 

Bu cür qəfildən ―ayılıb dərketmənin‖ ikinci və heç də az əhəmiyyət 

kəsb  etməyən  səbəbi  isə  acı  iqtisadi  reallıq  idi.  2008-ci  il 

böhranından  sonra  qəti  Ģəkildə  aydın  oldu  ki,  Avropa  Ġttifaqı 

ölkələrinin  böyük  hissəsi  ya  reanimasiya  palatasındadır,  ya  da  bu 

palatanın  astanasındadır.  Mahiyyət  etibarilə  indiki  Avropa  Ġttifaqı 

Fransanın nisbi dəstəyi nəzərə alınmaq Ģərti ilə yalnız Almaniyanın 

hesabına ayaq üstdə durur. 

Alman iqtisadiyyatı hazırda təkcə sürətli artım tempinə malik deyil, 

o,  həm  də  bir  daha  sübut  etdi  ki,  məhsulları  Çin,  Braziliya, 

Hindistan  və  bir  sıra  digər  dövlətlər  tərəfindən  alınan  unikal  bir 

sektora -  maĢınqayırma sektoruna malikdir. 

Xatırladaq  ki,  Almaniya  iqtisadiyyatının  bel  sütunu  olan  alman 

maĢınqayırması  2009-cu  ildə  ağır  itkilərə  məruz  qaldı.  O  zaman 

sifariĢlərin  həcmi  58  faiz  azaldı,  nəticədə  bu  sahənin 

müəssisələrində  33  min  iĢ  yeri  ixtisar  edildi.  Müəssisələrin 

istehsalının ümumi həcmi 24,5 faiz azaldı. Lakin artıq 2010-cu ilin 

birinci  rübündə  Ģirkətlərin  məcmu  dövriyyəsi  2009-cu  ilin  analoji 

dövrü  ilə  müqayisədə  8,7  faiz  artdı.  Həmin  ilin  aprelində  isə 

sifariĢlərin miqdarı 2009-cu ilin analoji ayı ilə müqayisədə 36 faiz 

çoxaldı. 

Lakin  əgər  Almaniya  tədricən  Çin,  Braziliya,  Hindistan  və  digər 

dövlətlərin  getdikcə  artıb  inkiĢaf  edən  iqtisadiyyatından  da 

məhsuldar 

olmağa 


baĢlayırsa, 

həmçinin 

onun 

rəqabətə 



davamlılığının 

əsas 


Ģərti 

mürəkkəb 

və 

elmtutumlu 



maĢınqayırmadırsa, 

onda 


yarım 

əsr 


əvvəl 

Almaniyanı 

xarabalıqlardan  çıxarıb  bu  səviyyəyə  qaldırmıĢ  milyonlarla  az 

təhsilli  və  mədəni  baxımdan  yad  miqrantlar  indi  ona  lazım  deyil. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə