MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə173/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   169   170   171   172   173   174   175   176   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

539 

zorakılıq‖ immiqrantların doğma dilində teleyayımın olmamasında, 



belə KĠV-lərin təsis edilməsi qarĢısında maneələrin yaradılmasında 

və  gəlmələrin  siyasi  hərəkətsizliyinə  yönələn  konkret  addımların 

atılmasında  ifadə  olunur.  Məsələn,  Almaniyanın  aparıcı  siyasi 

partiyaları,  o  cümlədən  sol-mərkəzçi  ASDP  (Sosinterndə  təmsil 

olunur)  immiqrant  mühitindən  çıxan  adamların  partiya  idarəetmə 

orqanlarında təmsilçiliyi baxımından ayrı-seçkilik vəziyyəti yaradan 

15 faizlik məcburi kvota qaydası tətbiq ediblər. Multikulturalizmin 

iflasa  uğraması  barədəki  söhbətlər  məhz  gəlmə  türklərin  öz  dini 

hüquqlarının 

qorunmasını 

və 

―Almaniyanın 



miqrantlara 

münasibətdə inteqrasiya və adaptasiya strategiyası‖nın ləğvini tələb 

etməyə baĢlamasından sonra gücləndi. 

 

―Sarrasin iĢi‖ 



 

Multikulturalizm siyasətinin tətbiq olunduğu dövrlərdə Almaniyada 

dözümsüzlüyün  istənilən  təzahürü  metodiki  Ģəkildə  boğulurdu. 

Lakin  Tilo  Sarrasinin  ―Almaniya  təxirə  salınır‖  kitabının  iĢıq  üzü 

görməsi  vəziyyəti  kökündən  dəyiĢdi.  Müəllifi  marginal  ultra-sağ 

siyasi  mühitin  təmsilçisi  yox,  məhz  alman  bomondunun  parlaq 

nümayəndəsi,  sosial-demokrat,  əvvəllər  Almaniyanın  üst  hakim 

təbəqəsində güclü mövqelər tutmuĢ biri olan yeni ―milli seqreqasiya  

nəzəriyyəsi‖ təhrikçi amil kimi çıxıĢ etdi. 

Bu  kitab  alman  cəmiyyətində  əvvəllər  üst-üstə  yığılıb  qalmıĢ 

problemləri  bütün  çılpaqlığı  ilə  açıb  göstərdi.  Almanlar  əvvəllər, 

xüsusilə  II  Dünya  müharibəsindən  sonra,  formalaĢıb  oturuĢmuĢ 

ümummilli günah kompleksi ucbatından sadəcə çəkindikləri Ģeylər 

barədə  açıq  danıĢmağa  baĢladılar.  Məlum  oldu  ki,  dözümlü  alman 

cəmiyyəti  (Almaniyanın  aparıcı  sosioloji  xidmətləri  tərəfindən 

keçirilmiĢ  rəy  sorğularının  nəticələrinə  görə,  respondentlərin  70 

faizi) immiqrantlara qarĢı yönələn bəyanatları dəstəkləyir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

540 


Almaniya Federal Bankı Direktorlar ġurasının üzvü Tilo Sarrasinin 

kansler A.Merkelin Almaniyada multikulturalizmin iflasa uğraması 

barədəki  bəyanatı  ilə  həmahəng  səsləĢən  bu  kitabı  alman 

cəmiyyətində  sözün  hərfi  mənasında  partlayıĢa  səbəb  oldu,  onu 

parçaladı  və  Almaniyanın  milli-dini  gələcəyi  məsələsi  ətrafında 

qızğın mübahisələrə yol açdı. 1 milyon 300 mindən artıq alman öz 

ölkələrinin  gələcəyi  barədəki  tərəddüd  dolu  fikirlərə  qoĢulmaq 

ümidi ilə kitab mağazalarında növbəyə düzüldü. 

T.Sarrasin  nəyi  təbliğ  edir?  O,  əmindir  ki,  ərəb  və  türk 

immiqrantlarının əhəmiyyətli hissəsi alman cəmiyyətinə inteqrasiya 

etməyə  qətiyyən  hazır  deyil  və  bunu  hətta  istəmir.  Sarrasin  bəyan 

edir:  ―Ġnteqrasiya  mühacirin  qarĢısında  dayanan  vəzifədir.  Mən 

bunun üçün heç nə etməyən adama dözməyə məcbur deyiləm. Mən 

ümumiyyətlə  kiməsə,  bu  dövlətin  vəsaiti  hesabına  yaĢayıb  elə  bu 

dövləti də inkar edən, öz uĢaqlarının təhsili barədə düĢünməyən və 

dayanmadan  dünyaya  balaca  ―yaylıqlı  qızlar‖  gətirən  adamlara 

dözməyə borclu deyiləm‖. 

Alman  solçularının  fikrincə,  bu  kitab  eyni  bir  qaba  yığılmıĢ 

ksenofobiya  və  faĢizmdir.  Lakin  bu  rəylər  də  ölkənin  siyasi 

hakimiyyətinin  qalmaqallı  kitabın  müəllifini  gözlənilmədən 

müdafiə  edib  dəstəkləməsinə  qətiyyən  mane  ola  bilmədi. 

―Ümumavropa  evi‖  konsepsiyasının  mənəvi  əsaslarını  təĢkil  edən 

multikulturalizm  ideyasından  rəsmi  Ģəkildə  imtina  edilməsi 

mahiyyət  etibarilə  Almaniyanın  immiqrasiya  siyasətində  fikirlərin 

toqquĢması hallarının artmasına gətirib çıxardı, qızğın millətçilərin 

və 


məcburi 

assimilyasiya 

tərəfdarlarının 

mövqelərini 

möhkəmləndirdi. Bu nöqteyi-nəzərdən sonradan baĢ verənlər - dini 

müəssisələrin (məscidlərin) tikintisinə tətbiq edilən məhdudiyyətlər 

və  müxtəlif  geyim  növlərinə  (məsələn,  hicaba)  qoyulan  qadağalar 

assimilyasiya siyasəti yönündəki addımlar idi. Bu siyasətin məqsədi 

azadlıqların  müdafiəsi  və  dini  və  etnik  məhdudiyyətin  bu  və  ya 

digər  növləri  ilə  mübarizə  deyildi.  Əksər  ekspertlərin  fikrincə,  bu 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

541 

siyasətin  mahiyyət  və  məqsədi  məcburi  assimilyasiyadan  və  iĢçi 



miqrantları  və  qaçqınları  alman  cəmiyyətinə  xas  olan  milli 

əlamətlərə malik intizamlı bürgerlərə çevirməkdən ibarət idi. 

Ümumiyyətlə,  Almaniya  formal  baxımdan  elə  bir  dövlətdir  ki, 

burada  qeyri-tolerantlıq,  dözümsüzlük  -  hər  halda  özünün  ictimai 

təzahürü  Ģəklində  -  ənənəvi  olaraq  qızdırılmıĢ  dəmirlə  dağlanırdı. 

Bu  yaxınlara  qədər  belə  idi.  Məsələn,  ölkə  ərazisində  türk  və  ya 

ərəb  miqrantlarının  olmasının  vacibliyini  KĠV-də  müzakirə  etmək 

―ksenofobiya‖ sayılırdı. Ənənəvi olaraq solçuları dəstəkləyən alman 

mətbuatındakı əksər məqalələrdə miqrantlar haqqında həmiĢə ―gəlin 

mehriban  yaĢayaq‖,  ―mədəni  potensialı  zənginləĢdirək‖,  ―biz 

multikulturalist  cəmiyyətik‖,  ―miqrantlar  olmasa,  biz  yaĢaya 

bilmərik‖  ruhunda  bayağı  mülahizələr  olurdu.  Lakin  Almaniyanın 

hakim  elitasının  nümayəndəsi  ilk  dəfə  olaraq  aparıcı  ictimai, 

ideoloji  və  siyasi  baxıĢlara  zidd  olan  fikir  bildirdi.  Sual  edək:  bu 

fikir  doğrudanmı  zidd  idi?  Yeni  irqçilik  nəzəriyyəsini  kor-koranə 

təbliğ edib yaymağa giriĢmiĢ aparıcı alman telekanallarının və KĠV-

nin  fəallığı  alman  cəmiyyətinin  əksər  üzvlərini,  xüsusilə  də  milli 

azlıqların  nümayəndələrini  Ģübhəyə  salmıĢdı:  bu  kampaniya 

təsadüfidirmi?  T.Sarrasin  bütün  alman  elitasının  əhval-ruhiyyəsini 

ifadə etmir ki? 

Təəssüf  ki,  alman  istebliĢmentinin  əksər  nümayəndələri  Sarrasinin 

tənqidçilərinin  onun  baxıĢlarının  nasist  və  rasist  ideoloji 

konsepsiyası ilə əlaqəli olması barədəki iradlarını rədd edir. Lakin 

T.Sarrasin açıq yazır ki, ġimali Afrika və Yaxın ġərq ölkələrindən 

olan  immiqrantlar  öz  intellektual  səviyyələrinə  görə  almanlardan 

aĢağı  səviyyədə  dayanır.  Bütövlükdə  isə  onlarda  yaxın  qohumlar 

arasındakı  nikah  ənənəsinə  görə  ―genetik  pozuntular‖  var  (onun 

verdiyi  məlumata  görə,  bu  cür  ―pozuntulu‖  adamlar  Türkiyədə  20 

faizdən çoxdur). Buna görə də müsəlman miqrantlar öz intellektual 

və  peĢəkarlıq  səviyyələri  ilə  Almaniya  iqtisadiyyatına  və 

cəmiyyətinə  yalnız  ziyan  vururlar.  Onların  davam  edən 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə