MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə172/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   168   169   170   171   172   173   174   175   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

536 


bilirlər.  Lakin  müxtəlif  qruplar  multikulturalizmin  vəziyyətini 

qoruyub  saxlamaq  üçün  nəinki  təkcə  öz  Ģəxsi  identikliyinə  sahib 

olmalı,  həm  də  bu  identikliyi  yeniləmək  imkanlarına  malik 

olmalıdır. 

Multikulturalizmin 

alternativi 

assimilyasiyadır, 

etnik-milli 

xüsusiyyətlərdən könüllü, çox vaxt isə məcburi imtina və səni qəbul 

edən  cəmiyyətin  xüsusiyyətlərini  mənimsəməkdir.  Kompromis 

variant  kimi  akkulturasiya  da  gündəmə  gəlməkdədir.  Bu  zaman 

müxtəlif  etnik  qruplar  bir-birinə  yaxınlaĢır,  davranıĢ  normaları, 

tarixin  Ģərh  edilməsi  kimi  məsələlərdə  münasibətləri  yumĢaldır, 

lakin eyni zamanda öz milli sərhədlərini qoruyub saxlayır və vahid 

bir  cəmiyyət  halında  qaynayıb-qarıĢmırlar.  BMT-nin  insan 

hüquqlarına  dair  Ümumi  Bəyannaməsi  azadlıq  hüququnu,  milli  və 

mədəni  özgürlük  hüququnu,  milliyyət  və  ünsiyyət  dili  seçmək 

hüququnu, dini inanc hüququnu elan edir. Buna baxmayaraq bunlar 

faktiki  olaraq  Ģifahi  bəyanatdan  o  yana  keçmir  və  bu  hüquqlar 

gündəlik həyatda tətbiq edilmir. 

Almaniya  da  daxil  olmaqla  Avropa  ölkələri  isə  son  illər  insan 

haqlarının  yanından  uğurla  ötüb  keçərək  assimilyasiya  layihələrini 

bir qədər də irəli aparırlar. Almaniya ənənəvi olaraq homogen (eyni 

mənĢəli)  alman  cəmiyyəti  üzərində  qurulan  bir  dövlətdir.  Son 

onilliklərdə  qloballaĢma  Ģəraitində  miqrasiya  axınları  əhəmiyyətli 

dərəcədə  güclənmiĢdir.  Ġmmiqrasiya  prosesi  XX  əsrin  ikinci 

yarısından  etibarən  eyni  zamanda  bir  neçə  istiqamətdə  gedib.  ĠĢçi 

qüvvəsinin  cəlb  edilməsi  bu  dövrdə  güclü  Ģəkildə  inkiĢaf  edən 

alman iqtisadiyyatı üçün vacib idi. XX əsrdə iki güclü immiqrasiya 

dalğası  olmuĢ,  bunun  da  nəticəsində  80-ci  illərdə  Almaniyada 

adambaĢına düĢən immiqrantların xüsusi çəkisi hətta ABġ, Kanada 

və  Avstraliya  kimi  klassik  immiqrasiya  ölkələrinin  də  analoji 

göstəricilərini üstələmiĢdi. 

Bu  gün  Almaniyada  miqrant  keçmiĢinə  malik  15  milyondan  artıq 

adam  yaĢayır.  Federal  Statistika  Ġdarəsi  müəyyən  edib  ki,  bu 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

537 

siyahıya 



Almaniyaya 

köçmüĢ 


bütün 

Ģəxslər, 

həmçinin 

valideynlərindən  ən  azı  biri  mühacir  olan  və  bu  ölkədə  doğulan 

uĢaqlar  daxildir.  Onların  təxminən  7  milyonu  əcnəbilərdir. 

Təxminən 8 milyonu isə müvafiq ərizə verərək alman vətəndaĢlığı 

alıb.  Buna  görə  də  onlar  alman  mənĢəli  4  milyon  köçkünün 

siyahısına  aid  edilir.  Köçkünlərdən  sonra  digər  ən  böyük  qrupları 

Türkiyədən  (2,5  milyon  nəfər)  və  keçmiĢ  Yuqoslaviyadan  və  ya 

onun varisi olan dövlətlərdən (1,5 milyon nəfər) olan immiqrantlar 

təĢkil edir. 

Almaniyada yaĢayan müsəlmanların sayı 4 milyon nəfərə yaxındır. 

Miqrantların  çoxu  ixtisassız  iĢçi  qüvvəsi  kimi  iĢləyir.  Belə  ki, 

Almaniya onları ilk növbədə məhz elə bu növ iĢlər üçün cəlb edib. 

Tədqiqatlar  da  göstərir  ki,  Almaniyada  miqrant  ailələrindən  çıxan 

Ģəxslərin sosial nərdivanla yüksəlməsi və ya öz iqtisadi vəziyyətini 

yaxĢılaĢdırması çətindir. 

Almaniya  hökuməti  muzdlu  iĢçilərin  nəhəng  kütləsini  ölkəyə 

buraxanda  bunun  müvəqqəti  hal  olmasına  ümid  edirdi.  Lakin 

müharibədən  sonra  -  50-ci  illərdəki  iqtisadi  bumun  ardınca  əsasən 

Cənubi  Avropa  ölkələrindən,  həmçinin  Ġtaliyadan,  Türkiyədən, 

sonralar  isə  qonĢu  ölkələrdən  Almaniyaya  axıĢan  miqrant-

qastarbayterlərin  əksəriyyəti  elə  bu  ölkədə  də  qaldı.  Alman 

cəmiyyəti  ənənəvi  olaraq  qapalı  cəmiyyətdir.  O,  miqrantların  bu 

qrupunu qəbul etməyə səy göstərmirdi. Ġnteqrasiya məsələsi alman 

cəmiyyətini və dövlətini demək olar ki, üç onillik ərzində qətiyyən 

maraqlandırmadı. Alman cəmiyyəti və dövləti immiqrantlara ölkəyə 

daxil olmaq hüququ versə də onlara cəmiyyətlə tamamilə qaynayıb-

qarıĢmaq imkanı yaratmadılar. Alman hökumətinin məntiqi bu günə 

qədər  də  təəccüb  doğurur.  Axı  Almaniya  dünyanın  ən  sürətlə 

qocalan  ölkəsidir.  2025-ci  ildə  təqaüdçülər  Almaniya  əhalisinin 

yarısını təĢkil edəcəklər.  

Lakin hökumət 80-ci illərdə inteqrasiya məsələsi ilə maraqlanmıĢdı. 

Əsas  problemi  Almaniyada  doğulub  böyüyən,  lakin  alman 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

538 


cəmiyyətinə  daxil  olmayan  ikinci  nəsil  mühacirlər  məsələsi 

yaradırdı. Siyasi elitanın inteqrasiya problemini həll etmək cəhdləri 

öz  əksini  multikulturalizm  siyasətində  tapırdı.  Amma  məcburi 

Ģəkildə  dil  və  inteqrasiya  kurslarından  keçmək  tələbi  kimi  bəzi 

assimilyasiya  elementləri  Almaniyada  həmiĢə  mövcud  olub. 

Əvvəllər  üstündən  sükutla  keçilən,  haqqında  danıĢılmayan, 

sonradan  isə  multikulturalizmi  doğuran  problemlər  yaranmıĢ  bu 

vəziyyətdə  üst  qata  çıxdı.  Nəticədə  immiqrantlarla  qarĢılıqlı 

münasibətlərin  mexanizmini  heç  cür  iĢləyib  hazırlaya  bilməyən 

hökumət multikulturalizmin iflasa uğradığını bəyan etməyə məcbur 

oldu. 

Beləliklə,  Almaniyada  yürüdülən  multikulturalizm  siyasəti 



yetərincə düĢünülüb hazırlanmayan gecikmiĢ inteqrasiya siyasətinin 

bir  hissəsinə  çevrildi.  Məhz  bu  faktın  bir  neçə  onillik  ərzində  üst-

üstə  yığılıb  qalan  problemlərlə  çulğaĢması  ona  gətirib  çıxardı  ki, 

Almaniyada  hakimiyyət  orqanları  qəfildən  ayılıb  belə  siyasətin 

iflasa uğraması haqda danıĢmağa baĢladılar. 

Tədqiqat  qrupunun  Almaniyadakı  vəziyyətə  dair  apardığı 

monitorinqin  nəticələri  sosioloji  tədqiqatların  gəldiyi  qənaətləri 

təsdiqləyir  və  multikulturalizm  siyasətinin  Avropada  böhran 

keçirdiyini sübut edir. Bu da onunla bağlıdır ki, ―multikulturalizm‖ 

termini  Avropanın  siyasi  leksikonunda  ilk  növbədə  daha  çox 

―tolerantlıq‖ kimi anlaĢılırdı. Yəni Avropa hökumətlərinin məsələyə 

konseptual  baxıĢı  ikinci  və  üçüncü  nəsildən  olan  mühacirlərin 

cəmiyyətə  inteqrasiyasına  yox,  yabançı  mədəniyyətin  təmsilçiləri 

ilə  yanaĢı  yaĢamağa  daha  çox  dözümlü  yanaĢmağa  əsaslanırdı. 

Avropa  ölkələrinin  hökumətləri  multikulturalizm  siyasətini  heç  də 

inteqrasiya  məqsədilə  yox,  daha  çox  siyasi  və  elektoral 

mülahizələrdən çıxıĢ etməklə yürüdür, bu zaman özlərinin məhdud 

populist və sırf praqmatik maraqlarını güdürdülər. 

Ġmmiqrasiya  siyasətinin  qüsur  və  nöqsanları  özünü  ―sistemli 

zorakılıq‖  adlanan  vəziyyətin  timsalında  göstərir.  ―Sistemli 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə